Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinin hazırlanması və təqdim olunması barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinin hazırlanmasını və Azərbaycan Respublikası adından Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinin hazırlanması üçün aşağıdakı qurumların nümayəndələrindən ibarət tərkibdə İşçi qrup yaradılsın:
Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
[1]
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
[2]
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi
[3]
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
[4]
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
[5]
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
[6]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası.
2. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, İşçi qrupun fəaliyyətində öz nümayəndəsinin iştirakını təmin etsin.
3. İşçi qrupun fəaliyyətinə rəhbərlik Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə həvalə olunsun.
4. İşçi qrup bu Sərəncamın 1-ci hissəsində göstərilən sənədin layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən sənədin hazırlanıb baxıldıqdan sonra Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim olunmasını təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 2018-ci il
№ 3643
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 avqust 2022-ci il tarixli 3411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 912)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 avqust 2022-ci il tarixli 3411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 912) ilə 1-ci hissəsinin doqquzuncu abzasdan “və Turizm” sözləri çıxarılmışdır.
[2]
4 avqust 2022-ci il tarixli 3411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 912) ilə 1-ci hissəsinin onuncu abzasda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[3]
4 avqust 2022-ci il tarixli 3411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 912) ilə 1-ci hissəsinin on beşinci abzasdan “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılmışdır.
[4]
4 avqust 2022-ci il tarixli 3411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 912) ilə 1-ci hissəsinin on yeddinci abzasdan “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri çıxarılmışdır.
[5]
4 avqust 2022-ci il tarixli 3411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 912) ilə 1-ci hissəsinin iyirmi birinci və iyirmi ikinci abzaslar müvafiq olaraq iyirmi ikinci və iyirmi üçüncü abzaslar hesab olunmuşdur və yeni məzmunda iyirmi birinci abzas əlavə edilmişdir.
[6]
4 avqust 2022-ci il tarixli 3411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 912) ilə 1-ci hissəsinin iyirmi ikinci abzasda “Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” sözləri ilə əvəz edilmişdir.