×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Maliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
29.12.2017
QEYDİYYAT NÖMRƏSİ
Q-16
ADI
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bir sıra normativ hüquqi aktlarının ləğv edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.020.090
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201712290016
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.01.2018
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bir sıra normativ hüquqi aktlarının ləǧv edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI QƏRARI

Qəbul edildiyi tarix

29.12.2017

Qeydiyyat nömrəsi

Q-16

Adı

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bir sıra normativ hüquqi aktlarının ləğv edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

05.01.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.020.090

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201712290016

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

04.01.2018

 

 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 oktyabr tarixli 1070 nömrəli Fərmanının 1.6-cı və 1.7-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aşağıdakı normativ hüquqi aktları və onların struktur elementləri ləğv edilsin:

1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və bəzi normativ hüquqi aktların ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 06 dekabr tarixli Q-01 nömrəli Qərarının 1.1-1.11-ci, 1.13-cü bəndləri;

1.2. “Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 11 may tarixli Q-06 nömrəli Qərarının 1-ci hissəsi;

1.3. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 06 dekabr tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”ə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 11 may tarixli Q-07 nömrəli Qərarı;

1.4. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2012-ci il 21 dekabr tarixli Q-10 nömrəli Qərarının 1-ci hissəsi;

1.5. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2012-ci il 21 dekabr tarixli Q-11 nömrəli Qərarının 1-ci hissəsi;

1.6. “Sığorta, təkrarsığorta, sığorta brokeri, sığorta agenti fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2013-cü il 20 may tarixli Q-13 nömrəli Qərarının 1-ci hissəsi;

1.7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və bəzi normativ hüquqi aktların ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 06 dekabr tarixli Q-01 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 24 yanvar tarixli Q-02 nömrəli Qərarı;

1.8. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 24 yanvar tarixli Q-03 nömrəli Qərarının 1-ci hissəsi;

1.9. “İcbari Sığorta Bürosuna ödənilməli olan iştirak haqqının və təminat depozitinin məbləğlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 24 yanvar tarixli Q-04 nömrəli Qərarının 1-ci və 2-ci hissələri;

1.10. “Sığortaçının tələb olunan kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 24 yanvar tarixli Q-05 nömrəli Qərarının 1-ci hissəsi;

1.11. “Sığorta fəaliyyəti sahəsində bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 27 mart tarixli Q-08 nömrəli Qərarının 1–8-ci hissələri;

1.12. “Həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı tərəfindən sığorta olunan şəxsə borcun verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 07 aprel tarixli Q-09 nömrəli Qərarı;

1.13. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 06 dekabr tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 19 may tarixli Q-12 nömrəli Qərarı;

1.14. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 21 dekabr tarixli Q-11 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 19 may tarixli Q-13 nömrəli Qərarının 1.2-1.4-cü bəndləri və 2-ci hissəsi;

1.15. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin məzmununun və formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 30 iyun tarixli Q-14 nömrəli Qərarının 1-ci hissəsi;

1.16. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2013-cü il tarixli Q-13 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta, təkrarsığorta, sığorta brokeri, sığorta agenti fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 22 iyul tarixli Q-15 nömrəli Qərarı;

1.17. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-20 nömrəli Qərarının 1-ci və 3-cü hissələri;

1.18. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-21 nömrəli Qərarı;

1.19. “Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2015-ci il 30 yanvar tarixli Q-10 nömrəli Qərarı;

1.20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və bəzi normativ hüquqi aktların ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 06 dekabr tarixli Q-01 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2015-ci il 08 iyun tarixli Q-13 nömrəli Qərarı;

1.21. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 iyun 2014-cü il tarixli Q-14 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin məzmunu və forması”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2015-ci il 08 iyun tarixli Q-14 nömrəli Qərarı;

1.22. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və bəzi normativ hüquqi aktların ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il 06 dekabr tarixli Q-01 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2015-ci il 11 avqust tarixli Q-17 nömrəli Qərarı;

1.23. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2013-cü il tarixli Q-13 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta, təkrarsığorta, sığorta brokeri, sığorta agenti fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2015-ci il 12 oktyabr tarixli Q-19 nömrəli Qərarı.

2. Bu Qərarın 1-ci hissəsində göstərilən hüquqi aktlar Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikası Prezidentinin aktlarında nəzərdə tutulmuş hallarda qəbul edilərək eyni münasibətləri tənzimləyən normativ hüquqi və normativ xarakterli aktlar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən (həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulduğu halda isə həmin tarixdən) ləğv olunmuş hesab edilsin.

3. Nazirliyin aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir Şərifov

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status