AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.12.2017
QEYDİYYAT NÖMRƏSİ
584
ADI
“Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 24-12-2017, Nəşr Nömrəsi: 285), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2531)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201712210584
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.12.2017
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahı”sı təsdiq edilsin (əlavə olunur).

2. Dövlət elmi müəssisə və təşkilatlarının baza maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti dövlət qurumları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 21 dekabr 2017-ci il

     № 584

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 21 dekabr tarixli 584 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların

 

SİYAHISI

 

1.                   Azərbaycan Milli Elmlər Akademiyası üzrə:

 

1.1.  Fizika İnstitutu;

1.2.  Riyaziyyat və Mexanika İnstitutu;

1.3.  İdarəetmə Sistemləri İnstitutu;

1.4.  Radiasiya Problemləri İnstitutu;

1.5.  İnformasiya Texnologiyaları İnstitutu;

1.6.  Biofizika İnstitutu;

1.7.  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası;

1.8.  Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu;

1.9.  Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;

1.10.   Polimer Materialları İnstitutu;

1.11.   Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu;

1.12.   Geologiya və Geofizika İnstitutu;

1.13.   Neft və Qaz İnstitutu;

1.14.   Akademik H.Əliyev adına Coğrafiya İnstitutu;

1.15.   Respublika Seysmoloji Xidmət Mərkəzi;

1.16.   Təbiət Tarixi Muzeyi;

1.17.   Botanika İnstitutu;

1.18.   Zoologiya İnstitutu;

1.19.   Akademik A.Qarayev adına Fiziologiya İnstitutu;

1.20.   Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;

1.21.   Mikrobiologiya İnstitutu;

1.22.   Dendrologiya İnstitutu;

1.23.   Mərkəzi Nəbatat Bağı;

1.24.   Torpaqşünaslıq və Aqrokimya İnstitutu;

1.25.   Genetik Ehtiyatlar İnstitutu;

1.26.   N.Gəncəvi adına Ədəbiyyat İnstitutu;

1.27.   Nəsimi adına Dilçilik İnstitutu;

1.28.   Folklor İnstitutu;

1.29.   Memarlıq və İncəsənət İnstitutu;

1.30.   M.Füzuli adına Əlyazmalar İnstitutu;

1.31.   A.Bakıxanov adına Tarix İnstitutu;

1.32.   Arxeologiya və Etnoqrafiya İnstitutu;

1.33.   Fəlsəfə İnstitutu;

1.34.   Hüquq və İnsan Haqları İnstitutu;

1.35.   İqtisadiyyat İnstitutu;

1.36.   Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu;

1.37.   Milli Azərbaycan Tarixi Muzeyi;

1.38.   N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;

1.39.   Elm Tarixi İnstitutu;

1.40.   Qafqazşünaslıq İnstitutu;

1.41.   Hüseyn Cavidin Ev Muzeyi;

1.42.   “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

1.43.   Lənkəran Regional Elmi Mərkəzi;

1.44.   Şəki Regional Elmi Mərkəzi;

1.45.   Mərkəzi Elmi Kitabxana;

1.46.   “Elm” Nəşriyyatı.

 

Naxçıvan bölməsinin:

 

1.47.   Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;

1.48.   İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;

1.49.   Təbii Ehtiyatlar İnstitutu;

1.50.   Bioresurslar İnstitutu;

1.51.   Batabat Astrofizika Rəsədxanası;

1.52.   Əlyazmalar Fondu;

 

Gəncə bölməsinin:

 

1.53.   Humanitar Tədqiqatlar İnstitutu;

1.54.   Diyarşünaslıq İnstitutu;

1.55.   Nizami Gəncəvi Mərkəzi;

1.56.   Bioresurslar İnstitutu;

1.57.   Ekologiya və Təbii Ehtiyatlar İnstitutu;

1.58.   Aqrar Problemlər İnstitutu;

1.59.   Nəbatat Bağı.

 

2.                   Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə:

 

2.1.  Azərbaycan Respublikasının Təhsil İnstitutu;

2.2.  Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu;

2.3.  Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu;

2.4.  Azərbaycan Neft və Sənaye Universitetinin “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu;

2.5.  Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu;

2.6.  Təhsil Nazirliyinin nəzdində “Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə” Elmi-Tədqiqat Laboratoriyası.

