“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında
Azərbaycan RESPUBLİKASININ Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə” təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 29 noyabr 1996-cı il
№ 208-IQ
|
Azərbaycan Respublikasının
1996-cı il 29 noyabr tarixli 208-1 Q saylı Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında
Əsasnamə
I. ÜMUMİ MÜDDƏALAR
1. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir.
[1]
2. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi və onların özəlləşdirilməsi zamanı həmin müəssisələrdə çalışan işçilərin hüquqları, habelə əhalinin sosial müdafiəsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq təmin edilir.
3. Özəlləşdirməyə münasibətdə dövlət mülkiyyəti obyektlərinin təsnifatına uyğun olaraq müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.
[2]
4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir.
[3]
5. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilən dövlət müəssisələrinin dövlətin adından təsisçisi kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir.
[4]
6. Dövlət müəssisəsinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətinə çevrilməsi əsasında yaradılmış səhmdar cəmiyyətinin fəaliyyəti bu Əsasnamədə müəyyən edilən xüsusiyyətlər nəzərə alınmaqla qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.
[5]
II. Dövlət müəssİsələrİnİn özəlləşdİrİlməsİ prosesİndə səhmdar cəmİyyətlərİnə çevrİlməsİ qaydaları
7. Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi aşağıdakı qaydada həyata keçirilir:
[6]
7.1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi mövcud texnoloji və idarəçilik əlaqələrini nəzərə almaqla həyata keçirilir. Sərbəst təsərrüfat subyektlərinin səhmdar cəmiyyətlərinə çevrilməsi zamanı heç bir əlavə şərt və məhdudiyyətlər qoyulmur.
7.2. Müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və onun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmasını təmin edir. Dövlət müəssisəsinin çevrilməsi nəticəsində təsis edilən səhmdar cəmiyyətinin dövlət qeydiyyatı qanunvericilikdə müəyyən edilmiş müddətdə həyata keçirilir.
[7]
(Çıxarılıb)
[8]
7.3. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə).
Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur.
[9]
Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir.
7.4. Səhmdar cəmiyyətiin nizamnamə kapitalının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş uyğun normativ-hüquqi aktına əsasən müəyyən edilir.
7.5. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır.
[10]
7.6. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin sahə xüsusiyyətləri nəzərə alınaraq özəlləşdirilməyə məhdudiyyətlər yalnız adi (səs hüququ olan) səhmlərin nəzarət zərflərinin (51 %) və məhdudlaşdırıcı hissəsinin (25,5 %-dən az olmayan) dövlətin mülkiyyətində qalması yolu ilə qoyula bilər.
[11]
7.7. Müvafiq icra hakimiyyəti orqanları dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətlərində, habelə həmin səhmdar cəmiyyətinin səhmlərinin nəzarət zərfləri və yaxud səhmlərin digər bir hissəsi dövlət mülkiyyətində qaldıqda dövlətin adından mülkiyyətçi kimi çıxış edir və öz nümayəndələri vasitəsi ilə səhmdarların ümumi yığıncağında və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq formalaşdırılan səhmdar cəmiyyətinin digər orqanlarında idarəçiliyi həyata keçirir.
[12]
Müvafiq icra hakimiyyəti orqanı həmin səhmdar cəmiyyətlərinin nizamnamə kapitalındakı dövlətin payı həcmində cəmiyyətin fəaliyyətinə görə cavabdehdir.
7.8. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı keçirilənədək səhmdar cəmiyyətinin idarə heyətinin sədri müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
[13]
Səhmdar cəmiyyətinin idarə heyətinin üzvləri dövlət adından idarəçiliyi həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
Bu dövrdə səhmdar cəmiyyətinin müşahidə şurasının səlahiyyətlərini onun nizamnaməsinə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı yerinə yetirir.
7.9. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı gündən 12 (on iki) ay müddətindən gec olmayaraq keçirilir.
[14]
7.10. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin daimi idarəetmə orqanları bu Əsasnamənin 7.11-ci bəndində göstərilən hal istisna olmaqla səhmdarların birinci ümumi yığıncağında formalaşdırılır.
[15]
7.11. Səhmdar cəmiyyətinin səhmlərinin bir hissəsi dövlətdə qaldıqda cəmiyyətin ümumi yığıncağında iştirak etmək üçün dövlətin mülkiyyətində qalan səhmlərin sayına uyğun olaraq dövlət orqanlarının nümayəndələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.
III. Dövlət müəssİsələrİnİn özəlləşdİrmə prosesİndə səhmdar cəmİyyətlərİnə çevrİlməsİ nətİcəsİndə təsİs edİlmİş səhmdar cəmİyyətlərİnİn səhmlərİnİn satışı qaydası
8. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin (nizamnamə kapitalının hissələrinin) satışının başladığı anı, satışı qaydaları və üsulları, özəlləşdirmədə verilən güzəştlər və s. qanunvericiliklə ilə müəyyən edilir.
[16]
9. Səhmlərin satıcısı kimi dövlətin adından mülkiyyətçi səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı çıxış edir.
10. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin satışı Milli Depozit Mərkəzi tərəfindən aparılan səhmdarların reyestrində müvafiq dəyişikliklər etmək yolu ilə qeydiyyatdan keçirilir.
[17]
Səhmdarların tələbi ilə onlara mənsub olan səhmlər üzrə depo hesabından çıxarış verilir.
[18]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25)
2.
30 aprel 2004-ci il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 7, maddə 505)
3.
11 noyabr 2016-cı il tarixli 392-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2005)
4.
