AKTIN NÖVÜ
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX
21.12.2017
QEYDİYYAT NÖMRƏSİ
47/1
ADI
“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.120.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23201712210471
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.12.2017
“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI

Qəbul edildiyi tarix

21.12.2017

Qeydiyyat nömrəsi

47/1

Adı

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”n təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

30.12.2017

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.120.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201712210471

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

29.12.2017

 

 

 

 

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 may tarixli 1415 nömrəli Fərmanının 3.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası

 

QƏRARA ALIR:

 

1.         Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası təsdiq edilsin (əlavə olunur).

2.                  Baş icraçı direktora (İbrahim Alışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Direktorlar Şurasının sədri

Rüfət Aslanlı

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 47/1

 

“21” dekabr 2017-ci il

 

Direktorlar Şurasının sədri

 

______________________

Rüfət Aslanlı

 

 

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən

valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası

 

                                                                                                                                                           1.      Ümumi müddəalar

 

1.1.                 Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” (bundan sonra – Qayda) “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 18 may tarixli 1415 nömrəli Fərmanının 3.1.1-ci yarımbəndinin icrası ilə bağlı hazırlanmışdır və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.

1.2.                 Valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz.

 

                                                                                                                                                                 2.      Əsas anlayışlar 

 

2.1.                 Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1.        valyuta mübadiləsi məntəqəsi – valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının həyata keçirildiyi yer (obyekt);

2.1.2.       valyuta mübadiləsi əməliyyatı – xarici valyutanın nağd qaydada alınması, satılması və dəyişdirilməsi üzrə əməliyyat;

2.1.3.       xarici valyutanın nağd qaydada dəyişdirilməsi – xarici dövlətin nağd xarici valyutasının həmin xarici dövlətin digər nominalda nağd xarici valyutasına dəyişdirilməsi;

2.1.4.       nağd xarici valyuta – xarici dövlətdə, yaxud dövlətlər qrupunda qanuni ödəniş vasitəsi olan banknot və sikkə formasında pul nişanı;

2.1.5.       xəzinədar – valyuta mübadiləsi əməliyyatlarını, habelə bu Qaydalarla nəzərdə tutulan uçotun aparılması və hesabatların hazırlanmasını həyata keçirən şəxs;

2.1.6.       əməliyyat günü – gün ərzində valyuta mübadiləsi məntəqəsində müştərilərə xidmət göstərilən iş vaxtı;

2.1.7.       əməliyyatların uçotu – aparılan mübadilə əməliyyatlarının müvafiq qaydada rəsmiləşdirilməsi;

2.1.8.       mübadilə məzənnəsi - Azərbaycan Respublikasının milli valyutasının xarici valyutaya nisbətən valyuta mübadiləsi məntəqəsi ilə müştəri arasında sövdələşmiş alış və ya satış məzənnəsi;

2.1.9.       valyuta əməliyyatlarının uçot proqram təminatı – valyuta mübadiləsi məntəqəsinə xarici valyutanın nağd qaydada alınması, satılması və dəyişdirilməsi üzrə əməliyyatların uçotunu və müvafiq hesabatların çıxarılmasını təmin edəcək xüsusi proqram təminatı.

2.2.                 Bu Qaydada istifadə olunan digər anlayışlar “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

 

3.    Təşkilati tələblər

 

3.1.           Valyuta mübadiləsi məntəqəsinin iş rejimi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış  şəxs tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra-Palata) ilə razılaşdırmaqla müəyyən olunur. Palata tərəfindən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin müraciətinə 5 (beş) iş günü müddətində münasibət bildirilməlidir.

3.2.           Xəzinədarın üzərində onun soyadı, adı, atasının adı, vəzifəsi və şəkli əks olunmuş tanınma nişanı olmalıdır. Xəzinədar tərəfindən öz səlahiyyətlərinin başqa şəxsə verilməsinə və valyuta mübadiləsi məntəqəsinə kənar şəxslərin daxil olmasına yol verilməməlidir.

