Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 494; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının Siyahısı”nın 2-ci hissəsindən “Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və həmin hissəyə “Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin,” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2017-ci il
№ 1736