AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
12.01.2018
QEYDİYYAT NÖMRƏSİ
3578
ADI
Xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə komissiyaların Azərbaycan Respublikası tərəfindən tərkibinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2018, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 79)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.01.2018
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

Xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə komissiyaların Azərbaycan Respublikası tərəfindən tərkibinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 723; 2009, № 6, maddə 424, № 7, maddə 589; 2012, № 2, maddə 126; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Musa Pənahov - Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini” sözləri çıxarılsın;

1.2. “Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra “Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri və “Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini” sözlərindən sonra “Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” və “Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” sözləri əlavə edilsin;

1.3. “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri “Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi)” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 725; 2009, № 7, maddə 589; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 129; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. “Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri” sözləri “Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri ilə, “Yavər Camalov - Azərbaycan Respublikasının müdafiə sənayesi naziri” sözləri “Tofiq Rəfiyev - Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini” sözləri ilə, “Qulu Novruzov - Azərbaycan Respublikasının təhsil nazirinin müavini” sözləri “Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə, “Eynulla Mədətli - Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri” sözləri “Azər Xudiyev - Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri” sözləri ilə və “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri “Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi)” sözləri ilə əvəz edilsin;

2.2. “Musa Pənahov - Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini” sözləri çıxarılsın;

2.3. “Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse- prezidenti” sözlərindən sonra “Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” sözləri əlavə edilsin.

3. “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddələr 878, 888; 2012, № 2, maddə 136; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. “Musa Pənahov - Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini” sözləri çıxarılsın;

3.2. “İsmayıl İsmayılov - Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini” sözlərindən sonra “Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" və “Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri əlavə edilsin;

3.3. “İsfəndiyar Vahabzadə - Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri” sözləri “Lətif Qəndilov - Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri” sözləri ilə və “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri “Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi)” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, №11, maddə 976; 2012, № 2, maddə 123; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. “Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri” sözləri “Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri ilə, “Aslan Aslanov - Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini” sözləri “Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini” sözləri ilə, “Namiq Əliyev - Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri” sözləri “Qüdsi Osmanov - Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri” sözləri ilə və “Kamal İsmayılzadə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri “Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi)” sözləri ilə əvəz edilsin;

4.2. “Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözlərindən sonra “İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” sözləri əlavə edilsin.

5. “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 650; 2009, № 6, maddə 424, № 7, maddə 589; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 121; 2014, № 2, maddə 112, № 4, maddə 391, № 6, maddə 644; 2015, № 7, maddə 852; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. “Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini” sözləri çıxarılsın;

5.2. “Rauf Vəliyev - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözlərindən sonra “Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru” sözləri əlavə edilsin;

5.3. “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi)” sözləri “Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi)” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 may tarixli 2833 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 422; 2012, № 2, maddə 114; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsində “Kamal İsmayılzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi)” sözləri “Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi)” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-6-cı hissələri ilə edilən dəyişikliklər barədə qarşı tərəflərə müvafiq bildirişlər göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 yanvar 2018-ci il

                       № 3578

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status