![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN KOLLEGIYASI QƏRARI |
Qəbul edildiyi tarix |
12.02.2018 |
Qeydiyyat nömrəsi |
180108500003 |
Adı |
AZT 051-2018 “Yüksək texnologiyalar məhsullarının təsnifatı”nın təsdiq edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
24.02.2018 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
100.030.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201802120003 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
23.02.2018 |
“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 6 maddəsinin 9-cu hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramının” 5.2.4 – cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış AZT 051-2018 “Yüksək texnologiyalar məhsullarının təsnifatı”nın təsdiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.12 və 8.45-ci bəndlərini rəhbər tutaraq
qərara alır:
1. AZT 051-2018 “Yüksək texnologiyalar məhsullarının təsnifatı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. Qanunvericilik və hüquq ekspertizası şöbəsinə (E.Cəbrayılov) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinə (N.Tağıyev) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş AZT 051-2018 “Yüksək texnologiyalar məhsullarının təsnifatı”nın qeydiyyata alınmasını, texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fonduna daxil edilməsini təmin etsin.
4. Ümumi şöbəyə (X.Həsənova) tapşırılsın ki, bu qərarın surətinin “Yüksək texnologiyalar məhsullarının təsnifatı”nı işləyib hazırlayan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərilməsini təmin etsin və Komitənin aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Kollegiyanın sədri, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri |
Ramiz Həsənov |
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 12 fevral 2018-ci il tarixli 180108500003 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan RespublİkasıNIN Dövlət Standartı
YÜKSƏK TEXNOLOGİYALAR MƏHSULLARININ
Təsnİfatı
RƏSMİ NƏŞR
BAKI – 2018
|
Yüksək texnologiyalar məhsullarının təsnifatı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın 5-ci bölməsinin 5.2-ci (“Yüksək texnologiyalar sektorunun inkişafı”) bəndinin 5.2.4-cü (“Elmtutumlu və yüksək texnoloji məhsulların yeni milli təsnifatının hazırlanması və tətbiqi üçün tədbirlərin görülməsi”) yarımbəndinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri tərəfindən işlənib hazırlanmışdır.
Elmtutumlu və yüksək texnoloji məhsullarla bağlı təsnifatlara dair beynəlxalq təcrübələrin araşdırılması nəticəsində sözügedən təsnifat Beynəlxalq Standart Ticarət Təsnifatının (“Standard International Trade Classification” - SİTC Rev.4) əsasında hazırlanmış, Avropa İttifaqının Statistika Bürosunun CPA2008 (“Statistical classification of products by activity”) təsnifatı və 01 sentyabr 2009-cu il tarixdən ölkəmizdə tətbiq edilən Məhsul Növləri Təsnifatının (MNT) III versiyası ilə uzlaşdırılmışdır.
Bu təsnifat yüksək texnologiyalar sahəsində təqdim edilən və tələb olunan məhsulları təsvir etmək üçün nəzərdə tutulmuşdur.
Yüksək texnologiyalar məhsullarının təsnifatı əsasən statistika məqsədləri üçün hazırlanmışdır və ondan bütün dövlət qurumları, özəl təşkilatlar, elmi-tədqiqat və digər maraqlı müəssisələr istifadə edə bilər. Bu təsnifat yüksək texnologiyalar məhsullarının istehsalı, idxalı və ixracına dair statistik məlumatların əldə edilməsində, qruplaşdırılmasında və təhlilində faydalı vəsait olacaqdır.
Beynəlxalq Standart Ticarət Təsnifatı (SITC Rev.4) əsasında yüksək texnologiyalar məhsullarının qruplar üzrə bölgüsü
Yüksək texnologiyalar üzrə
Qruplar |
Kodlar |
Adlar |
Kosmik avadanlıqlar |
(714-714.89-714.99)+
792.1+ 792.2+792.3+792.4+
792.5+
792.91+ 792.93+ 874.11 |
714.89 və 714.99 istisna olmaqla uçuş aparatlarının mühərrikləri Vertolyotlar Mexaniki motorlu uçuş aparatları və s. uçuş aparatları (vertolyotlardan başqa) Kosmik aparatlar, o cümlədən peyklər və daşıyıcı raketlər Vintlər, rotorlar və onların hissələri Şassilər və onların hissələri İstiqaməti müəyyənləşdirmək üçün kompaslar, sair naviqasiya cihazları və alətləri |
Ofis avadanlıqları və kompüterlər |
751.94+
751.95+
752+ 759.97 |
Kompüterə və ya şəbəkəyə qoşulma imkanı olan çoxfunksiyalı ofis avadanlıqları Kompüterə və ya şəbəkəyə qoşulma imkanı olan digər qurğular Kompüterlər 752-ci qrupa aid edilən kompüterlər üçün hissə və ləvazimatlar |
Elektronika – telekommunikasiya |
763.31+
763.8+ (764-764.93-764.99)+
772.2+ 772.61+
773.18+ 776.25+ 776.27+ 776.3+ 776.4+ 776.8+ 898.44+ 898.46 |
