Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetməni təkmilləşdirmək və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
[2]
1. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
[3]
2. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi yaradılsın.
[4]
3. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılsın.
4. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.
[5]
6. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyinə verilsin.
7. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi publik hüquqi şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyinə verilsin.
8. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
[6]
9. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 286; 2006, № 11, maddə 945; 2007, № 6, maddə 601; 2008, № 8, maddə 719, № 11, maddələr 969, 970; 2009, № 2, maddə 64, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 10, maddə 1186, № 12, maddə 1578; 2016, № 3, maddə 468, № 4, maddə 660; 2017, №1, maddə 59) 1-ci hissəsi ləğv edilsin.
10. “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 635; 2016, № 6, maddə 1057, № 8, maddə 1384; 2017, № 5, maddə 844) 1-ci, 2-ci və 3-cü hissələri ləğv edilsin.
11. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
11.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
11.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
11.3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında onun strukturuna daxil olmayan tabeliyində olan qurumların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
11.4. bu Fərmanın 6-cı hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini və strukturlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
11.5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin əsasnamələrinin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
11.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
11.7. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyasının və onların tabeliyində olan qurumların balanslarındakı əmlakın, müvafiq olaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və onların tabeliyində olan qurumların balanslarına verilməsini iki ay müddətində təmin etsin;
11.8. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyası üçün nəzərdə tutulmuş vəsaitin, müvafiq olaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə ayrılması ilə əlaqədar tədbirlər görsün;
11.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2018-ci il
№ 1785
|
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
|
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında.
[7]
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik) nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), elektron hökumət, yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
[8]
1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Nazirlik müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və Azərbaycan və ingilis dillərində öz adı həkk olunmuş möhürə, kargüzarlıq xidmətinin gerbsiz möhürünə, müvafiq ştamplara və blanklara malikdir.
1.5. Nazirliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Nazirlik Bakı şəhərində yerləşir.
2. Nazirliyin fəaliyyət istiqamətləri
2.0. Nazirlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.0.2. müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;
2.0.3. müvafiq sahədə beynəlxalq əməkdaşlığı həyata keçirir;
2.0.4. müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün tədbirlər görür;
2.0.5. müvafiq sahə üzrə beynəlxalq və yerli əhəmiyyətli investisiya layihələrinin hazırlanmasını, həyata keçirilməsini və idarə olunmasını aidiyyəti dövlət qurumları ilə birlikdə təmin edir;
2.0.6. qanunla müəyyən olunmuş hallarda və qaydada müvafiq sahədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya və icazə verir, lisenziya və icazə şərtlərinə riayət olunmasına nəzarət edir;
2.0.7. Azərbaycan Respublikası ərazisindən keçən bütün nəqliyyat dəhlizlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün təkliflər verir;
2.0.8. mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin, habelə mülki hava gəmilərinin ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunun təmin edilməsinə nəzarət edir;
[9]
2.0.9. dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil edir;
2.0.10. telekommunikasiyanın, o cümlədən simsiz texnologiyaların, genişzolaqlı internetin, poçtun, radio-televiziya yayımının inkişafını və radiotezliklərdən səmərəli istifadəni təmin edir;
2.0.11. tranzit informasiya magistrallarının və qovşaqlarının, regional informasiya xidmətlərinin yaradılmasında və genişləndirilməsində iştirak edir;
2.0.12. aidiyyəti dövlət qurumları ilə birlikdə yüksək texnologiyalar üzrə elmi-texniki və innovasiya siyasətini hazırlayır və həyata keçirir;
2.0.13. aidiyyəti dövlət qurumları ilə birlikdə yüksək texnologiyalar sektorunun potensialının gücləndirilməsi, rəqabətədavamlı yüksək texnoloji, elmtutumlu, azməsrəfli məhsul və xidmətlər istehsalının və innovativ sahibkarlığın inkişafının təşviqi üzrə tədbirləri həyata keçirir;
2.0.14. aidiyyəti dövlət qurumları ilə birlikdə nüvə texnologiyalarının dinc məqsədlərlə inkişafı və istifadəsinin təşkili üzrə işlər həyata keçirir;
2.0.15. informasiya təhlükəsizliyinin təmin edilməsi, qlobal kiberhücumların qarşısının alınması, milli elektron informasiya ehtiyatlarının mühafizəsi sahəsində siyasətin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
2.0.16. dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər həyata keçirir;
2.0.17. “elektron hökumət”in inkişafı ilə bağlı tədbirlər görür;
[10]
2.0.17-1. “Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edir;
2.0.18. elektron imza infrastrukturunun inkişafını və ondan geniş istifadəni təmin edir;
2.0.19. informasiya cəmiyyətinin inkişafına dair tədbirlər hazırlayır və həyata keçirir;
2.0.20. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunmasına nəzarət edir və dövlət maraqlarının qorunmasını təmin edir;
2.0.21. müvafiq sahədə normayaratma fəaliyyəti həyata keçirir;
2.0.22. müvafiq sahənin inkişafı üçün tədbirlər görür.