 

                                                                                                                  4.      Texniki təchizat və təhlükəsizlik tələbləri

 

4.1.           Valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açılır.

4.2.           Valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 (altı) kvadrat metr sahəyə malik olmalıdır.

4.3.           Valyuta mübadiləsi məntəqəsinin konstruksiyası xəzinədarın təhlükəsizliyini və qiymətlilərin mühafizəsini təmin etməlidir.

4.4.           Valyuta mübadiləsi məntəqəsinin ön divarından vizual müşahidə təmin olmalı, müşahidə pəncərəsi antivandal şüşə ilə əhatə edilməlidir.

4.5.           Valyuta mübadiləsi məntəqəsində təhlükəsizlik (video müşahidə kameraları) və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə müvafiq yanğından mühafizə-xəbərdarlıq qurğuları, habelə telefon-rabitə vasitələri (mikrofon, telefon, internet) quraşdırılmalı, məntəqənin elektron mühafizə sistemləri texniki imkanlar olduğu halda mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmalıdır.

4.6.           Video müşahidə kameraları xəzinədarı və müştərini qeydə ala biləcək yerdə quraşdırılmalıdır. Qeydə alınan görüntülər ən azı 3 ay müddətinə saxlanılmalıdır.

4.7.           Valyuta mübadiləsi məntəqəsi hesablama, pulsayan, pulların həqiqiliyini yoxlayan avadanlıqlarla və odadavamlı seyflə təmin edilməlidir.

4.8.           Valyuta mübadiləsi məntəqəsi aparılan hər bir əməliyyatın qeydə alınması üçün texnoloji vasitələr (kompüter, printer) və müvafiq proqram təminatı, video müşahidənin aparılması üçün texnoloji vasitələr ilə təmin edilməlidir. Valyuta mübadiləsi məntəqəsinin proqram təminatı əməliyyat günü ərzində valyuta mübadiləsi əməliyyatlarının, həmçinin hər bir valyuta üzrə müəyyən olunmuş alış və satış məzənnəsinin uçota alınmasını, kassa işinin aparılmasını və ləğv olunmuş əməliyyatların qeydiyyatını təmin etməlidir.

4.9.             Valyuta mübadiləsi məntəqəsində əməliyyat günü başa çatdıqdan sonra kassa qalığının saxlanılmasına valyuta mübadiləsi məntəqəsinin bütün qeyri-iş saatlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mühafizə xidməti və ya qanunla özəl mühafizə fəaliyyətinə lisenziya almış şəxslə silahlı mühafizənin təmin edilməsinə dair bağlanmış müqavilənin olması şərtilə icazə verilir.

4.10.        Valyuta mübadiləsi məntəqəsi tərəfindən 20 (iyirmi) min manatdan və ya ekvivalentindən 200 (iki yüz) min manata və ya ekvivalentinə qədər pul vəsaitinin daşınması silahlı mühafizə xidmətinin müşayiəti ilə həyata keçirilir. 200 (iki yüz) min manat və ya ekvivalenti və daha artıq pul vəsaitinin təhlükəsiz daşınmasını təmin etmək məqsədilə inkassasiya xidmətindən istifadə edilməlidir.

4.11.        Valyuta mübadiləsi məntəqəsində müştərilərin görə biləcəyi yerdə asan oxunan və aydın şəkildə aşağıdakı məlumatlar əks olunmalıdır:

4.11.1.    xüsusi elektron lövhədə (lövhənin üzərində valyuta mübadiləsi məntəqəsinin adı nəzərə çarpan hərflərlə yazılmalıdır) nağd xarici valyutaların milli valyutaya nisbətən alış və satış məzənnəsi;

4.11.2.    valyuta mübadiləsi məntəqəsinin iş vaxtı;

4.11.3.    Palata tərəfindən valyuta mübadiləsi məntəqəsinə verilmiş lisenziyanın və ya lisenziyaya əlavənin surəti;

4.11.4.    istehlakçıların müraciət və ya şikayət edə bilməsi üçün Palatanın “qaynar xətt”i barədə məlumat .