Dəmir pul, banknot, jetonla və ya digər ödəniş vasitələri ilə işə salınan səs aparatları Videokameralar 764.93 və 764.99 istisna olmaqla telekommunikasiya avadanlıqları Quraşdırılmış çap sxemləri Gərginliyi 1000 V-dan çox olmayan elektrik bloklar, panellər Optik lifli kabellər Mikrodalğalı borular Digər elektron lampalar və borular Yarımkeçirici cihazlar Elektron inteqral sxemləri Pyezoelektrik kristallar Optik daşıyıcılar Yarımkeçirici daşıyıcılar |
Əczaçılıq |
541.3+ 541.5+ 541.6+
542.1+
542.2 |
Antibiotiklər Hormonlar və onların törəmələri Qlikozidlər, vəzlər, antizərdablar, vaksinlər Tərkibində antibiotiklər olan dərmanlar və ya onların törəmələri Tərkibində hormonlar olan və ya 541.5-ci altqrupa daxil edilən digər dərmanlar |
Elmi alətlər |
774+
871+ 872.11+
(874-874.11-874.2)+
881.11+ 881.21+ 884.11+ 884.19+
(899.6-899.65-899.69) |
Tibdə və ya cərrahiyyədə istifadə üçün nəzərdə tutulan elektrodiaqnostik aparatlar və radioloji aparatlar Optik alətlər və aparatlar Stomatoloji avadanlıqlara dair bormaşınlar üçün motorlar 874.11 və 874.2 istisna olmaqla ölçmə alətləri və aparatları Fotokameralar Kinokameralar Kontakt linzaları 773.1-ci altqrupa daxil olanlardan başqa optik liflər 899.65 və 899.69 istisna olmaqla ortopedik cihazlar |
Elektrik avadanlıqları |
(778.6-778.61-778.66-778.69)+
778.7+ 778.84 |
778.61, 778.66 və 778.69 istisna olmaqla sabit, dəyişən və ya tənzimlənən həcmli elektrik kondensatorları Fərdi funksiyalı elektrik cihazları Elektrik səs və ya vizual siqnalizasiya qurğuları |
Kimya məhsulları |
522.22+ 522.23+ 522.29+ 522.69+ 525+ 531+
574.33+ 591 |
Selen, tellur, fosfor, arsen və bor Silisium Kalsium, stronsium və barium Digər qeyri-üzvi əsaslar Radioaktiv elementlər Sintetik üzvi boyaq maddələri və boyaq lakları Polietilen tereftalat İnsektisidlər, dezinfeksiyaedici vasitələr |
Sair avadanlıqlar |
714.89+ 714.99+ 718.7+
728.47+
731.1+
731.31+
731.35+
731.42+
731.44+
731.51+
731.53+
731.61+
731.63+
731.65+
733.12+
733.14+
733.16+
735.9+
737.33+
737.35 |
Digər qaz turbinləri Qaz turbinlərinin hissələri Nüvə reaktorları, onların hissələri, yanacaq elementləri və s. İzotopların bölünməsi üçün cihazlar və aparatlar Lazer və ya digər işıq yaxud foton şüalanması proseslərindən istifadə olunmaqla dəzgahlar Rəqəmli proqram idarəsi ilə üfüqi metalkəsən xarrat dəzgahları Digər rəqəmli proqram idarəsi ilə metalkəsən xarrat dəzgahları Digər rəqəmli proqram idarəsi ilə dəlikaçan dəzgahlar Digər rəqəmli proqram idarəsi ilə oyma frezer dəzgahları Rəqəmli proqram idarəsi ilə konsol-frezer dəzgahları Digər rəqəmli proqram idarəsi ilə frezer dəzgahları Rəqəmli proqram idarəsi ilə müstəvi pardaqlama dəzgahları Digər rəqəmli proqram idarəsi ilə pardaqlama dəzgahları Rəqəmli proqram idarəsi ilə itiləmə dəzgahları Rəqəmli proqram idarəsi ilə, əymə, qatlama, düzləndirmə və ya presləmə üçün dəzgahlar Rəqəmli proqram idarəsi ilə kəsmə dəzgahları Rəqəmli proqram idarəsi ilə, ştamplama dəzgahları 731 və 733-cü qruplara daxil edilən dəzgahların hissələri Metalları elektriklə qaynaq etmək üçün avtomatik və ya yarımavtomatik maşın və aparatlar Metalların qövs qaynağı üçün avtomatik və ya yarımavtomatik maşın və aparatlar |
Hərbi avadanlıqlar |
891 |
Silah və döyüş sursatları |
Beynəlxalq Standart Ticarət Təsnifatı (SITC rev. 4) üzrə yüksək texnologiyalar məhsullarının siyahısı
Kodlar |
Adı |
CPA[1] |
MNT[2] |
522.22 |
Selen, bor, tellur, fosfor və arsen |
20.13.21 |
20.13.21.40 20.13.21.60 20.13.21.70 20.13.21.90 |
522.23 |
Silisium |
20.13.21 |
20.13.21.50 |
522.29 |
Kalsium, stronsium və barium; qarışıqlar və ya ərintilər şəklində nadir torpaq metalları, skandium, ittrium, qələvi və qələvi-torpaq metalları |
20.13.23 |
20.13.23.20 20.13.23.30 20.13.23.50 20.13.23.70 |
522.69 |
Digər qeyri-üzvi əsaslar; sair metalların oksidləri, hidroksidləri və peroksidləri |
20.12.19 |
20.12.19.10 20.12.19.30 20.12.19.50 20.12.19.60 20.12.19.90 |
525.11 |
Təbii uran və onun birləşmələri; ərintiləri, dispersiyaları (kermet daxil olmaqla), təbii uran və onun birləşmələrindən keramik məhsullar və qarışıqlar |
24.46.10 |
24.46.10.00 |
525.13 |
U-235-lə zənginləşdirilmiş uran və onun birləşmələri; plutonium və onun birləşmələri; tərkibində uran-235-lə zənginləşdirilmiş uran, plutonium və ya bu maddələrin birləşmələri olan ərintilər, dispersiyalar (metalokeramika daxil olmaqla), keramik məhsullar və qarışıqları |
20.13.11 |
20.13.11.00 |
525.15 |