3. Nazirliyin vəzifələri
3.0. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq sahənin inkişafı üzrə prioritetləri müəyyən etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
3.0.2. müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təklifləri aidiyyəti üzrə təqdim etmək;
3.0.3. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, yüksək texnologiyaların tədqiqi, hazırlanması, işlənməsi və təkmilləşdirilməsi üzrə innovativ fəaliyyəti əlaqələndirmək, bu sahədə aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görmək;
3.0.4. fəaliyyət istiqamətləri üzrə müvafiq sahə ilə bağlı dövlət qurumlarının, fərdi sahibkarların və hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək;
3.0.5. müvafiq sahədə fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada dövlətin maraqlarını təmsil etmək;
3.0.6. müvafiq sahə üzrə dövlət-özəl tərəfdaşlığını inkişaf etdirmək;
3.0.7. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid olan məsələlərə dair tarif siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək, müvafiq sahədə razılaşdırılmış beynəlxalq tarif siyasətini həyata keçirmək, beynəlxalq daşıma tariflərini və yığımlarını qüvvədə olan beynəlxalq qaydalara uyğun olaraq təsdiq etmək, habelə müvafiq sahədə tarifləri dövlət tərəfindən tənzimlənməyən xidmətlər üzrə tətbiq edilən tariflərin monitorinqini aparmaq, bu barədə aidiyyəti qurumlara tövsiyələr vermək;
3.0.8. müvafiq sahədə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.0.9. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada müvafiq sahədə dövlət sifarişçisi funksiyasını həyata keçirmək;
3.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, müvafiq sahədə dövlət vəsaiti hesabına maliyyələşdirilən tikintilər üzrə sifarişçi funksiyalarını həyata keçirmək;
3.0.11. müvafiq sahədə dövlət əhəmiyyətli obyektlərin tikintisi barədə təkliflər vermək;
3.0.12. tabeliyində olan dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak etmək;
3.0.13. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat qovşaqlarında nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi və qarışıq daşımaların inkişafı üçün tədbirlər görmək;
3.0.14. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 5-8-ci, 31-ci, 32-ci (xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verildiyi hallar istisna olmaqla), 33-cü, 35-ci, 36-cı, 38-ci, 39-cu, 41-ci, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla 34-cü və 37-ci maddələrində nəzərdə tutulmuş icazələri, habelə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda müəyyən edilmiş hallarda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) icazələri bilavasitə və ya strukturuna daxil olan qurum vasitəsilə vermək, icazə şərtlərinə əməl edilməsinə nəzarət etmək;
[11]
3.0.15. hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək;
3.0.15-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun uçota alınmasını təşkil etmək;
[12]
3.0.16. taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;
3.0.17. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri) üçün metodiki göstərişləri təsdiq etmək;
3.0.18. mülki aviasiya sahəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların işində iştirak etmək, həmçinin xarici ölkələrin aidiyyəti qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək, mülki aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə, beynəlxalq standart və tövsiyə olunan təcrübəyə riayət olunmasına nəzarət etmək, habelə mülki aviasiya sahəsində normativ hüquqi aktlarla Beynəlxalq Mülki Aviasiya Təşkilatının Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin mövcudluğu barədə məlumat vermək;
[13]
3.0.18-1. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görmək;
[14]
3.0.19. aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırmaq;
3.0.20. mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini həyata keçirmək;
3.0.21. mülki hava limanlarının, aerodromların, helikopter meydançalarının beynəlxalq uçuşlar üçün açılması (bağlanılması) barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;
[15]
3.0.22. təhlükəli yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazələr vermək;
3.0.23. Azərbaycan Respublikasının hava məkanında və hava limanlarında hava gəmilərinin uçuşlarına aeronaviqasiya, telekommunikasiya, informasiya və meteoroloji xidmətlərini göstərənlər üçün tələbləri müəyyən etmək;
3.0.24. xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən mülki hava gəmiləri, hava limanları (aerodromları) və mülki aviasiya subyektləri ilə əlaqədar verilmiş sertifikatların, şəhadətnamələrin, vəsiqələrin və digər analoji sənədlərin tanınmasına dair tələbləri müəyyən etmək;
[16]
3.0.25. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, bütün mülki aviasiya subyektləri üçün mülki hava gəmilərinin və hava limanlarının rejim zonalarının ərazisində digər nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə və istismarına dair texniki tələb, qayda və təlimatları təsdiq etmək;
3.0.26. aviasiya mütəxəssislərinin ayrı-ayrı kateqoriyalarının sağlamlıq vəziyyətinə, həmçinin onların peşəkar hazırlıq səviyyəsinə və yoxlanmasına dair tələbləri təsdiq etmək;
3.0.27. Azərbaycan Respublikasının ərazisində liman nəzarətini və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətinin həyata keçirilməsini təmin etmək;