5 noyabr 2022-ci il tarixli 621-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1365)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 1-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Bu Əsasnamə 1993-cü il 7 yanvar tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında”, 1994-cü il 12 iyul tarixli “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına və 1995-ci il 29 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olmuş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na (bundan sonra — Dövlət Proqramı) uyğun olaraq tərtib olunmuş, Dövlət Proqramının həyata keçirilməsi məqsədini daşıyır və həmin Proqramda özəlləşdirilməsi nəzərdə tutulmuş müvafiq dövlət müəssisələrinin yuxarıda göstərilən qanunlar nəzərə alınmaqla səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir.
[2]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 3-cü bəndindən “Dövlət Proqramına əsasən” və “(Dövlət Proqramının 1 nömrəli Əlavəsinin 2-ci, 3-cü, 4-cü və 5-ci bölmələri)” sözləri çıxarılmışdır.
3. Dövlət Proqramına əsasən özəlləşdirməyə münasibətdə dövlət mülkiyyəti obyektlərinin təsnifatına uyğun olaraq müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir (Dövlət Proqramının 1 saylı Əlavəsinin 2-ci, 3-cü, 4-cü, 5-ci bölmələri).
[3]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 4-cü bəndindən “Dövlət Proqramına müvafiq olaraq” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
4. Dövlət Proqramına müvafiq olaraq dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir.
[4]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 5-ci bəndindən “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
5. Dövlət Proqramına əsasən dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilən dövlət müəssisələrinin dövlətin adından təsisçisi kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir.
[5]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 6-cı bəndindən “Dövlət Proqramına müvafiq olaraq” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
6. Dövlət Proqramına müvafiq olaraq dövlət müəssisəsinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətinə çevrilməsi əsasında yaradılmış səhmdar cəmiyyətinin fəaliyyəti bu Əsasnamədə müəyyən edilən xüsusiyyətlər nəzərə alınmaqla qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.
[6]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7-ci bəndindən “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
7. Dövlət Proqramına əsasən dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi aşağıdakı qaydada həyata keçirilir:
[7]
5 noyabr 2022-ci il tarixli 621-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1365) ilə “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin 7.2-ci bəndinin birinci cümlədə “təsis sənədlərini qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edir” sözləri “onun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmasını təmin edir” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə ləğv edilmişdir.
[8]
30 aprel 2004-ci il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 7, maddə 505) ilə 7.2-ci yarımbəndinin ikinci abzası çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Səhmdar cəmiyyətinin dövlət qeydiyyatına görə müvafiq icra hakimiyyəti orqanı dövlət rüsumu ödəməkdən azad olunur.
[9]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.3-cü yarımbəndinin birinci və ikinci abzaslarından “Dövlət Proqramına uyğun olaraq” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
7.3. Dövlət Proqramına uyğun olaraq dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə).
Dövlət Proqramına uyğun olaraq dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur.
[10]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.5-ci yarımbəndindən “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
7.5. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır.
[11]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.6-cı yarımbəndlərindən “Dövlət Proqramına (həmin Proqramına 11 nömrəli Əlavə) əsasən” və “və yaxud qızıl səhm”in buraxılması formasında” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
7.6. Dövlət Proqramına (həmin Proqrama 11 saylı Əlavə) əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsinin sahə xüsusiyyətləri nəzərə alınaraq özəlləşdirilməyə məhdudiyyətlər yalnız adi (səs hüququ olan) səhmlərin nəzarət zərflərinin (51 %) və məhdudlaşdırıcı hissəsinin (25,5 %-dən az olmayan) dövlətin mülkiyyətində qalması yolu ilə və yaxud “qızıl səhm”in buraxılması formasında qoyula bilər.
[12]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.7-ci yarımbəndinin birinci abzasında “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə” sözləri ilə əvəz edilmişdir.
[13]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.8-ci yarımbəndindən (birinci halda) “Dövlət Proqramına əsasən” və (ikinci halda) “Dövlət Proqramına müvafiq olaraq” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
7.8. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı keçirilənədək səhmdar cəmiyyətinin idarə heyətinin sədri Dövlət Proqramına müvafiq olaraq müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
[14]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.9-cu yarımbəndindən (birinci halda) “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
7.9. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı gündən 12 (on iki) ay müddətindən gec olmayaraq keçirilir.
[15]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 7.10-cu yarımbəndindən (birinci halda) “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
7.10. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin daimi idarəetmə orqanları bu Əsasnamənin 7.11-ci bəndində göstərilən hal istisna olmaqla səhmdarların birinci ümumi yığıncağında formalaşdırılır.
[16]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 8-ci bəndindən “Dövlət Proqramına əsasən” sözləri çıxarılmış və “Dövlət Proqramı ilə” sözləri “qanunvericiliklə” sözü ilə əvəz edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
8. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin (nizamnamə kapitalının hissələrinin) satışının başladığı anı, satışı qaydaları və üsulları, özəlləşdirmədə verilən güzəştlər və s. Dövlət Proqramı ilə müəyyən edilir.
[17]
29 dekabr 2000-ci il tarixli 52-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 25) ilə Əsasnamənin 10-cu bəndindən “Dövlət Proqramına əsasən” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
10. Dövlət Proqramına əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin satışı Milli Depozit Sistemi tərəfindən aparılan səhmdarların reyestrində müvafiq dəyişikliklər etmək yolu ilə qeydiyyatdan keçirilir
11 noyabr 2016-cı il tarixli 392-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2005) ilə 10-cu bəndinin birinci abzasında “Milli Depozit Sistemi” sözləri “Milli Depozit Mərkəzi” sözləri ilə əvəz edilmişdir.
[18]
11 noyabr 2016-cı il tarixli 392-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2016-cı il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2005) ilə 10-cu bəndinin ikinci abzasında səhmlərə dair şəhadətnamə (sertifikat)” sözləri “səhmlər üzrə depo hesabından çıxarış” sözləri ilə əvəz edilmişdir.