U-235-lə zənginləşdirilməmiş uran və onun birləşmələri; torium və onun birləşmələri; tərkibində uran-235-lə zənginləşdirilməmiş uran, torium və ya bu maddələrin birləşmələri olan ərintilər, dispersiyalar (metalokeramika daxil olmaqla), keramik məhsullar və qarışıqları |
20.13.12 |
20.13.12.00 |
Kodlar |
Adı |
CPA |
MNT |
525.17 |
Nüvə reaktorlarının istifadə edilmiş yanacaq elementləri |
38.12.21 |
38.12.21.00 |
525.19 |
Digər qruplara daxil edilməyən radioaktiv elementlər, izotoplar və onların birləşmələri; radioaktiv elementlər, izotoplar və onların birləşmələri olan ərintilər, dispersiyalar (metalokeramika daxil olmaqla), keramika məhsulları və qarışıqları |
20.13.13 |
20.13.13.00 |
525.91 |
İzotoplar (521.1 altqrupuna daxil edilənlərdən başqa); müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli qeyri-üzvi və üzvi izotop birləşmələr |
20.13.61 |
20.13.61.00 |
525.95 |
Nadir torpaq metalların, ittriumun və skandiumun və bu metalların qarışıqlarının qeyri-üzvi və üzvi birləşmələri |
20.13.65 |
20.13.65.00 |
531.11 |
Dispers boyaq maddələri və onların əsasında qatışıqlar |
20.12.21 |
20.12.21.10 |
531.12 |
Metallaşdırılmış və ya metallaşdırılmamış turşu boyaq maddələri və əsasında qatışıqlar; rəngab boyayıcılar və onların əsasında qatışıqlar |
20.12.21 |
20.12.21.20 |
531.13 |
Əsaslı boyaq maddələri və onların əsasında qatışıqlar |
20.12.21 |
20.12.21.30 |
531.14 |
Substantiv boyaq maddələri və onların əsasında qatışıqlar |
20.12.21 |
20.12.21.40 |
531.15 |
Kub boyaları (o cümlədən piqmentlər kimi istifadə olunanlar daxil olmaqla) və onların əsasında hazırlanan qatışıqlar |
20.12.21 |
|
531.16 |
Kimyəvi aktiv boyalar və onların əsasında hazırlanan qatışıqlar |
20.12.21 |
|
531.17 |
Piqmentlər və onların əsasında hazırlanan qatışıqlar |
20.12.21 |
|
531.19 |
Digər sintetik üzvi boyaq maddələri (531.1 altqrupun iki və daha çox mal mövqelərinə aid edilən boyayıcı maddələrin qarışıqları) |
20.12.21 |
|
531.21 |
Ağardıcı (fluoressensiyalı işıqlandırıcı) kimi istifadə edilən sintetik üzvi maddələr |
20.12.21 |
20.12.21.60 |
531.22 |
Boyaq lakları və onlar əsasında qatışıqlar |
20.12.21 |
20.12.21.70 |
541.31 |
Penisilinlər və onların penisilin turşusu quruluşu olan törəmələri; bu birləşmələrin duzları |
21.10.54 |
21.10.54.00 |
541.32 |
Streptomisinlər və onların törəmələri; bu birləşmələrin duzları |
21.10.54 |
21.10.54.00 |
541.33 |
Tetrasiklinlər və onların törəmələri; bu birləşmələrin duzları |
21.10.54 |
21.10.54.00 |
541.39 |
Digər antibiotiklər |
21.10.54 |
21.10.54.00 |
541.53 |
Steroid hormonları və onun törəmələri, struktur analoqları |
21.10.52 |
21.10.52.00 |
541.54 |
Polipeptid hormonları, zülal hormonları və qlikoprotein hormonları, onların törəmələri və struktur analoqları |
21.10.52 |
21.10.52.00 |
541.55 |
Katexolaminlər, onların törəmələri və struktur analoqları |
21.10.52 |
21.10.52.00 |
541.56 |
Tromboksanlar, prostoqlandinlər və leykotriyenlər, onların törəmələri və struktur analoqları |
21.10.52 |
21.10.52.00 |
541.59 |
Əsasən hormonlar kimi istifadə edilən sair steroidlər |
21.10.52 |
21.10.52.00 |
541.61 |
Təbii və ya sintez olunmuş qlikozidlər, onların duzları, sadə və mürəkkəb efirləri, digər törəmələri |
21.10.53 |
21.10.53.00 |
541.62 |
Orqanoterapiya üçün nəzərdə tutulan qurudulmuş, xırdalanıb toz halına salınmış və ya salınmamış vəzlər və digər orqanlar; orqanoterapiya üçün nəzərdə tutulan vəzlərin və ya digər orqanların və ya onların sekretlərinin ekstratları; heparin və onun duzları; digər qruplara daxil edilməyən, terapiya və ya profilaktika üçün nəzərdə tutulmuş digər insan və heyvan mənşəli maddələr |
21.10.60 |
21.10.60.00 |
541.63 |
İmmun zərdabları və qanın digər fraksiyaları və modifikasiya edilmiş immunoloji məhsullar; insan üçün və baytarlıq sahəsində istifadə olunan zərdablar |
21.20.21 |
21.20.21.00 |
541.64 |
İnsan qanı; terapevtik, profilaktiki və ya diaqnostik məqsədlərlə istifadə üçün hazırlanmış heyvan qanı; toksinlər, mikroorqanizmlərin kulturları (mayalardan başqa) |
21.10.60 |
21.10.60.00 |
542.11 |
Tərkibində penisilin turşusu quruluşu olan penisilin və onun törəmələri və ya tərkibində streptomisinlər və ya onun törəmələri olan pərakəndə satış üçün dozalarla ölçülməmiş və ya dərman formaları şəklinə salınmamış və ya qablaşdırılmamış dərmanlar |
21.20.11 |
21.20.11.00 |
542.12 |
Tərkibində sair antibiotiklər olan pərakəndə satış üçün dozalarla ölçülməmiş və ya dərman formaları şəklinə salınmamış və ya qablaşdırılmamış dərmanlar |
21.20.11 |
21.20.11.00 |
542.13 |
