×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.01.2018
QEYDİYYAT NÖMRƏSİ
1
ADI
“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 09-01-2018, Nəşr Nömrəsi: 04), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2018, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 118)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
140.010.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201801050001
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.01.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 397-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1164 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 5 yanvar 2018-ci il

                     № 1

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi

 

NORMALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Normalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarını müəyyən edir.

1.2. Bu Normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən riayət edilməlidir.

1.3. Bu Normalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. yaşıllıq norması - bir adama düşən yaşıllıq sahəsi;

1.3.2. yaşıllıq faizi - yaşıllıq salınması üçün nəzərdə tutulan sahənin tikinti üçün ayrılmış əraziyə nisbəti;

1.3.3. ümumi istifadədə olan yaşıllıqlar - park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar;

1.3.4. məhdud istifadəli yaşıllıqlar - məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar; [1]

1.3.5. xüsusi təyinatlı yaşıllıqlar - sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar);

1.3.6. yaşayış məntəqəsi - əhalinin yığcam məskunlaşdığı, onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsi (şəhər, qəsəbə, kənd);

1.3.7. şəhər - əhalisinin sayı 15 min nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzləri olan inzibati ərazi vahidi;

1.3.8. qəsəbə - əhalisinin əksəriyyəti iqtisadi, sənaye, sosial, kommunal təsərrüfat, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və digər sahələrdə işləyən ərazi vahidi;

1.3.9. kənd - əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahidi.

 

2. Ərazi planlaşdırılması sənədlərinə əsasən yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları

 

2.1. Yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir.

2.2. Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

2.3. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri üzrə ümumi istifadədə olan yaşıllıqların norması bu Normalara 1 nömrəli əlavədə müəyyən olunur.

2.4. Ümumi istifadədə olan yaşıllıqların ərazi balansı bu Normalara 2 nömrəli əlavədə müəyyən olunur.

2.5. Məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin layihələndirilməsi zamanı məhdud istifadəli yaşıllıqların ərazi balansı bu Normalara 3 nömrəli əlavədə müəyyən olunur.

2.6. Yaşayış məntəqələrinin layihələndirilməsi zamanı xüsusi təyinatlı yaşıllıqların ərazi balansı bu Normalara 4 nömrəli əlavədə müəyyən olunur.

 


 

 

“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na

1 nömrəli əlavə

 

Şəhər, qəsəbə və kənd yaşayış məntəqələri üzrə ümumi istifadədə olan yaşıllıqların

 

N O R M A S I

 

İnzibati ərazi vahidi (dairəsi)

Bir adama düşən yaşıllıq sahəsi (m2-lə)

Şəhərlər:

 

çox iri

iri

böyük

orta

kiçik

 

 

10

10

9

7

8

Qəsəbə

8

Kənd

12

 

Qeydlər:

1. Əhalisinin sayı bir milyondan çox olan şəhərlər çox iri, 250 mindən bir milyonadək olan şəhərlər iri, 100 mindən 250 minədək olan şəhərlər böyük, 50 mindən 100 minədək olan şəhərlər orta və 50 minədək olan şəhərlər kiçik şəhərlər qrupuna aiddir.

2. Qəsəbələr kiçik şəhərlər qrupuna daxildir.

3. Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər.

4. Meşələrin əhatəsində, iri çay və su hövzələrinin sahil zonalarında yerləşdirilən orta və kiçik şəhərlərdə, qəsəbə və kənd yaşayış məskənlərində ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20 faizdən çox olmayaraq azaldıla bilər.