3.0.28. dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına riayət olunmasına nəzarət etmək;
3.0.29. gəmilərin saxlanılmasına və istismarına dair texniki tələbləri və qaydaları təsdiq etmək;
3.0.30. dənizçilik rütbələrinin verilmə qaydalarının layihələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
3.0.31. dəniz nəqliyyatı sahəsinə aid olan obyektlərin, gəmilərin, texniki gəmi avadanlıqlarının və digər qurğuların tikintisi, istismarı, təmiri və yenidən təchizatı ilə əlaqədar tələbləri təsdiq etmək;
3.0.32. limanlar və yükaşırma terminalları daxil olmaqla dəniz nəqliyyatı obyektlərinin tikintisinə rəy vermək;
3.0.33. dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyat və sağlamlığının, dəniz mühitinin mühafizəsi sahəsində normativ hüquqi aktlar təsdiq etmək;
3.0.34. yüksək texnologiyalar parklarının fəaliyyətinin təşkilini və idarə olunmasını həyata keçirmək;
3.0.35. informasiya təhlükəsizliyinin təmin edilməsi və məlumatların qorunması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;
3.0.36. biometrik texnologiyaların yaradılmasına və həmin texnologiyalara xidmət göstərilməsinə, fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılmasına və informasiya sistemlərinin yaradılmasına, onlara xidmət göstərilməsinə, sellülar (mobil) rabitə xidmətlərinə (texnoloji standartın adı göstərilməklə) lisenziya vermək, lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət etmək;
3.0.37. qanunla müəyyən edilmiş hallarda və qaydada lisenziya müqaviləsinin formasını və bağlanma qaydasını müəyyən etmək, lisenziya müqaviləsi bağlamaq;
3.0.38. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 6-cı maddəsində nəzərdə tutulmuş lisenziyaya malik olan lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya şərtlərinə riayət etməsinə nəzarət etmək, lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməməsi hallarını aşkar etdikdə lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərmək;
3.0.39. aidiyyəti dövlət orqanları ilə birlikdə rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmət bazarlarının formalaşdırılmasına nəzarəti təmin etmək, xidmət bazarlarının təhlilini aparmaq, hökmran mövqe tutan operatorların və provayderlərin fəaliyyəti üzrə xüsusi tələbləri müəyyənləşdirmək;
3.0.40. aidiyyəti dövlət orqanları ilə birlikdə rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəricilərini müəyyən etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq;
3.0.41. ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma və ondan istifadə qaydalarını, bu şəbəkənin inkişafı, təkmilləşdirilməsi, səmərəli və etibarlı istifadə edilməsi sahəsində siyasəti müəyyənləşdirmək;
3.0.42. Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsində və mühafizəsinin həyata keçirilməsində iştirak etmək;
3.0.43. Beynəlxalq Telekommunikasiya Reqlamentinə, Ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq, beynəlxalq yükün (trafikin) və poçtun mübadiləsi üzrə xarici dövlətlərin telekommunikasiya operatorları və poçt operatorları ilə qarşılıqlı hesablaşmaların aparılmasına nəzarət etmək;
3.0.44. operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək;
3.0.45. Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkəsinin və beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının ayrılması və onlardan istifadə qaydalarını müəyyən etmək, bu qaydalara uyğun olaraq operatorlar arasında nömrə daşınmasının həyata keçirilməsinə nəzarət etmək;
3.0.46. ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və onlardan istifadəni beynəlxalq normalara uyğun olaraq aidiyyəti qurumların birgə iştirakı ilə tənzimləmək;
3.0.47. mobil cihazların qeydiyyatını aparmaq;
3.0.48. radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarını müəyyənləşdirmək, onların icrasına nəzarəti və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqini həyata keçirmək;
3.0.49. universal telekommunikasiya xidmətlərinin təsnifatını, təşkilini, keyfiyyətini, müddətini və digər tələbləri müəyyən etmək, xidmətlərə nəzarətlə bağlı zəruri tədbirlər görmək;
3.0.50. rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən operatorların, provayderlərin və digər hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək məqsədi ilə tövsiyələr vermək;
3.0.51. telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılmasını təşkil etmək;
3.0.52. poçt-maliyyə xidmətləri sahəsində fəaliyyətə nəzarətin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;
3.0.53. dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların çapı, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydasını müəyyən etmək və bu sahəyə nəzarəti həyata keçirmək;
3.0.54. Azərbaycan Respublikasının ərazisində poçt rabitəsi obyektləri üçün poçt indekslərini və nəzarət-keçid müddətlərinə dair normativləri müəyyən etmək və poçt rabitəsi xidmətlərinin keyfiyyətinə nəzarət etmək;
3.0.55. universal poçt rabitəsi xidmətləri göstərilməsinin ümumi qaydalarını təsdiq etmək və keyfiyyət normativlərini müəyyən etmək;
3.0.56. fövqəladə hallarda telekommunikasiya şəbəkələrinin dayanıqlı işini təmin etmək, bu məqsədlə material ehtiyatlarının yığılması planlarını hazırlamaq və həyata keçirilməsində iştirak etmək;