Tərkibində penisilin turşusu quruluşu olan penisilin və onun törəmələri və ya tərkibində streptomisinlər və ya onun törəmələri olan pərakəndə satış üçün dozalarla ölçülmüş və ya dərman formaları şəklinə salınmış və ya qablaşdırılmış dərmanlar |
21.20.11 |
21.20.11.00 |
542.19 |
Tərkibində sair antibiotiklər olan pərakəndə satış üçün dozalarla ölçülmüş və ya dərman formaları şəklinə salınmış və ya qablaşdırılmış dərmanlar |
21.20.11 |
21.20.11.00 |
542.21 |
Tərkibində insulin olan pərakəndə satış üçün dozalarla ölçülməmiş və ya dərman formaları şəklinə salınmamış və ya qablaşdırılmamış dərmanlar (antibiotik olmayan) |
21.20.12 |
21.20.12.00 |
542.22 |
Tərkibində sair hormonlar və ya 541.5 altqrupuna daxil edilən digər məhsullar olan, pərakəndə satış üçün dozalarla ölçülməmiş və ya dərman formaları şəklinə salınmamış və ya qablaşdırılmamış dərmanlar (antibiotik olmayan) |
21.20.12 |
21.20.12.00 |
542.23 |
Tərkibində insulin olan pərakəndə satış üçün dozalarla ölçülmüş və ya dərman formaları şəklinə salınmış və ya qablaşdırılmış dərmanlar (antibiotik olmayan) |
21.20.12 |
21.20.12.00 |
542.24 |
Tərkibində kortikosteroid hormonları, onların törəmələri və struktur analoqları olan dərmanlar (antibiotik olmayan) |
21.20.12 |
21.20.12.00 |
542.29 |
Tərkibində sair hormonlar və 541.5 altqrupuna daxil edilən digər məhsullar olan, pərakəndə satış üçün dozalarla ölçülmüş və ya dərman formaları şəklinə salınmış və ya qablaşdırılmış dərmanlar (antibiotik olmayan) |
21.20.12 |
21.20.12.00 |
574.33 |
Polietilentereftalat |
20.16.40 |
20.16.40.00 |
591.1 |
İnsektisidlər |
20.20.11 |
20.20.11.00 |
591.2 |
Fungisidlər |
20.20.15 |
20.20.15.00 |
591.3 |
Herbisidlər, bitkilərin boyartımının qarşısını alan və tənzimləyən vasitələr |
20.20.12 20.20.13 |
20.20.12.00 20.20.13.00 |
591.4 |
Dezinfeksiyaedici vasitələr |
20.20.14 |
20.20.14.00 |
591.9 |
Digər qruplara daxil edilməyən, 591-ci qrupun pərakəndə satış üçün qablaşdırılmış sair məhsulları |
20.20.19 |
20.20.19.00 |
714.41 |
Turboreaktiv mühərriklər |
30.30.12 |
30.30.12.00 |
714.49 |
Turboreaktiv mühərriklərdən başqa reaktiv mühərriklər |
30.30.13 |
30.30.13.00 |
714.81 |
Turbovint mühərriklər |
30.30.12 |
30.30.12.00 |
714.91 |
Turboreaktiv və ya turbovint mühərriklərin hissələri |
30.30.16 |
30.30.16.00 |
718.71 |
Nüvə reaktorları |
25.30.21 |
25.30.21.00 |
718.77 |
Nüvə reaktorları üçün şüalandırılmamış yanacaq elementləri (kassetlər) |
20.13.14 |
20.13.14.00 |
718.78 |
Nüvə reaktorlarının hissələri |
25.30.22 |
25.30.22.00 |
728.47 |
Digər qruplara daxil edilməyən, izotopların bölünməsi üçün cihazlar, aparatlar və onların hissələri |
28.99.39 |
28.99.39.00 |
731.11 |
Lazer və ya digər işıq yaxud foton şüalanması proseslərindən istifadə olunmaqla materialın kəsilib çıxarılması yolu ilə ixtiyari materialın emalı üçün dəzgahlar |
28.41.11 |
28.41.11.00 |
731.12 |
Ultrasəs şüalanması proseslərindən istifadə olunmaqla materialın kəsilib çıxarılması yolu ilə ixtiyari materialın emalı üçün dəzgahlar |
28.41.11 |
28.41.11.00 |
731.13 |
Elektrik boşalması proseslərindən istifadə olunmaqla materialın kəsilib çıxarılması yolu ilə ixtiyari materialın emalı üçün dəzgahlar |
28.41.11 |
28.41.11.00 |
731.14 |
Elektrokimyəvi, elektron şüa, ion-şüaları və plazma-qövs proseslərindən istifadə olunmaqla materialın kəsilib çıxarılması yolu ilə ixtiyari materialın emalı üçün dəzgahlar |
28.41.11 |
28.41.11.00 |
731.31 |
Rəqəmli proqram idarəsi ilə üfüqi metalkəsən tokar dəzgahları |
28.41.21 |
28.41.21.00 |
731.35 |
Digər rəqəmli proqram idarəsi ilə metalkəsən tokar dəzgahları |
28.41.21 |
28.41.21.00 |
731.42 |
Digər rəqəmli proqram idarəsi ilə dəlikaçan dəzgahlar |
28.41.22 |
28.41.22.00 |
731.44 |
Digər rəqəmli proqram idarəsi ilə oyma frezer dəzgahları |
28.41.22 |
28.41.22.00 |
731.51 |
Rəqəmli proqram idarəsi ilə konsol-frezer dəzgahları |
28.41.22 |
28.41.22.00 |
731.53 |
Digər rəqəmli proqram idarəsi ilə frezer dəzgahları |
28.41.22 |
28.41.22.00 |
731.61 |
İstənilən oxu üzərində 0.01 mm-dən az olmayan tənzimləmə dəqiqliyinə malik rəqəmli proqram idarəsi ilə müstəvi pardaqlama dəzgahları |
28.41.23 |
28.41.23.00 |
731.63 |
İstənilən oxu üzərində 0.01 mm-dən az olmayan tənzimləmə dəqiqliyinə malik rəqəmli proqram idarəsi ilə digər pardaqlama dəzgahları |
28.41.23 |
28.41.23.00 |
731.65 |
Rəqəmli proqram idarəsi ilə itiləmə dəzgahları (kəsici alətlər üçün) |
28.41.23 |
28.41.23.00 |
733.12 |
Rəqəmli proqram idarəsi ilə, əymə, qatlama, düzləndirmə və ya presləmə üçün dəzgahlar (məngənələr daxil olmaqla) |