4.12.        valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs tərəfindən lisenziyanın alınması üçün müraciət zamanı “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-1.2.9-cu maddəsinə uyğun olaraq bu Qaydaya 1 nömrəli əlavədə müəyyən edilən təsdiqedici sənədlər təqdim edilir.

 

                                                                                        5.      Valyuta mübadiləsi əməliyyatlarının aparılması və uçotu

 

5.1.           Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir.

5.2.           Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

5.3.           Valyuta mübadiləsi məntəqələrində aşağıdakı valyuta mübadiləsi əməliyyatları həyata keçirilir:

5.3.1.       nağd xarici valyutanın nağd milli valyuta ilə alınması və satılması;

5.3.2.       bir xarici dövlətin nağd valyutasının digər xarici dövlətin nağd valyutası ilə alınması və satılması;

5.3.3.       xarici valyutanın nağd qaydada dəyişdirilməsi.

5.4.           Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

5.5.           Əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.

5.6.           Valyuta mübadiləsi məntəqəsində hər bir əməliyyat onun həyata keçirildiyi anda bu Qaydanın 2 nömrəli Əlavəsində müəyyən edilən formada uçota alınmalıdır .

5.7.           Uçota alınmış məlumatlar ən azı 3 il müddətinə valyuta mübadiləsi məntəqəsinin müvafiq proqram təminatında saxlanılmalıdır.

5.8.           Valyuta mübadiləsi əməliyyatları aparıldıqda müştəriyə həmin əməliyyatlar üzrə ciddi hesabat blankı hesab olunan valyuta mübadiləsi qəbzi verilir.

5.9.           Valyuta mübadiləsi qəbzi iki nüsxədə hazırlanır. Qəbzin bir nüsxəsi müştəriyə verilir, digər nüsxəsi isə valyuta mübadiləsi məntəqəsində saxlanılır.

5.10.        Valyuta mübadiləsi məntəqəsində aparılan valyuta mübadiləsi əməliyyatları üzrə valyuta mədaxili və məxarici əməliyyat gününün sonunadək  bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən olunmuş formada kassa jurnalında qeydiyyata alınmalıdır.

5.11.        Əməliyyat günü başa çatdıqdan sonra əməliyyatların uçotuna dair məlumatlar əsasında kassanın faktiki qalığı hər bir valyuta növü üzrə yoxlanılır. Uçot məlumatları üzrə qalıqla faktiki kassa qalığı arasında fərq aşkar edildikdə valyuta mübadiləsi məntəqəsinin xəzinədarı kənarlaşmanı müvafiq aktla rəsmiləşdirir və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsə (xəzinədar funksiyası hüquqi şəxsin yeganə iştirakçısı və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən şəxsən həyata keçirildiyi hallar istisna olmaqla) təqdim edilir.

 

                                                                                                  6.              Məlumatların təqdim olunmasına dair tələblər

 

6.1.           Xəzinədar barəsində məlumatların əks olunduğu bu Qaydanın 4 nömrəli əlavəsində müəyyən olunmuş formada anket Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, xəzinədarla bağlanan əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən üç iş günü ərzində Palataya təqdim edilir.

6.2.           Valyuta mübadiləsi məntəqəsində əməliyyat günü ərzində uçota alınmış məlumatlar əsasında bu Qaydanın 5 nömrəli və 6 nömrəli əlavələrində göstərilən formada valyuta mübadiləsi əməliyyatlarına dair aylıq hesabat hazırlanır və növbəti ayın yeddisindən gec olmayaraq Palataya təqdim edilir.

6.3.           Valyuta mübadiləsi məntəqəsinin illik maliyyə hesabatları hesabat ilindən sonrakı ilin ilk üç ayı ərzində Palataya təqdim edilir.

6.4.           Bu Qaydanın 6.1 - 6.3-cü bəndlərində göstərilən məlumat və hesabatlar möhürlə təsdiq edilmiş kağız daşıyıcıda və ya elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında təqdim edilir.