3.0.57. ölkənin bütün yaşayış məntəqələrində əhalinin keyfiyyətli və etibarlı telekommunikasiya və genişzolaqlı internet xidmətləri ilə təmin olunması ilə bağlı zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.58. poçt rabitəsi və poçt-maliyyə xidmətlərinin inkişafı üzrə zəruri tədbirlər görmək;
3.0.59. Azərbaycan Respublikasının ərazisində radio və televiziya proqramlarının yayımını, o cümlədən rəqəmli televiziya yayımını aidiyyəti qurumlarla birgə təşkil etmək;
3.0.60. aidiyyəti dövlət orqanları ilə birlikdə ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, bu sahədə yerli və xarici operatorların fəaliyyətinin əlaqələndirilməsi, investisiyaların cəlb olunması, beynəlxalq dəstəyin təmin edilməsi üzrə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.61. ölkənin qlobal informasiya-telekommunikasiya şəbəkəsinə alternativ və dayanıqlı qoşulma imkanlarının artırılması üzrə zəruri tədbirlər görmək;
3.0.62. regional data-mərkəzlər şəbəkəsinin genişləndirilməsini və informasiya xidmətlərinin təşkilini həyata keçirmək;
3.0.63. aidiyyəti qurumlarla birlikdə yüksək texnologiyalar üzrə elmi tədqiqatların genişləndirilməsi, səmərəliliyinin artırılması və nəticələrinin müvafiq sahələrdə tətbiqi ilə bağlı zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.64. aidiyyəti dövlət qurumları ilə birlikdə nüvə texnologiyaları üzrə elmi-texniki tədqiqatların genişləndirilməsi, səmərəliliyinin artırılması və nəticələrinin müvafiq sahələrdə tətbiqi ilə bağlı zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.65. aidiyyəti dövlət qurumları ilə birlikdə istehsal sahələrində yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu məhsul və xidmətlərin yaradılması və istehsalı ilə bağlı təkliflər hazırlamaq və həyata keçirilməsi üçün tədbirlər görmək;
3.0.66. innovasiya fəaliyyətinin təşviqini, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsini və onların transferinin təşkilini, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsini, innovativ layihələrin (o cümlədən startapların) maliyyələşdirilməsini, innovasiya təşəbbüskarlığının təbliğini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək;
[17]
3.0.67. ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını həyata keçirmək, əhalini, özəl və digər qurumları elektron vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək elektron təhlükələr barədə məlumatlandırmaq, onlara texniki və metodik yardım göstərmək, ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatorları və aidiyyəti dövlət orqanları ilə birlikdə qabaqlayıcı tədbirlər görmək;
3.0.68. ölkənin efir məkanına kənar müdaxilənin qarşısının alınması üçün aidiyyəti dövlət orqanları ilə birlikdə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.69. dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu aidiyyəti dövlət orqanları ilə birlikdə yoxlamaq;
3.0.70. elektron təhlükələrin aşkar olunması və qarşısının alınması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birlikdə informasiya sistemlərinin və şəbəkələrinin təhlükəsizlik üzrə auditini həyata keçirmək;
3.0.71. telekommunikasiya və yüksək texnologiyalar sahəsində obyektlərin mühafizəsini təşkil etmək və fövqəladə vəziyyətlərin aradan qaldırılmasında iştirak etmək;
3.0.72. dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, belə şəbəkələrə texniki dəstək və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görmək;
3.0.73. “elektron hökumət” portalının yaradılmasını, idarə olunmasını və fəaliyyətini təmin etmək;
3.0.74. “elektron hökumət”in inkişafı üzrə aidiyyəti dövlət orqanları ilə birlikdə zəruri tədbirlər görmək;
[18]
3.0.75. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini Elektron Hökumət İnformasiya Sistemi, elektron xidmətlərin göstərilməsini isə “elektron hökumət” portalı vasitəsilə təşkil etmək;
[19]
3.0.76. elektron imza infrastrukturunun inkişafını təmin etmək, onun idarə olunmasını və bu sahədə fəaliyyətə nəzarəti həyata keçirmək, sertifikat xidmətləri mərkəzlərinin reyestrinin aparılmasını təmin etmək;
3.0.77. “elektron hökumət” layihəsinin gerçəkləşdirilməsi üçün tədbirlər görmək, o cümlədən informasiya sistemlərini və ehtiyatlarını yaratmaq, onların inteqrasiyasına dair texniki tələb və standartların müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək;
[20]
3.0.78. dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərini aparmaq;
3.0.78-1. “Hökumət buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin etmək;
3.0.79. “Hökumət buludu”nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;
[21]
3.0.79-1. dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etmək;
3.0.79-2. Nazirliyin Data Mərkəzində, eləcə də “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etmək;
3.0.79-3. “Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görmək;
[22]
3.0.80. dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri müəyyənləşdirmək;
[23]
3.0.80-1. dövlət qurumlarının göstərdikləri xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi məqsədilə aşağıdakıları həyata keçirmək:
[24]
1. dövlət qurumlarının malik olduqları informasiya sistemləri və ehtiyatları ilə tanış olmaq, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı tədbirlər görmək;
2. elektron xidmətlərin göstərilməsi üzrə texniki tələbləri müəyyənləşdirmək;
3. dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq;
4. elektron xidmətlərin göstərilməsi üzrə dövlət qurumlarına metodik və əməli köməklik göstərmək;
5. dövlət qurumlarının elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək, aidiyyəti dövlət qurumlarına məlumat göndərmək;
3.0.80-2. informasiya sistemləri və ehtiyatları, habelə elektron xidmətlərlə bağlı dövlət qurumları tərəfindən təqdim olunan layihələrə, onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəy vermək;
3.0.81. dövlət xidmətlərinin həyata keçirilməsinin keyfiyyət standartlarına dair təkliflər vermək;
3.0.82. internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmaq;
3.0.83. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirləri görmək;
3.0.83-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud bu Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə həmin informasiya məhsullarının ekspertizasını Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti vasitəsilə təşkil etmək;
[25]
3.0.84. qanunla müəyyən edilmiş hallarda və qaydada internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmaq;
3.0.85. “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”ndakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərlə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydalarını müəyyən etmək;
3.0.86. “elektron hökumət”in inkişafı, elektron xidmətlərin təkmilləşdirilməsi məqsədləri üçün informasiya sistemləri, ehtiyatları və reyestrlərin əlaqələndirilməsi və inteqrasiyası ilə bağlı təkliflər vermək;
3.0.87. dövlət xidmətlərinin elektronlaşdırılması və “elektron hökumət” portalına inteqrasiyası ilə bağlı görülmüş tədbirlərə dair ildə iki dəfə Azərbaycan Respublikası Prezidentinə məlumat vermək;
3.0.88. müvafiq sahədə elektron idarəetmə sistemlərini və informasiya sistemlərini yaratmaq;
3.0.89. Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsini təmin etmək;
[26]
3.0.90. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulan məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmadıqda, müvafiq satıcının ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılmasını təmin etmək;
3.0.91. əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında informasiya texnologiyalarından istifadədə rəqəmli fərqliliyin aradan qaldırılması üçün zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.92. biliklərə əsaslanan iqtisadiyyatın, o cümlədən sosial-iqtisadi fəaliyyətin yeni formalarının (e-ticarət, telesəhiyyə, teleiş və s.) inkişafı ilə bağlı aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.93. milli internet resurslarının inkişaf etdirilməsi üzrə aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.94. müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən xidmətlərin aşkarlanması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək;
3.0.95. müvafiq sahə üzrə təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətinin qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görmək;
3.0.96. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahədə investisiya mühitinin yaxşılaşdırılması, investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq və yerli və xarici investisiyaların cəlb edilməsi üçün tədbirlər görmək;
3.0.97. müvafiq sahədə yüksəkixtisaslı kadrlara olan tələbatı öyrənmək, kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.0.98. müvafiq sahədə dövlət standartlarının və təsnifatlarının hazırlanmasında iştirak etmək;
3.0.99. müvafiq sahə üzrə beynəlxalq təşkilatların tövsiyələrinin öz fəaliyyətində nəzərə alınması üçün tədbirlər görmək;
3.0.100. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;
3.0.101. müvafiq sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;
3.0.102. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
3.0.103. müvafiq sahəyə ayrılan büdcə vəsaiti, kreditlər, qrantlar və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.0.104. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.0.105. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətini və maliyyə vəziyyətini təhlil etmək, onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər vermək və tədbirlər görmək, sosial-iqtisadi inkişaf proqnozlarını, o cümlədən gəlirlər və xərclər smetasını hazırlamaq və onların icrasına nəzarət etmək;
3.0.106. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.0.107. öz fəaliyyətində ictimaiyyətin iştirakını, özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı təmin etmək;
3.0.108. fəaliyyət sahəsində əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirləri hazırlamaq və həyata keçirmək;
3.0.109. müvafiq sahə üzrə işçilərin sosial vəziyyətinin və mədəni-məişət şəraitinin yaxşılaşdırılmasını təmin etmək;
3.0.110. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
3.0.111. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq, onlara vaxtında cavab vermək və digər tədbirlər görmək;
3.0.112. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Nazirliyin hüquqları
4.0. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.0.2. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
4.0.3. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.4. müvafiq sahə üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, metodik və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək, çatışmazlıqların həlli yollarını prioritetləşdirmək;
