Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1568 nömrəli Fərmanının 1.5-ci və 1.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə”nin forması təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması təsdiq edilsin (2 nömrəli əlavə).
[1]
3. “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakın icarəsinə görə məbləğ:
[2]
4.1. reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin 10 faizi həcmində müəyyən edilsin;
4.2. açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin qüvvədəolma müddətində bir dəfə ödənilir.
5. Bu qərarın 1-3-cü hissələri ilə təsdiq edilən sənədlərdə və 4-cü hissəsində dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
6. “Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”nın və “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 92 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 312; 2009, № 6, maddə 491; 2016, № 9, maddə 1560) ləğv edilsin.
7. “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın və “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 mart tarixli 99 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 617) aşağıdakı dəyişikliklər edilsin:
7.1. adından “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın və” sözləri çıxarılsın;
7.2. 1-ci hissə ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 26 dekabr 2017-ci il
№ 598
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 26 dekabr tarixli 598 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə
|
Açıq məkanda reklam yerləşdirilməsinə
[3]
İCAZƏ
Qeydiyyat nömrəsi ____ “___”_________20__ il
_____________________________________________________________________________
(icazə verən qurumun adı və ünvanı)
bu İcazədə göstərilmiş şərtlərlə açıq məkanda reklam yerləşdirilməsinə icazə verir.
İcazə verilib _____________________________________________________________
(VÖEN; icazə verilən hüquqi şəxsin, xarici hüquqi şəxsin
_____________________________________________________________________________
filialının və nümayəndəliyinin adı və hüquqi ünvanı;
_____________________________________________________________________________
fərdi sahibkarın soyadı, adı, atasının adı, fəaliyyət ünvanı)
İcazənin müddəti “___”_______ 20___il tarixindən “___”______ 20__il tarixinədək
Reklam daşıyıcısının:
yerləşdiyi ünvan və ya koordinat ___________________________________________ _____________________________________________________________________________
növü ____________________________________________________________________
ölçüsü ___________________________________________________________________
tərəflərinin sayı ___________________________________________________________
Reklamın sahəsi (kv.m.) _____________________________________________________
Reklam yayımı zonası (olduqda) ______________________________________________
Reklamın effektivlik dərəcəsinin kateqoriyası (olduqda)____________________________
Əmsal __________________________________________________________________
İstehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrə dair müvafiq lisenziyanın, yaxud sertifikatın və ya digər icazənin verilmə tarixi, qeydiyyat nömrəsi, müddəti (olduqda) __________________________________________________________________
Ödəniləcək yayım haqqının ümumi və aylıq məbləği (manatla, ƏDV-siz, (nağdsız ödənilməklə), tətbiq edilən güzəşt (olduqda) _________________________________________
Bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın (olduqda) icarə haqqı (manatla, ƏDV-siz, (birdəfəlik və nağdsız ödənilməklə) ____________________________________________
Qeyd ____________________________________________________________________
İcazəni imzalayan məsul şəxs _________________________________________________
(soyadı, adı)
_____________________________________________________________________________
(vəzifəsi)
M.Y.
____________________________
(imza)
Ön səhifə
Açıq məkanda reklam yerləşdirilməsinə icazənin
Qoşması
Arxa səhifə
M.Y.
____________________________________________________________________________
(icazə verən qurumun adı)
“____”_____________20___il ___________ ________________________________
(imza) (məsul şəxsin soyadı, adı)
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma
QAYDASI
1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.2-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin (bundan sonra - icazə müqaviləsi) bağlanması ilə bağlı məsələləri tənzimləyir.
2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra - icazə) verilərkən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi (bundan sonra – müvafiq qurum) və reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) arasında icazə müqaviləsi bağlanılır.
[4]
3. İcazə müqaviləsi bu Qaydanın əlavəsində göstərilmiş formada bağlanılır (əlavə olunur).
4. Reklam yayıcısına verilmiş icazələrin müddətlərinin başlama və başa çatma tarixləri eyni olduğu halda, bir icazə müqaviləsi bağlanıla bilər.