 

                                                                                                                                                    7.              Yekun müddəalar

7.0  Bu Qaydaya dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla edilir.


 

 

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən

valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”na

Əlavə 1

 

Təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərinə dair təsdiqedici sənədlərin siyahısı

 

 

1.      Xəzinədarın işə qəbul edilməsi barədə əmək müqaviləsi və əmrin sürəti, şəxsiyyəti təsdiq edən sənəd

2.      İş rejiminin müəyyən edilməsinə dair əmrin sürəti

3.      Valyuta mübadilə məntəqəsinin yerləşdiyi obyektin texniki pasportunun surəti

4.      Yanğından mühafizə-xəbərdarlıq qurğularının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən sənədin surəti

5.      Məntəqənin elektron mühafizə sistemləri mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmasını və ya bu qoşulmaya texniki imkanların olmadığını təsdiq edən sənədin surəti.

6.      Bu Qaydanın 4.9-cu bəndində göstərilən halda bütün qeyri-iş saatlarında müvafiq mühafizə xidmətindən istifadəni təsdiq edən sənədin surəti.

7.      Bu Qaydanın 4-cü hissəsində tələb olunan digər avadanlıqların valyuta mübadiləsi məntəqəsində mövcud olmasına dair lisenziya sahibinin məktubu


“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən

valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”na

Əlavə 2

Valyuta mübadiləsi əməliyyatlarının uçotu

 

_______________________________________________
(Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin adı*)

_______________________

(Lisenziya nömrəsi)

“___” ______________ 20__

 

Müştərinin rezidentlik statusu

Müştərinin adı, soyadı, ata adı**

Şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən orqanın adı**

 

 

 

Dəyişdirilən valyuta

Əməliyyatın aparılma vaxtı

Alınan valyuta

 

Satılan valyuta

Valyutanın adı

Məbləği

Manat ekvivalenti

Valyutanın adı

Məbləği

Manat ekvivalenti

Valyutanın adı

Məbləği

Manat ekvivalenti

 

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi: (valyutalar üzrə)

 

 

 

 

 

 

 

 

 

 

İcraçı:   ________________________                                                                                             (soyadı, adı, ata adı, vəzifəsi)

* - Rezident hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin filialı olduqda adı, rezident fiziki şəxs olduqda soyadı, adı və atasının adı

** -  nağd xarici valyuta bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satıldıqda və ya bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alındıqda

 

 

 


 

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən

valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”na

Əlavə 3

 

Kassa Jurnalı

________________________________________________
(Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin adı*)

 

_______________________                            __________________

(Lisenziya nömrəsi)                                                              (VÖEN)

“___” ______________ 20__

 

Əməliyyat gününün əvvəlinə kassa qalığı:

 

Gün ərzində məcmu:

Əməliyyat gününün sonuna kassa qalığı:

Valyuta

Miqdarı

Mədaxil

Məxaric

Miqdarı

AZN

 

 

 

 

USD

 

 

 

 

EUR

 

 

 

 

RUB

 

 

 

 

TRY

 

 

 

 

GBP

 

 

 

 

Digər (adı qeyd olunmaqla)

 

 

 

 

 

İcraçı:   ________________________                     İmzası: _______________                                                                                                              (soyadı, adı, ata adı, vəzifəsi)

* - Rezident hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin filialı olduqda adı, rezident fiziki şəxs olduqda soyadı, adı və atasının adı


“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən

valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”na

Əlavə 4

 

 

 

Şəkil üçün yer

     

 

 

                  

 

 

Valyuta mübadiləsi məntəqəsinin xəzinədarının

ANKETİ

(Məntəqənin lisenziya nömrəsi)

 

1. Adı _____________________________________________________________

                       (soyadı, adı, atasının adı)               

2.Qeydiyyat Ünvanı__________________________________________________

 

3.Doğulduğu tarix ___________________________________________________

                               (gün, ay, il)

4. Doğulduğu yer_____­­­___________________________________________­____

                          (ölkə, şəhər/rayon)              

5. Vətəndaşlığı (ölkə) _________________________________________________

 

6. Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı _______________________________________________________

 

7. Əlaqə telefonu (ları)______________________________________ (iş, ev, mobil)

 

8. Faks nömrəsi (ləri) (əgər varsa) _______________________________________

 

9. Elektron poçt ünvanı(ları) (əgər varsa) __________________________________

 

10. Ailə vəziyyəti

Yaxın qohumları (əri/arvadı, valideyni, qardaşı və bacısı, övladı, o cümlədən övladlığa götürülən):

 

Soyadı, adı

Təvəllüdü

Qohumluğu

 

 

 

 

11. İstifadə edilmiş və ya dəyişdirilmiş soyadlar və adlar

Bütün digər keçmiş adları, onlardan istifadə edilməsinin və ya dəyişdirilməsinin səbəblərini, habelə istifadə dövrünü göstərin (nikahdan əvvəlki soyadınızı, əvvəlki nikahlardakı soyadınızı, qanuni olaraq və digər qaydada dəyişdirilmiş soyadlarınızı, və s.).

 

Soyadı, adı

İstifadə dövrü

İstifadənin/ dəyişdirilmənin səbəbləri

 

 

 

 

12. Yaşayış yerləri barədə məlumatlar

Son beş ildə bütün yaşayış yerlərinizi xronoloji qaydada göstərin (sonuncudan başlamaqla).

 

Ölkə

Şəhər/

rayon

Küçə

Poçt indeksi

Yaşadığınız müddət

ay/il

ay/il

-dən

-dək

 

 

 

 

 

 

 

13. Təhsili və peşə təcrübəsi barədə məlumatlar

a) Təhsil barədə məlumatları göstərin 

 

Təhsil müəssisəsinin adı

Təhsil müddəti

Aldığı ixtisası

Diplom və ya təhsil haqqında digər sənədin nömrəsi

 

 

 

 

 b) İxtisas dərəcənizi müəyyənləşdirmək üçün mühüm hesab etdiyiniz hər hansı başqa məlumatları (ixtisas üzrə yerli və ya beynəlxalq seminarlarda, treyninq-kurslarda, simpoziumlarda və s. tədbirlərdə iştirak) təqdim edin.

__________________________________________________________________

 

14. İş yeri barədə məlumatlar

a) İş yeriniz və ya müstəqil məşğuliyyətiniz barədə aşağıdakı məlumatları xronoloji qaydada göstərin (sonuncu iş yerindən başlayaraq). Bütün işsizlik dövrlərini və əvvəlki işdən çıxma səbəblərini göstərin.

Təşkilatın adı:_______________________________________________________

Ünvanı: ___________________________________________________________

                     (Ölkə, şəhər/ rayon, küçə, poçt indeksi)         

İşəgötürənin soyadı, adı ______________________________________________

İşəgötürənin vəzifəsi _________________________________________________

Telefon nömrəsi _____________________________________________________

 

Tutduğunuz vəzifə____________________________________________________

İşləmə dövrü:    _________ -dən  ____________ - dək

İşdən çıxmanın səbəbləri ______________________________________________

___________________________________________________________________

(sizin işdən azad edilməyiniz və ya hər hansı işdən öz xahişinizlə çıxıb getməyin təklif edilməsi hallarının olub-olmadığını göstərin)

Müstəqil fəaliyyət növü ________________________________________________

  

Mən, aşağıda imza edən, Anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və həmin məlumatlarda baş verən hər hansı dəyişikliklər barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verməyi öhdəmə götürürəm.

