“Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 486, № 11, maddə 2176) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na əlavənin cədvəlində aşağıdakı dəyişikliklər edilslin:
1. “AA2” sətrindən “yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;” sözləri çıxarılsın.
2. “AB2” sətrindən “yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini” sözləri çıxarılsın.
3. “AC2” sətrindən “şöbə müdiri;” sözləri çıxarılsın.
4. “AC3” sətrindən “şöbə müdirinin müavini;” sözləri çıxarılsın.
5. “AC4” sətrindən “yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini;” sözləri çıxarılsın.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 26 fevral 2018-ci il
№ 63