 


 

 

“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na

2 nömrəli əlavə

 

Ümumi istifadədə olan yaşıllıqların ərazi balansı

 

Yaşıllıq sahələri

Yaşıllıqlarla örtülü sahə

(faizlə)

Yollar və meydançalar

(faizlə)

Qurğular

(faizlə)

Ümumşəhər mədəniyyət və istirahət parkları

78

16

6

Rayon mədəniyyət və istirahət parkları

76

17

7

Meşə-parklar

93

5

2

Yaşayış rayonlarının (massivlərinin) bağları

73

25

2

Mikrorayonların bağları

72

25

3

Bağçalar

69

28

3

Bulvarlar

55

43

2

 


 

 

“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na

3 nömrəli əlavə

 

Məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin tikintilərinin layihələndirilməsi zamanı məhdud istifadəli yaşıllıqların ərazi balansı [2]

 

Məhdud istifadəli yaşıllıqların yerləşdiyi obyektlər

Yaşıllıq faizi

Məhəllədaxili

25

Təhsil müəssisələri:

 

məktəbəqədər və  ümumtəhsil müəssisələri

peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələri [3]

 

 

40

40

Tibb müəssisələri [4]

50

Mədəni-məişət müəssisələri

30

 

Qeyd. Sənaye müəssisələri tikintisinin layihələndirilməsi zamanı yaşıllıq sahəsinin xüsusi çəkisi istehsalatın təyinatından asılı olaraq tənzimlənməlidir.

 

 


 

 

“Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na

4 nömrəli əlavə

 

Yaşayış məntəqələrinin layihələndirilməsi zamanı xüsusi təyinatlı yaşıllıqların ərazi balansı

 

Xüsusi təyinatlı yaşıllıqların yerləşdiyi ərazilər

Yaşıllıq faizi

Sənaye müəssisələri və komplekslərinin sanitariya-mühafizə zonası:

eni 300 metrədək olduqda

300 metrdən 1000 metrədək olduqda

1000 metrdən 3000 metrədək olduqda

 

 

60

50

40

Magistral dəmir və avtomobil yollarının mühafizə zonası

50

Xatirə kompleksləri (xiyabanlar)

60

Qəbiristanlıqlar

15

Suburaxma qabiliyyəti 30 kubmetr/saniyədən çox olan su kanallarının mühafizə zonası

25

Enerji kəmərlərinin mühafizə zonası

10

 

Qeydlər:

1. Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya-mühafizə zonasının eni 100 metrədək olduqda eni 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac-kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağının salınması nəzərdə tutulmalıdır.

2. Ətraf mühitin mövcud vəziyyəti (atmosferin fon çirklənmə səviyyəsi, ərazinin relyefi, istehsalatın xüsusiyyətləri, meteoroloji amillər və s.) nəzərə alınaraq sanitariya-mühafizə zonasının eni dəyişdirilə bilər.

3. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələndirilməsi zamanı bir adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kvadrat metr, orta şəhərlərdə 4 kvadratmetr, digər yaşayış məntəqələrində isə 3 kvadratmetr olmalıdır.

4. Əhalinin ümumi istifadəsində olan yaşıllıq sahələrindən, sanitariya-mühafizə zonalarının ölçülərindən, təbii iqlim və yerli şəraitin digər xüsusiyyətlərindən asılı olaraq, tingliklərin (şitilliyin) sahəsi bir adam üçün 0,2-0,4 kvadratmetr nəzərdə tutulmalıdır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2741)

2.       30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409) ilə “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na 1.3.4-cü yarımbəndində və 2.5-ci bəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.

 

[2] 30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409) ilə “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na 3 nömrəli əlavə - “Məhəllədaxili, təhsil, səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin tikintilərinin layihələndirilməsi zamanı məhdud istifadəli yaşıllıqların ərazi balansı”nın adında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.

 

[3] 19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2741) ilə “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na 3 nömrəli əlavə - “Məhəllədaxili, təhsil, səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin tikintilərinin layihələndirilməsi zamanı məhdud istifadəli yaşıllıqların ərazi balansı”nda “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[4] 30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409) ilə “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”na 3 nömrəli əlavə - “Məhəllədaxili, təhsil, səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin tikintilərinin layihələndirilməsi zamanı məhdud istifadəli yaşıllıqların ərazi balansı”nın “Məhdud istifadəli yaşıllıqların yerləşdiyi obyektlər” sütununun üçüncü sətrində “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status