4.0.5. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi təşkilatları, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;
[27]
4.0.6. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin ölkədə və xaricdə keçirilməsini təşkil etmək;
4.0.7. xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
4.0.8. beynəlxalq və yerli daşımaların səmərəliliyini təmin etmək məqsədilə avtovağzalların (avtostansiyaların), dəmir yolu, hava və dəniz limanlarının yaradılması, genişləndirilməsi, bağlanması və digər formada təkmilləşdirilməsi barədə təkliflərini qanunla müəyyən olunmuş qaydada təqdim etmək;
4.0.9. nəqliyyat sahəsində səmərəli idarəetməni təmin etmək məqsədilə müvafiq informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, dövlət və özəl təşkilatların fəaliyyət sahələrinə uyğun informasiya sistemlərinin yaradılmasını, fəaliyyətinin tənzimlənməsini, qiymətləndirilməsini və inteqrasiyasını həyata keçirmək;
4.0.10. mülki aviasiyada geyim formalarının nümunələrinin, fərqlənmə nişanlarının və geyim formalarının daşınması qaydalarının təsdiq edilməsinə dair təkliflər vermək;
4.0.11. nəqliyyat növləri arasında, habelə nəqliyyat qovşaqlarında yük sahibləri, operatorlar, ekspeditorlar, agentlik və digər təşkilatlarla qarşılıqlı münasibətlərin təkmilləşdirilməsinə dair təkliflər vermək;
4.0.12. nəqliyyat sahəsində fəaliyyət göstərən dövlət qurumlarından onların fəaliyyəti barədə müəyyən olunmuş qaydada məlumatlar tələb etmək və səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;
4.0.13. dövlət büdcəsindən maliyyələşdirilən elmi tədqiqat, təcrübə-konstruktor, layihə və mühəndis-axtarış işlərinin istiqamətlərini müəyyən etmək;
4.0.14. beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə üzrə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və yüksəldilməsi ilə bağlı tədbirlər görmək;
4.0.15. yüksək texnologiyalar üzrə innovativ təşəbbüslərə (“start up”lara) dəstək vermək, müsabiqələr, təbliğat tədbirləri, seminar və təlimlər keçirmək;
4.0.16. fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsi ilə məşğul olan dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək, qanunun tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;
4.0.17. telekommunikasiya və yüksək texnologiya sahələrində, habelə tabeliyində olan nəqliyyat qurumlarında çalışan işçiləri dövlət mükafatlarına və digər təltiflərə təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək; dövri mətbu nəşr təsis etmək, xüsusi bülletenlər, məcmuələr və digər nəşrlər buraxmaq;
4.0.17-1. dövlət qurumlarının malik olduqları informasiya sistemlərinə və ehtiyatlarına çıxış əldə etmək, dövlət qurumları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədilə həmin qurumların xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;
[28]
4.0.17-2. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək;
4.0.17-3. dövlət qurumlarında elektron xidmətlərin təşkilində istifadə olunacaq informasiya sistemlərinin və ehtiyatlarının yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək və istismara qəbulunda bilavasitə iştirak etmək;
4.0.17-4. dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət qurumlarına təkliflər vermək və onların təmin edilməsinə nəzarət etmək;
4.0.17-5. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət qurumlarının təkliflərini toplamaq, onları təhlil etmək və rəy vermək;
4.0.18. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Nazirliyin fəaliyyətinin təşkili
5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanları Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Nazirliyin strukturunu, onun Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
[29]
5.4. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən beş müavini vardır. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
[30]
5.5. Nazir:
5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Nazirliyin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə qərar formasında normativ hüquqi aktlar qəbul edir;
5.5.4. Nazirliyin strukturuna daxil olan qurumların struktur bölmələrinin əsasnamələrini təsdiq edir, strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq edilməsi üçün təqdim edir;
5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.6. Nazirliyin Aparatının işçilərini, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (rəhbərləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən qurumlar istisna olmaqla) rəhbərlərini, rəhbərlərinin müavinlərini və digər rəhbər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.7. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.8. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.9. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları, idarə, müəssisə və təşkilatları, hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;
5.5.10. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin formalaşdırılması ilə bağlı təkliflər verir;
5.5.11. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
5.5.11-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
[31]
5.5.12. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurasının sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;