5. İcazə müqaviləsinin qüvvədəolma müddəti icazənin müddətindən artıq olmamalıdır.
6. 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcıları müvafiq qurumla 2018-ci il yanvarın 1-dək icazə müqaviləsi bağlamalıdırlar. Müvafiq qurum 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir.
7. İcazə yenidən rəsmiləşdirildiyi halda, icazə müqaviləsi yenidən bağlanılır.
|
|
|
|
|
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. Reklam yayıcısı açıq məkanda reklam yerləşdirilməsinə verilmiş ________________ tarixli ____________ nömrəli icazə (icazələr) əsasında bu Müqavilədə göstərilmiş şərtlərlə reklam yayımını həyata keçirir, İcazə verən qurum isə müvafiq tənzimləməni və nəzarəti həyata keçirir.
2. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ
2.1. Reklam yayıcısının öhdəlikləri aşağıdakılardır:
2.1.1.
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının, verilmiş icazənin və texniki şərtlər pasportunun tələblərinə uyğun reklam yayımını həyata keçirmək;
2.1.2.
reklam yayımını həyata keçirdiyi müddətdə reklam daşıyıcısını gündəlik nəzarətdən keçirmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in yerinə yetirilməsini təmin etmək, həmçinin yaranmış uyğunsuzluqların, bu barədə bildiyi və ya bilməli olduğu andan, dərhal aradan qaldırması üçün müvafiq tədbirlər görmək;
2.1.3.
İcazə verən qurumun qanunvericiliyə əsasən verdiyi qərarlarını, göstərişlərini və tələblərini yerinə yetirmək;
2.1.4.
bu Müqavilədə göstərilmiş ödənişləri vaxtında və tam şəkildə ödəmək;
2.1.5.
reklam yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcısında icazənin qüvvədə olduğu müddətdə digər reklamın yerləşdirilməsini İcazə verən qurumla razılaşdırmaq;
2.1.6.
reklam yayımını icazənin müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün İcazə verən quruma müvafiq qaydada müraciət etmək;
2.1.7.
reklam yayımının dayandırılacağı (o cümlədən icazə müddətinin uzadılmaması səbəbindən) gün barədə İcazə verən quruma həmin tarixdən 5 gün əvvəl yazılı məlumat vermək;
2.1.8.
qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər öhdəlikləri yerinə yetirmək.
2.2. İcazə verən qurumun öhdəlikləri aşağıdakılardır:
2.2.1.
açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı reklam yayıcısının müraciətlərinə müvafiq qaydada baxmaq;
2.2.2.
müvafiq qaydada icazənin, onun dublikatının verilməsi, icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi üçün tədbirlər görmək;
2.2.3.
reklamın bu Müqavilənin 2.1.1-ci yarımbəndinə uyğun yayımlanmasını yoxlamaq üçün nəzarət tədbirlərini həyata keçirmək;
2.2.4.
reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirmək;
2.2.5.
reklam yayıcısının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
2.2.6.
qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər öhdəlikləri yerinə yetirmək.
3. TƏRƏFLƏRİN HÜQUQLARI
3.1.
Reklam yayıcısının hüquqları aşağıdakılardır:
3.1.1. bu Müqavilənin 2.1.7-ci yarımbəndində müəyyən edilmiş qaydada İcazə verən qurumu məlumatlandırmaqla reklam yayımını dayandırmaq;
3.1.2. bayramların, beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi ilə əlaqədar razılaşdırılmış müddətlərdə reklam daşıyıcısında müvafiq mövzularda plakatların (yazıların) yerləşdirilməsini və yayımını təşkil etmək (həmin vaxt reklam daşıyıcısı kommersiya məqsədləri üçün istifadə olunmur);
3.1.3. qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
3.2.