28.41.31 |
28.41.31.00 |
733.14 |
Rəqəmli proqram idarəsi ilə, kombinə edilmiş ştamplama və kəsmə dəzgahlarından başqa kəsmə dəzgahları (məngənələr daxil olmaqla) |
28.41.32 |
28.41.32.00 |
733.16 |
Rəqəmli proqram idarəsi ilə, kombinə edilmiş ştamplama və kəsmə dəzgahları da daxil olmaqla ştamplama və dəlmə dəzgahları (məngənələr daxil olmaqla) |
28.41.32 |
28.41.32.00 |
735.91 |
731-ci qrupa daxil edilən dəzgahların hissələri |
28.41.40 |
28.41.40.00 |
735.95 |
733-cü qrupa daxil edilən dəzgahların hissələri |
28.41.40 |
28.41.40.00 |
737.33 |
Metalları elektriklə qaynaq etmək üçün avtomatik və ya yarımavtomatik maşın və aparatlar |
27.90.31 |
27.90.31.00 |
737.35 |
Metalların qövs qaynağı üçün (plazma-qövs daxil edilməklə) avtomatik və ya yarımavtomatik maşın və aparatlar |
27.90.31 |
27.90.31.00 |
751.94 |
Məlumatların avtomatik emalı qurğularına və ya şəbəkəyə qoşulma imkanı olan çap, surətçıxarma və ya faks ötürülməsi kimi iki və ya daha artıq əməliyyat yerinə yetirən maşınlar |
26.20.18 |
26.20.18.00 |
751.95 |
Məlumatların avtomatik emalı qurğularına və ya şəbəkəyə qoşulma imkanı olan digər qurğular |
26.20.16
|
26.20.16.00
|
752.2 |
Çəkisi 10 kq-dan az olan, tərkibində mərkəzi emal bloku, klaviatura və displey olan portativ hesablama maşınları |
26.20.11 |
26.20.11.00 |
752.3 |
Məlumatların avtomatik emalı üçün digər maşınlar |
26.20.13 26.20.14 26.20.15 |
26.20.13.00 26.20.14.00 26.20.15.00 |
752.6 |
Bir korpusda yaddaş qurğusu olan və ya olmayan giriş-çıxış qurğuları |
26.20.16 |
26.20.16.00 |
752.7 |
Yaddaş qurğuları |
26.20.21 |
26.20.21.00 |
752.8 |
Verilənlərin avtomatik emalı üçün sair qurğular |
26.20.30 |
26.20.30.00 |
752.9 |
Digər qruplara daxil edilməyən verilənlərin avtomatik emalı qurğuları |
26.20.30 |
26.20.30.00 |
759.97 |
Yalnız və əsasən 752-ci qrupa aid edilən maşınlar üçün hissə və ləvazimatlar |
26.20.40 |
26.20.40.00 |
763.31 |
Dəmir pul, banknot, jetonla və ya digər ödəniş vasitələri ilə işə salınan aparatlar |
26.40.31 |
26.40.31.00 |
763.81 |
Videotuner qurğusu olan və ya olmayan, maqnit lentlərdə videoyazan və ya göstərən aparatlar |
26.40.33 |
26.40.33.00 |
763.84 |
Digər videoyazan və ya göstərən aparatlar |
26.40.33 |
26.40.33.00 |
764.11 |
Mobil şəbəkələr və ya digər simsiz (naqilsiz) şəbəkələr üçün telefonlar daxil olmaqla, telefon aparatları |
26.30.21 26.30.22 26.30.23 |
26.30.21.00 26.30.22.00 26.30.23.00 |
764.12 |
Simli və ya simsiz şəbəkələr (məsələn, lokal və ya qlobal şəbəkələr) üçün rabitə aparatları daxil olmaqla, səsin, təsvirin və ya digər məlumatların ötürülməsi və ya qəbul edilməsi üçün digər aparatlar |
26.30.23 |
26.30.23.00 |
764.18 |
Telefon aparatlarının hissələri |
26.30.30 |
26.30.30.00 |
764.21 |
Mikrofonlar və onlar üçün dayaqlar |
26.40.41 |
26.40.41.00 |
764.22 |
Gövdələrinə quraşdırılmış səsucaldanlar |
26.40.42 |
26.40.42.00 |
764.23 |
Gövdələrinə quraşdırılmamış səsucaldanlar |
26.40.42 |
26.40.42.00 |
764.24 |
Qulaqlıqlar və mikrofonla/səsucaldanla kombinə edilmiş qurğular |
26.40.42 |
26.40.42.00 |
764.25 |
Audio-tezlikli elektrik səs gücləndirici qurğular |
26.40.43 |
26.40.43.00 |
764.26 |
Elektrik səs gücləndirici dəstləri |
26.40.43 |
26.40.43.00 |
764.31 |
Ötürücü aparatlar |
26.30.12 |
26.30.12.00 |
764.32 |
Qəbuledici aparatlar qoşulmuş ötürücü aparatlar |
26.30.11 |
26.30.11.00 |
764.83 |
Radiolokasiya aparatları, köməkçi radionaviqasiya aparatları və məsafədən idarə edilən radio aparatları |
26.51.20 |
26.51.20.00 |
764.84 |
Televiziya kameraları, rəqəmli kameralar və videokameralar |
26.30.13 26.40.33 26.70.13 |
26.30.13.00 26.40.33.00 26.70.13.00 |
764.92 |
Yalnız və ya əsasən 764.2 altqrupuna aid edilən aparat və avadanlıqların istifadəsi üçün hissələr və ləvazimatlar |
26.40.51 |
26.40.51.00 |
772.2 |
Quraşdırılmış çap sxemləri |
26.12.10 |
26.12.10.00 |
772.61 |
Elektrik cərəyanının idarə edilməsi və ya bölüşdürülməsi üçün 772.4 və ya 772.5 altqruplarına daxil edilən iki və daha artıq qurğu ilə təchiz olunmuş, gərginliyi 1000 V-dan çox olmayan bloklar, panellər (idarəetmə panelləri də daxil olmaqla), idarəetmə pultları, stollar, lövhələr və digər elektrik aparatları üçün altlıqlar (764.1 altqrupuna aid edilən kommutasiya qurğulardan başqa, 774, 881, 884-cü qrupların və ya 87-ci bölmənin quraşdırılmış qurğuları da daxil olmaqla) |
27.12.31 |
27.12.31.00 |
773.18 |
Optik lifli kabellər |
27.31.11 |
27.31.11.00 |
774.11 |
Elektrokardioqraflar |
26.60.12 |
26.60.12.00 |
774.12 |