      

 İmza: 

 Tarix:

 

 


“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən

valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”na

Əlavə 5

Valyuta mübadiləsi məntəqəsinin fəaliyyət hesabatı

1. Valyuta mübadiləsi məntəqəsi haqqında ümumi məlumat

1.1.            Hesabatın əhatə etdiyi dövr

 

1.2.            Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin adı

 

1.3.             Valyuta mübadiləsi məntəqəsinin ünvanı

 

1.4.              Telefonu

 

1.5.             Elektron poçt ünvanı

 

1.6.             Lisenziya nömrəsi və lisenziyanın verilmə tarixi

 

                                               2.Balans məlumatları                                               (manatla)

Mühasibat balansının maddələri

Cəmi

2.1.  Nağd vəsaitlər

 

2.2.  Banklarda depozitlər

 

        o cümlədən bloklaşdırılmış girov vəsaiti

 

2.2. Əsas vəsaitlər

 

2.3. Digər aktivlər

 

2.3. Aktivlər, cəmi

 

2.4. Öhdəliklər, cəmi

 

2.5. Kapital, cəmi*

 

                                               3. Mənfəət və zərər məlumatı                                     (manatla)

 

Mənfəət                               Zərər

3.1. Mənfəət və ya zərər

 

 

4. Fəaliyyəti haqqında digər məlumatlar

4.1. Hesabat dövrü ərzində valyuta mübadiləsi məntəqəsinin işində yaranan texniki və digər problemlər barədə məlumat

 

 

 

 

* Kapitalın cəmi dedikdə dövriyyə kapitalı (valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən valyuta mübadiləsi məqsədilə yerləşdirilmiş investisiya), bölüşdürülməmiş mənfəət və girov vəsaiti nəzərdə tutulur.

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən

valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”na

Əlavə 6

Valyuta mübadiləsi əməliyyatlarına dair hesabat[1]

Hesabat tarixi: ___  __________20 _

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin adı*:

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin hüquqi (hüquqi şəxs) və ya qeydiyyat (fiziki şəxs) ünvanı:

Valyuta mübadilə məntəqəsinin hüquqi ünvanı

Telefon:

Lisenziya nömrəsi və verilmə tarixi:                                                                                 

Göstərici

Xarici valyutalar

 

USD

EUR

RUB

TRY

GBP

Digər (adı qeyd olunmaqla)

 

1

2

3

4

5

6

7

(...)

 

1. Nağd xarici valyuta alışı üzrə əməliyyatlar

 

1.1

Nağd xarici valyuta alışının həcmi

 

 

 

 

 

 

 

 

o cümlədən bir müştəri üzrə 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən yuxarı alışların həcmi

 

 

 

 

 

 

 

1.2

Nağd xarici valyuta alışı üzrə əməliyyatların sayı

 

 

 

 

 

 

 

1.3

Nağd xarici valyuta alışı üzrə aylıq orta çəkili məzənnə

 

 

 

 

 

 

 

2. Nağd xarici valyuta satışı üzrə əməliyyatlar

 

2.1

Nağd xarici valyuta satışının həcmi

 

 

 

 

 

 

 

2.1.1

o cümlədən bir müştəri üzrə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən yuxarı  satışlarının həcmi

 

 

 

 

 

 

 

2.2

Nağd xarici valyuta satışı üzrə əməliyyatların sayı

 

 

 

 

 

 

 

2.3

Nağd xarici valyuta satışı üzrə aylıq orta çəkili məzənnə

 

 

 

 

 

 

 

3. Nağd xarici valyutanın  dəyişdirilməsi üzrə əməliyyatlar

 

3.1

Nağd xarici valyuta dəyişdirilməsinin həcmi**

 

 

 

 

 

 

 

 

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs***: ______________________                                                                                                              (soyadı, adı, ata adı, imzası)

İcraçı: ____________________________                                                                                                 (soyadı, adı, ata adı, imzası)

Telefon:___________________________

 Tarix: ___ ______________20__

 

* - Rezident hüquqi şəxs və ya qeyri-rezident hüquqi şəxsin filialı olduqda adı, rezident fiziki şəxs olduqda soyadı, adı və atasının adı

** - Yalnız dəyişdirilmə üçün təqdim edilən xarici valyutanın həcmi daxil edilir

*** - Rezident hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri, qeyri-rezident hüquqi şəxsin filialı olduqda onun rəhbəri, rezident fiziki şəxs olduqda özü



[1] Hesabat dövrü ərzində aparılmış əməliyyatlar daxil edilir

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status