5.5.13. Nazirliyin dövlət qulluqçusu olan işçilərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir.
5.6. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
5.7. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavininə və ya müavinlərindən birinə tapşıra bilər.
[32]
5.8. Nazirlikdə nazirdən (kollegiyanın sədrindən), nazirin birinci müavinindən, nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.
[33]
5.9. Nazirliyin kollegiyası üzvlərinin sayını və kollegiyanın tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.10. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələlərə baxır və müvafiq qərarlar qəbul edir.
5.11. Nazirliyin kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
5.11.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları;
5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
5.11.5. nazirin təşəbbüsü ilə Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;
5.11.6. bu Əsasnamənin 5.11.1–5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktları.
5.12. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
5.13. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.14. Nazirliyin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.
5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura, internetin inkişafı şurası və digər ictimai şuralar yaradıla bilər.
|
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir
|
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
[34]
STRUKTURU
1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatı (şöbələr və sektorlar).
2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti.
[35]
3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi.
5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti.
6. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu.
[36]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
31 yanvar 2019-cu il tarixli 505 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 95)
2.
12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027)
3.
14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702)
4.
19 dekabr 2019-cu il tarixli 886 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1929)
5.
11 mart 2020-ci il tarixli 955 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 mart 2020-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3 , maddə 231)
6.
16 aprel 2020-ci il tarixli 990 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4 , maddə 407)
7.
18 avqust 2020-ci il tarixli 1141 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 avqust 2020-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1044)
8.
23 iyun 2021-ci il tarixli 1378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyun 2021-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 593)
9.
18 dekabr 2021-ci il tarixli 1491 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1356)
10.
30 dekabr 2021-ci il tarixli 1565 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1430)
11.
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459)
12.
24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1264)
13.
29 mart 2023-cü il tarixli 2072 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 29 mart 2023-cü il, “Xalq” qəzeti, 30 mart 2023-cü il, № 64)
14.
8 aprel 2023-cü il tarixli 2089 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73)
15.
20 aprel 2023-cü il tarixli 2114 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, “Xalq” qəzeti, 21 aprel 2023-cü il, № 83)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə qərarın adında “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[2]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə preambulasında “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[3]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə 1-ci, 3-cü, 4-cü və 7-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[4]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə 2-ci və 6-cı hissələr ləğv edilmişdir.
[5]
12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027) ilə 5-ci hissədən “, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi” sözləri çıxarılmışdır.
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə 5-ci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi 145 ştat vahidi, o cümlədən Xidmətin Aparatının işçilərinin say həddi 100 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin işçilərinin say həddi 65 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi müəyyən edilsin.
[6]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə 8-ci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorlarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
[7]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin adında və 1.1-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[8]
24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1264) ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə “rabitə (telekommunikasiya və poçt),” sözlərindən sonra “elektron hökumət,” sözləri əlavə edilmişdir.
[9]
14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 2.0.8-ci yarımbəndində “və hava gəmiləri tərəfindən ətraf mühitin mühafizəsinin” sözləri “, habelə mülki hava gəmilərinin ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunun” sözləri ilə əvəz edilmişdir.
[10]
24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1264) ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 2.0.17-ci yarımbəndində “məsələlərində aidiyyəti dövlət orqanları ilə birlikdə iştirak edir” sözləri “ilə bağlı tədbirlər görür” sözləri ilə əvəz edilmişdir.
[11]
23 iyun 2021-ci il tarixli 1378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyun 2021-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 593) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndində “dövlətlərin” sözü “dövlətlərdə qeydiyyatda olan” sözləri ilə əvəz edilmişdir.
18 dekabr 2021-ci il tarixli 1491 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1356) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndində “38-41-ci” sözləri “38-ci, 39-cu, 41-ci,” sözləri ilə əvəz edilmişdir.
