×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
15.12.2017
QEYDİYYAT NÖMRƏSİ
941-VQD
ADI
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-02-2018, Nəşr nömrəsi: 28), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2018, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 151)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.02.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201712150941
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.02.2018
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7, maddə 591; 2011, № 6, maddə 482, № 7, maddə 618; 2012, № 11, maddə 1052; 2013, № 6, maddə 613, № 7, maddə 787, № 12, maddə 1494; 2015, № 12, maddə 1434; 2016, № 12, maddə 2050; 2017, № 2, maddə 156; 2017, № 6, maddə 1056, № 8, maddə 1511) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-1-ci maddədə “443, 444, 445.1, 446, 447.3, 448, 451-ci” sözləri “142, 143, 144.1, 145, 146.3, 147, 150-ci” sözləri ilə əvəz edilsin.

2. 13-cü maddə üzrə:

2.1. 13.1.1-ci maddəyə “bu Qanunun” sözlərindən sonra “13.1.3-2-ci,” sözləri əlavə edilsin;

2.2. 13.1.3-cü maddədən “və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları” sözləri çıxarılsın;

2.3. aşağıdakı məzmunda 13.1.3-1-ci və 13.1.3-2-ci maddələr əlavə edilsin:

“13.1.3-1. bu Qanunun 13.1.3-2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları – on gün ərzində;

13.1.3-2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar – Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsində müəyyən edilmiş müddətlər ərzində.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 dekabr 2017-ci il

№ 941-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status