Digər elektrodiaqnostik aparatlar (funksional diaqnostik müayinə və ya fizioloji parametrlərə nəzarət üçün aparatlar daxil olmaqla) |
26.60.12 |
26.60.12.00 |
774.13 |
Ultrabənövşəyi və ya infraqırmızı şüalardan istifadə etməklə işləyən aparatlar |
26.60.13 |
26.60.13.00 |
774.21 |
Tibdə, cərrahiyyədə, stomatologiyada və ya baytarlıqda istifadə üçün nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, rentgen şüalarından istifadə etməklə işləyən aparatlar (radioqrafik və ya radioterapevtik aparatlar da daxil olmaqla) |
26.60.11 |
26.60.11.00 |
774.22 |
Tibdə, cərrahiyyədə, stomatologiyada və ya baytarlıqda istifadə üçün nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, alfa, beta və ya qamma şüalarından istifadə etməklə işləyən aparatlar (radioqrafik və ya radioterapevtik aparatlar da daxil olmaqla) |
26.60.11 |
26.60.11.00 |
774.23 |
Rentgen boruları |
26.60.11 |
26.60.11.00 |
774.29 |
Rentgen, habelə alfa, beta və ya qamma şüalarından istifadə etməklə işləyən digər aparatlar (hissə və ləvazimatlar daxil olmaqla) |
26.60.11 |
26.60.11.00 |
776.25 |
Mikrodalğalı borucuqlar (idarəetmə torlu lampalar istisna olmaqla) |
26.11.12 |
26.11.12.00 |
776.27 |
Digər elektron lampalar və borucuqlar |
26.11.12 |
26.11.12.00 |
776.31 |
Diodlar (fotodiodlar və ya işıq saçan diodlardan başqa) |
26.11.21 |
26.11.21.00 |
776.32 |
Yayılma gücü 1Vt-dan az olan tranzistorlar (fototranzistorlardan başqa) |
26.11.21 |
26.11.21.00 |
776.33 |
Yayılma gücü 1Vt və daha çox olan tranzistorlar (fototranzistorlardan başqa) |
26.11.21 |
26.11.21.00 |
776.35 |
Tiristorlar, dinistorlar və trinistorlar (fotohəssas cihazlardan başqa) |
26.11.21 |
26.11.21.00 |
776.37 |
Fotohəssas yarımkeçirici cihazlar; işıq şüalandıran diodlar |
26.11.22 |
26.11.22.00 |
776.39 |
Digər yarımkeçirici cihazlar |
26.11.22 |
26.11.22.00 |
776.42 |
Yaddaş blokları, çeviricilər, məntiqi sxemlər, gücləndiricilər, sinxronizatorlar və digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmiş prosessorlar və kontrollerlər |
26.11.30 |
26.11.30.00 |
776.44 |
Yaddaş qurğuları |
26.11.30 |
26.11.30.00 |
776.46 |
Gücləndiricilər |
26.11.30 |
26.11.30.00 |
776.49 |
Digər elektron inteqral sxemləri |
26.11.30 |
26.11.30.00 |
776.81 |
Quraşdırılmış pyezoelektrik kristallar |
26.11.22 |
26.11.22.00 |
776.88 |
776.3 altqrupuna aid edilən cihazların və 776.81 mal mövqeyində göstərilən toplu pyezoelektrik kristalların hissələri |
26.11.40 |
26.11.40.00 |
776.89 |
776.4 altqrupuna aid edilən məmulatların hissələri |
26.11.40
|
26.11.40.00
|
778.62 |
Sabit həcmli tantalum elektrik kondensatorları |
27.90.52 |
27.90.52.00 |
778.63 |
Elektrolitik sabit həcmli alüminium kondensatorları |
27.90.52 |
27.90.52.00 |
778.64 |
Keramik dielektrik sabit həcmli kondensatorlar, birlaylı |
27.90.52 |
27.90.52.00 |
778.65 |
Keramik dielektrik sabit həcmli kondensatorlar, çoxlaylı |
27.90.52 |
27.90.52.00 |
778.67 |
Digər sabit həcmli elektrik kondensatorları |
27.90.52 |
27.90.52.00 |
778.68 |
Dəyişən və ya tənzimlənən həcmli (uyğunlaşdırılan) elektrik kondensatorları |
27.90.53 |
27.90.53.00 |
778.71 |
Hissəciklərin sürətləndiriciləri |
27.90.40 |
27.90.40.00 |
778.78 |
Digər qruplara daxil edilməyən fərdi funksiyalı elektrik cihazları |
27.90.40 |
27.90.40.00 |
778.79 |
İlkin elementlərin, ilkin batareyaların hissələri |
27.90.33 |
27.90.33.00 |
778.84 |
778.34 və ya 778.82-ci mal mövqelərinə daxil edilənlərdən başqa, elektrik səs və ya vizual siqnalizasiya qurğuları (məsələn, zənglər, sirenalar, indikator panellər və ya mühafizə və yanğın siqnalizasiyaları) |
26.30.50 27.90.20 |
26.30.50.00 27.90.20.00 |
792.11 |
Yüksüz kütləsi 2000 kq-dan çox olmayan vertolyotlar |
30.30.31 |
30.30.31.00 |
792.15 |
Yüksüz kütləsi 2000 kq-dan çox olan vertolyotlar |
30.30.31 |
30.30.31.00 |
792.2 |
Yüksüz kütləsi 2000 kq-dan çox olmayan təyyarələr və digər qruplara daxil edilməyən sair uçuş aparatları (vertolyotlardan başqa) |
30.30.32 |
30.30.32.00 |
792.3 |
Yüksüz kütləsi 2000 kq-dan çox, lakin 15000 kq-dan çox olmayan təyyarələr və digər qruplara daxil edilməyən sair uçuş aparatları (vertolyotlardan başqa) |
30.30.33 |
30.30.33.00 |
792.4 |
Yüksüz kütləsi 15000 kq-dan çox olan təyyarələr və digər qruplara daxil edilməyən sair uçuş aparatları (vertolyotlardan başqa) |
30.30.34 |
30.30.34.00 |
792.5 |
Kosmik aparatlar, o cümlədən peyklər və daşıyıcı raketlər |
30.30.40 |
30.30.40.00 |
792.91 |
Vintlər, rotorlar və onların hissələri |
30.30.50 |
30.30.50.00 |
792.93 |
Şassilər və onların hissələri |