29 mart 2023-cü il tarixli 2072 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 29 mart 2023-cü il, “Xalq” qəzeti, 30 mart 2023-cü il, № 64) ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndindən “(xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verildiyi hallar istisna olmaqla)” sözləri çıxarılmışdır.
8 aprel 2023-cü il tarixli 2089 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndindən “38-ci,” sözləri çıxarılmışdır.
[12]
11 mart 2020-ci il tarixli 955 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 mart 2020-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №3 , maddə 231) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 3.0.15-1-ci yarımbənd əlavə edilmişdir.
[13]
14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.18-ci yarımbəndində “aviasiya administrasiyaları” sözləri “aidiyyəti qurumları” sözləri ilə, “milli qayda, norma və prosedurlara” sözləri “yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə” sözləri ilə əvəz edilmişdir.
[14]
20 aprel 2023-cü il tarixli 2114 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, “Xalq” qəzeti, 21 aprel 2023-cü il, № 83)ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 3.0.18-1-ci yarımbənd əlavə edilmişdir.
[15]
14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.21-ci yarımbəndində “vertodromların” sözü “helikopter meydançalarının” sözləri ilə əvəz edilmişdir.
[16]
14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.24-cü yarımbəndində “aviasiya aerodromları” sözləri “hava limanları (aerodromları)” sözləri ilə əvəz edilmişdir.
[17]
12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.66-cı yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.0.66. informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, habelə tətbiqi xarakterli elmi tədqiqat işləri ilə bağlı layihələri Nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu vasitəsilə maliyyələşdirmək;
[18]
24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1264) ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.74-cü yarımbəndindən “aidiyyəti dövlət orqanları ilə birlikdə” sözləri çıxarılmışdır.
[19]
24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1264) ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.75-ci yarımbəndində “və elektron xidmətlərin göstərilməsini” sözləri “Elektron Hökumət İnformasiya Sistemi, elektron xidmətlərin göstərilməsini isə” sözləri ilə əvəz edilmişdir.
[20]
24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1264) ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.77-ci yarımbəndindən “, onların inteqrasiyasına dair texniki tələb və standartların müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək” sözləri sözləri çıxarılmışdır.
[21]
18 avqust 2020-ci il tarixli 1141 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 avqust 2020-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1044) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.79-cu yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.0.79. “hökumət bulud”un yaradılması vasitəsilə dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturun qurulması və standartların formalaşdırılması üzrə tədbirləri əlaqələndirmək;
[22]
18 avqust 2020-ci il tarixli 1141 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 avqust 2020-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1044) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 2.0.17-1-ci, 3.0.78-1-ci, 3.0.79-1-ci, 3.0.79-2-ci və 3.0.79-3-cü yarımbəndlər əlavə edilmişdir.
[23]
24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257) ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.80-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.0.80. dövlət orqanlarının informasiya sistemlərinin yaradılması üçün vahid prinsiplərə və standartlara dair təkliflər vermək;
[24]
24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1264) ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 3.0.80-1-ci və 3.0.80-2-ci yarımbəndlər əlavə edilmişdir.
[25]
19 dekabr 2019-cu il tarixli 886 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1929) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 3.0.83-1-ci yarımbənd əlavə edilmişdir.
[26]
30 dekabr 2021-ci il tarixli 1565 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1430) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.89-cu yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.0.89. Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görülməsini təmin etmək;
[27]
14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 4.0.5-ci yarımbəndində “şirkətləri” sözü “təşkilatları” sözü ilə əvəz edilmişdir.
[28]
24 noyabr 2022-ci il tarixli 1887 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 24 noyabr 2022-ci il, “Xalq” qəzeti, 25 noyabr 2022-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1264) ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 34.0.17-1 – 4.0.17-5-ci yarımbəndlər əlavə edilmişdir.
[29]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 5.3-cü bəndin birinci cümləsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[30]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 5.4-cü bəndində “birinci müavini və iki” sözləri “beş” sözü ilə əvəz edilmişdir.
[31]
31 yanvar 2019-cu il tarixli 505 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 fevral 2019-cu il, № 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 95) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 5.5.11-1-ci yarımbənd əlavə edilmişdir.
[32]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 5.7-ci bəndindən “birinci müavininə və ya” sözləri çıxarılmışdır.
[33]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndindən “nazirin birinci müavinindən,” sözləri çıxarılmışdır.
[34]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu”nun adında, 1-ci, 4-cü və 5-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir
[35]
24 may 2022-ci il tarixli 1691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 459) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu”nun 2-ci və 3-cü hissələr ləğv edilmişdir
[36]
12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu”nun 6-cı hissəsi ləğv edilmişdir.