AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
29.12.2017
QEYDİYYAT NÖMRƏSİ
963-VQD
ADI
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-02-2018, Nəşr nömrəsi: 30), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2018, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 156)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.02.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201712290963
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.02.2018
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 1, maddə 6, № 3, maddə 226, № 4, maddə 280; 2000, № 7, maddə 489; 2001, № 11, maddə 686, № 12, maddə 736; 2002, № 5, maddələr 241, 248; 2003, № 1, maddələr 1, 16, № 12, I kitab, maddə 673; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 49, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1283; 2014, № 4, maddə 333, № 10, maddə 1156; 2016, № 12, maddə 2014; 2017, № 6, maddə 1057) aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:

Maddə 4-1. Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü

1. Sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

2. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2017-ci il

№ 963-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status