 

3.                   Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə:

 

3.1.  Milli Onkologiya Mərkəzi;

3.2.  Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi;

3.3.  C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu; [1]

3.4.  M.Topçubaşov adına Cərrahiyyə Mərkəzi;

3.5.  K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;

3.6.  Elmi-Tədqiqat Mamalıq-Ginekologiya İnstitutu;

3.7.  Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu;

3.8.  Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu;

3.9.  V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu;

3.10.  B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu; [2]

3.11.  Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu;

3.12.  Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu.

 

4.                   Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə:

 

4.1.  Əkinçilik Elmi-Tədqiqat İnstitutu;

4.2.  Baytarlıq Elmi-Tədqiqat İnstitutu;

4.3.  Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu;

4.4.  Aqrar Tədqiqatlar Mərkəzi; [3]

4.5.  Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu;

4.6.  Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu;

4.7.  Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu;

4.8.  Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu.

 

5.                   Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: [4]

 

5.1.  Mineral Xammal Elmi-Tədqiqat İnstitutu;

5.2.  Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu;

5.3.  Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu;

5.4.  Elmi-Tədqiqat Meşəçilik İnstitutu.

 

6. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi üzrə:

 

6.1. Milli Aerokosmik Agentliyi (MAKA).

 

7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üzrə: [5]

 

7.1. Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi.

 

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə:

 

8.1. İqtisadi Elmi Tədqiqat İnstitutu. [6]

 

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə:

 

9.1. Məhkəmə Ekspertiza Mərkəzi.

 

10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:

 

10.1. Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi;

 

11. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üzrə:

 

11.1. Maliyyə Elm-Tədris Mərkəzi;

 

12. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə: [7]

 

12.1. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz;

 

13. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə:

 

13.1. Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi;

 

14. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə:

 

14.1. Milli Hematologiya və Transfuziologiya Mərkəzi; [8]

14.2. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu; [9]

14.3. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi;

14.4. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;

14.5. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu;

14.6. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu;

14.7. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu;

14.8. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu;

14.9. Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu.

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 avqust 2018-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 avqust 2018-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1798)

2.       3 may 2019-cu il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 may 2019-cu il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 944)

3.       9 aprel 2020-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 481)

4.       26 oktyabr 2020-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1309)

5.       30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409)

6.       19 noyabr 2021-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2021-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1281)

7.       4 aprel 2022-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 388)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409) ilə “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 3.3-3.9-cu və 3.11-ci bəndləri ləğv edilmişdir.

 

[2] 9 aprel 2020-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 481) ilə “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 3.10-cu bənd ləğv edilmişdir.

 

[3] 7 avqust 2018-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 avqust 2018-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1798) ilə “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 4.4-cü bəndində “Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu” sözləri “Aqrar Tədqiqatlar Mərkəzi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 3 may 2019-cu il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 may 2019-cu il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 944) ilə Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 5-ci hissəsi ləğv edilmişdir.

 

[5] 4 aprel 2022-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 388) ilə “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 7-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[6] 19 noyabr 2021-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2021-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1281) ilə “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 8.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.1. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu.

 

[7] 26 oktyabr 2020-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1309) ilə “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 12-ci hissəsinin adından “və Turizm” sözləri çıxarılmışdır.

 

[8] 9 aprel 2020-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 481) ilə “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”na 13.1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 14-cü hissə əlavə edilmişdir.

 

[9] 30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409) ilə “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 14.1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 14.2-14.9-cu bəndlər əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status