30.30.50 |
30.30.50.00 |
871.11 |
Binokllar |
26.70.22 |
26.70.22.00 |
871.15 |
Sair astronomik cihazlar |
26.70.22 |
26.70.22.00 |
871.19 |
Binoklların, monoklların və sair optik teleskopların, sair astronomik cihazların və optik mikroskopların hissə və ləvazimatları |
26.70.24 |
26.70.24.00 |
871.31 |
Optik mikroskoplardan başqa, mikroskoplar və difraksiya aparatları |
26.51.61 |
26.51.61.00 |
871.39 |
Mikroskopların və difraksiya aparatlarının hissələri və ləvazimatı |
26.51.83 |
26.51.83.00 |
871.41 |
Stereoskopik mikroskoplar |
26.70.22 |
26.70.22.00 |
871.43 |
Mikrofotoçəkiliş, mikrokinoçəkiliş və mikroproyeksiyalar üçün mikroskoplar |
26.70.22 |
26.70.22.00 |
871.45 |
Digər qruplara daxil edilməyən mikroskoplar |
26.70.22 |
26.70.22.00 |
871.49 |
Mürəkkəb optik mikroskopların hissə və ləvazimatları |
26.70.24 |
26.70.24.00 |
871.91 |
Silahlarda quraşdırılmaq üçün teleskop nişangahlar; periskoplar; 7-ci seksiya, 87-ci bölmə, 881-ci və ya 884-cü qruplara və ya 899.6 altqrupuna daxil edilən maşın, alət və cihazların hissələri kimi hazırlanmış teleskoplar |
26.70.23 |
26.70.23.00 |
871.92 |
Lazerlər (lazer diodlarından başqa) |
26.70.23 |
26.70.23.00 |
871.93 |
Digər optik cihazlar, aparatlar və alətlər |
26.70.23 |
26.70.23.00 |
871.99 |
871.9 altqrupuna daxil edilən məmulatların hissə və ləvazimatları |
26.70.25 |
26.70.25.00 |
872.11 |
Digər stomatoloji avadanlıqlarla vahid əsas üzərində birləşdirilmiş və ya birləşdirilməmiş bormaşınlar üçün mühərriklər |
32.50.11 |
32.50.11.00 |
874.12 |
Naviqasiya alətlərinin və cihazlarının hissələri və ləvazimatları |
26.51.86 |
26.51.86.00 |
874.13 |
Geodeziya (fotoqrammetriya daxil olmaqla), hidroqrafiya, okeanoqrafiya, hidrologiya, meterologiya və ya geofizika alətləri və cihazları (kompaslardan başqa); məsafəölçənlər |
26.51.12 28.29.31 |
26.51.12.00 28.29.31.00 |
874.14 |
874.13-cü mal mövqelərinə daxil edilən məmulatların hissə və ləvazimatları |
26.51.82 |
26.51.82.00 |
874.31 |
Mayelərin məsrəfinin və ya səviyyəsinin ölçülməsi və ya yoxlanılması üçün alətlər və aparatlar |
26.51.52 |
26.51.52.00 |
874.35 |
Mayelərin və ya qazların təzyiqinin ölçülməsi və ya yoxlanılması üçün alətlər və aparatlar |
26.51.52 |
26.51.52.00 |
874.37 |
Maye və qazların məsrəfini, səviyyəsini, təzyiqini və ya sair dəyişən xüsusiyyətlərini ölçmək və ya yoxlamaq üçün digər cihazlar |
26.51.52 |
26.51.52.00 |
874.39 |
Maye və qazların məsrəfini, səviyyəsini, təzyiqini və ya sair dəyişən xüsusiyyətlərini ölçmək və ya yoxlamaq üçün cihazların hissə və ləvazimatları |
26.51.82 |
26.51.82.00 |
874.41 |
Qaz və ta tüstü analizatorları |
26.51.53 |
26.51.53.00 |
874.42 |
Xromatoqraflar və elektroforez alətləri |
26.51.53 |
26.51.53.00 |
874.43 |
Optik şüalandırma (ultrabənövşəyi, görünən, infraqırmızı) istifadə edılən spektrometrlər, spektrofotometrlər və spektroqraflar |
26.51.53 |
26.51.53.00 |
874.45 |
Optik şüalandırma (ultrabənövşəyi, görünən, infraqırmızı) istifadə edılən digər alətlər və aparatlar |
26.51.53 |
26.51.53.00 |
874.46 |
Digər qruplara daxil edilməyən, fiziki və kimyəvi analiz üçün alətlər və aparatlar |
26.51.53 |
26.51.53.00 |
874.49 |
Mikrotomlar; 874.4 altqrupunun məmulatlarının hissələri və ləvazimatları |
26.51.82 |
26.51.82.00 |
874.51 |
Həssaslığı 5 sq və daha çox olan tərəzilər |
26.51.31 |
26.51.31.00 |
874.52 |
Yalnız nümayişetdirmə məqsədi üçün istifadə edilən alətlər, aparatlar və modellər |
32.99.53 |
32.99.53.00 |
874.53 |
Materialların (məsələn, metal, ağac, kağız, plastik və s.) mexaniki xüsusiyyətlərini sınamaq üçün maşın və cihazlar |
26.51.62 |
26.51.62.00 |
874.54 |
874.53-cü mal mövqelərinə daxil edilən maşın və cihazların hissə və ləvazimatları |
26.51.86 |
26.51.86.00 |
874.55 |
Hidrometrlər, termometrlər, pirometrlər, barometrlər, hiqrometrlər, psixrometrlər, (yazma qurğusu olan və ya olmayan) onların ixtiyari kombinasiyaları |
26.51.51 |
26.51.51.00 |
874.56 |
874.56-cı mal mövqelərinə daxil edilən alətlərin hissə və ləvazimatları |
26.51.82 |
26.51.82.00 |
874.61 |
Termostatlar |
26.51.70 |
26.51.70.00 |
874.63 |
Təzyiq tənzimləyiciləri və kontrollerləri (manostatlar) |
26.51.70 |
26.51.70.00 |
874.65 |
Tənzimləmə və ya nəzarət üçün digər alət və aparatlar |
26.51.65
26.51.70 |
26.51.65.00
26.51.70.00 |
874.69 |
Avtomatik tənzimləmə və ya nəzarət üçün alət və aparatların hissələri və ləvazimatları |
26.51.85 |
26.51.85.00 |
874.71 |
İonlaşdırıcı şüalanmanın ölçülməsi və ya aşkarlanması üçün alət və aparatlar |