İcazə verən qurumun hüquqları aşağıdakılardır:
3.2.1. bu Müqavilənin 2.2.3-cü yarımbəndinə uyğun olaraq keçirilən nəzarət tədbirləri çərçivəsində müvafiq qərarlar qəbul etmək, yazılı göstərişlər vermək, yoxlamalar aparmaq və digər zəruri tədbirlər görmək;
3.2.2. qanunvericiliklə və bu Müqavilə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. ÖDƏNİŞLƏR
4.1. Reklam yayımına görə haqq müvafiq qaydada hesablanır və onun məbləği bu Müqavilənin əlavəsində göstərilir. Reklam yayımına görə aylıq haqq müvafiq ayın bitməsindən sonra 3 iş günündən gec olmayaraq, reklam yayıcısı tərəfindən İcazə verən quruma ödənilir.
4.2. Reklam daşıyıcısının söküldüyü, icazənin dayandırıldığı və ya ləğv edildiyi, həmçinin reklam yayımının reklam yayıcısının öz təşəbbüsü ilə dayandırıldığı hallarda ödənilmiş reklam yayımına görə haqq geri qaytarılmır.
4.3. Reklam yayıcısı bu Müqavilənin 3.1.2-ci yarımbəndinə uyğun olaraq yerləşdirməni və yayımı təşkil etdikdə, reklam yayımına görə haqqın müvafiq yerləşdirmənin (yayımın) müddətinə düşən hissəsi ödənilmir.
4.4. Reklam daşıyıcısı bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiyi təqdirdə, həmin əmlakın istifadəsinə dair bələdiyyə ilə İcazə verən qurum arasında Reklam yayıcısının müraciəti əsasında bağlanılmış müqavilədən irəli gələn, müvafiq qaydada hesablanmış və bu Müqavilənin əlavəsində göstərilmiş məbləği Reklam yayıcısı İcazə verən quruma birdəfəlik ödəyir.
4.5. Bu Müqavilənin 4.1-ci və 4.4-cü bəndlərində göstərilmiş ödənişlər nağdsız qaydada həyata keçirilir.
5. MÜQAVİLƏNİN MÜDDƏTİ
5.1. Müqavilənin qüvvədəolma müddəti icazənin müddətindən artıq olmamalıdır.
5.2. Müqavilə “___”_________ 20____ il tarixinədək etibarlıdır.
5.3. Müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və bu Müqavilədə qeyd olunan hallarda və qaydada vaxtından əvvəl xitam verilə bilər.
5.4. İcazə yenidən rəsmiləşdirildiyi halda, Müqavilə yenidən bağlanılır.
6. YEKUN MÜDDƏALAR
6.1. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilmişdir. Onların bir nüsxəsi Reklam yayıcısında, digəri isə İcazə verən qurumda saxlanılır.
6.2. Tərəflər qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qanunda nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
6.3. Tərəflər arasında əmələ gələn bütün mübahisələr danışıqlar və razılaşma yolu ilə, bu nəticə vermədikdə isə inzibati və məhkəmə qaydasında həll edilir.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 dekabr 2018-ci il tarixli 560 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 dekabr 2018-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2755)
2.
27 may 2019-cu il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyun 2019-cu il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 981)
3.
21 dekabr 2019-cu il tarixli 491 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2073)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
21 dekabr 2019-cu il tarixli 491 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2073) ilə 2-ci və 3-cü hissələr ləğv edilmişdir.
[2]
21 dekabr 2019-cu il tarixli 491 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2073) ilə 4-cü hissədə “əmlakdan istifadəyə” sözləri “əmlakın icarəsinə” sözləri ilə əvəz edilmişdir.
[3]
21 dekabr 2019-cu il tarixli 491 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2073) ilə 1 nömrəli əlavə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
|
|
|
[4]
22 dekabr 2018-ci il tarixli 560 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 dekabr 2018-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2755) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”nın 2-ci hissəsində “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi” sözləri ilə əvəz edilmişdir.
27 may 2019-cu il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyun 2019-cu il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 981) ilə “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”nın 2-ci hissəsində “Dənizkənarı Milli Parkın” sözləri “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının” sözləri ilə əvəz edilmişdir.