26.51.41 |
26.51.41.00 |
874.73 |
Ossilloskoplar və ossilloqraflar |
26.51.42 |
26.51.42.00 |
874.75 |
Gərginlik, cərəyan, müqavimət və gücün ölçülməsi və yoxlanılması üçün yazma qurğusu olmayan digər alət və aparatlar |
26.51.43 |
26.51.43.00 |
874.77 |
Xüsusi olaraq telekommunikasiya üçün nəzərdə tutulmuş cihaz və aparatlar (məsələn, çarpaz maneələrini, güclənmə əmsallarını, pozulma əmsallarını ölçən cihazlar, psoformetrlər) |
26.51.44 |
26.51.44.00 |
874.78 |
Elektrik kəmiyyətlərinin ölçülməsi və yoxlanılması üçün digər alət və aparatlar |
26.51.45 |
26.51.45.00 |
874.79 |
874.7 altqrupunun alət və aparatları üçün hissələr və ləvazimatlar |
26.51.82 |
26.51.82.00 |
874.9 |
Digər qruplara daxil edilməyən, maşın, cihaz, alət və aparatlar üçün hissələr və ləvazimatlar |
26.51.82 |
26.51.82.00 |
881.11 |
Fotokameralar (kinokameralardan başqa) |
26.70.12 26.70.14 |
26.70.12.00 26.70.14.00 |
881.21 |
Kinokameralar |
26.70.15 |
26.70.15.00 |
884.11 |
Kontakt linzaları |
32.50.41 |
32.50.41.00 |
884.19 |
Digər qruplara daxil edilməyən optik liflər və optik lifli dolaqlar, optik lifli kabellər; polyarlaşma materiallarından təbəqələr və lövhələr |
26.70.21 27.31.12 |
26.70.21.00 27.31.12.00 |
891.11 |
Silahla təchiz edilmiş və ya silahsız tanklar və sair mexanikləşdirilmiş zirehli döyüş maşınları və onların hissələri |
30.40.10 |
30.40.10.00 |
891.12 |
Revolver, tapança və oxşar məmulatlardan başqa, hərbi sursatlar |
25.40.11 |
25.40.11.00 |
891.13 |
Qılınclar, xəncərlər, nizələr, süngülər və oxşar silahlar və onların hissələri, onlar üçün qınlar və çexollar |
25.71.15 |
25.71.15.00 |
891.14 |
Hərbi silah növləri (891.13 mal mövqeyinə aid edilənlərdən başqa) |
25.40.12 |
20.40.12.00 |
891.22 |
Yivsiz silahlar üçün patronlar |
25.40.13 |
25.40.13.00 |
891.23 |
Pnevmatik silahlar üçün güllələr və yivsiz silahlar üçün patronların hissələri |
25.40.13 |
25.40.13.00 |
891.24 |
Digər patronlar və onların hissələri |
25.40.13 |
25.40.13.00 |
891.29 |
Digər qruplara daxil edilməyən hərbi sursatlar və onların hissələri |
25.40.13 |
25.40.13.00 |
891.31 |
Digər odlu silahlar və partlayıcı maddələrin qüvvəsindən istifadə etməklə işləyən analoji qurğular (məsələn, yivli və yivsiz idman silahı, lülədən doldurulan odlu silahlar, fişəng atan tapançalar və yalnız siqnal fişənglərini buraxmaq üçün qurğular, boş (gülləsiz) patronlarla atəş açmaq üçün tapançalar) |
25.40.12 |
25.40.12.00 |
891.39 |
Digər silahlar (məsələn, yaylı, pnevmatik və ya qaz tüfəngləri və tapançaları, dəyənəklər) 891.13 mal mövqeyinə daxil edilənlərdən başqa |
25.40.12 |
25.40.12.00 |
891.91 |
Revolver və tapança hissələri və onlara ləvazimatlar |
25.40.14 |
25.40.14.00 |
891.93 |
891.31 mal mövqeyinə aid edilən yivsiz silahların lülələri |
25.40.14 |
25.40.14.00 |
891.95 |
891.31 mal mövqeyinə aid edilən silah və tüfənglərin sair hissələri |
25.40.14 |
25.40.14.00 |
891.99 |
Digər qruplara daxil edilməyən, 891.12 və 891.39 mal mövqelərinə aid edilən məmulatların hissə və ləvazimatları |
25.40.14 |
25.40.14.00 |
898.44 |
Optik daşıyıcılar |
26.80.12 |
26.80.12.00 |
898.46 |
Yarımkeçirici daşıyıcılar |
26.80.13 |
26.80.13.00 |
899.61 |
Eşitmə aparatları (hissə və ləvazimatları istisna olmaqla) |
26.60.14 |
26.60.14.00 |
899.63 |
Ortopedik və ya sınıqların müalicəsi üçün cihazlar |
32.50.22 |
32.50.22.00 |
899.66 |
Digər qruplara daxil edilməyən insan bədəninin süni hissələri |
32.50.22 |
32.50.22.00 |
899.67 |
Kardiostimulyatorlar (hissə və ləvazimatları istisna olmaqla) |
26.60.14 |
26.60.14.00 |
Ədəbiyyat siyahısı
1. Terminlər lüğəti – Dövlət Statistika Komitəsi, Bakı - 2010
2. Avropa Statistika İdarəsinin (Avrostat) yüksək texnologiyalar qlossarisi http://ec.europa.eu/eurostat/statistics-explained/index.php/Glossary:High-tech
3. Avropa Statistika İdarəsinin (Avrostat) yüksək texnologiyalar statistikası http://ec.europa.eu/eurostat/statistics-explained/index.php/High-tech_statistics
4. Beynəlxalq Standart Ticarət Təsnifatı (SİTC rev. 4) http://unstats.un.org/unsd/trade/sitcrev4.htm
5. Beynəlxalq Standart Ticarət Təsnifatı (SİTC rev.4) üzrə yüksək texnologiyalar məhsulları http://ec.europa.eu/eurostat/cache/metadata/Annexes/htec_esms_an5.pdf
6. Məhsul Növləri Təsnifatı (CPA 2008) http://ec.europa.eu/eurostat/ramon/nomenclatures/index.cfm?TargetUrl=LST_NOM_DTL&StrNom=CPA_2008&StrLanguageCode=EN&IntPcKey=&StrLayoutCode=HIERARCHIC
7. Məhsul növləri təsnifatı, Azərbaycan Respublikasının Dövlət Təsnifatı
http://www.azstat.org/tesnifat/