AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
11.02.1997
QEYDİYYAT NÖMRƏSİ
247-IQ
ADI
Tender haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-1997, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 344)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Tender haqqında

Tender haqqında [1]

Azərbaycan Respublikasının Qanunu

 

Bu Qanun Azərbaycan Respublikasında tenderin hazırlanması və keçirilməsinin iqtisadi, hüquqi və təşkilati prinsiplərini müəyyən edir.

I fəsil

 Ümumİ müddəalar

Maddə 1.     Əsas anlayışlar

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

tender” — hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin (bir neçəsinin) seçilərək, həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir;

tender keçirən” — Azərbaycan Respublikası adından və ya öz adından tender hazırlayan, elan edən, keçirən və nəticəsi üzrə müəyyən öhdəlikləri yerinə yetirən, yaxud bunları (tenderin nəticəsi üzrə öhdəliklər götürərək icra etməkdən başqa) müqavilə əsasında hər hansı bir icraçıya həvalə edən  hüquqi şəxsdir;

iddiaçı” — tenderdə iştirak etmək məqsədi ilə tender şərtlərinə əsasən müvafiq təklif verən və bu sahədə potensial imkanı olan hüquqi şəxsdir;

iştirak haqqı” — hüquqi şəxsin iddiaçı statusu almaq üçün tender keçirənə ödədiyi pul vəsaitidir;

təklifin təminatı” — iddiaçının tender keçirən təşkilat qarşısında təqdim olunmuş təklifin dəyişdirilməyəcəyi haqqında götürdüyü əlavə öhdəlikdir;

ilkin təsnifat” — tenderdə iştirak etmək üçün tenderin predmeti üzrə müvafiq işləri (xidmətləri) ən səmərəli üsullarla yerinə yetirə bilən potensial iddiaçıların siyahısıdar;

açıq tender” — Azərbaycan Respublikasında və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitəsilə elan edilən tender predmeti üzrə potensial iddiaçıların əksəriyyətinin iştirak imkanı təmin edilən tenderdir;

qapalı tender” — tender keçirənin qabaqcadan müəyyənləşdirdiyi məhdud sayda potensial iddiaçılar arasında keçirilən tenderdir;

əsas şərtlər toplusu” — tender predmetinin texniki-iqtisadi xüsusiyyətlərinin və onun icrası üzrə tender keçirənin zəruri saydığı şərtləri əks  etdirən sənəd və ya sənədlər toplusudur;

tender komissiyası” — iddiaçıların ilkin təsnifatını hazırlayan, tenderə təqdim olunmuş təklifləri müqayisə və təhlil edən, qiymətləndirən və qalibi müəyyənləşdirən müvəqqəti qurumdur;

yekun müqaviləsi” — tender keçirənlə tender qalibinin (qaliblərinin) arasında bağlanan və tender predmetinin icrası ilə bağlı onların hüquq, vəzifə və öhdəliklərini müəyyənləşdirən (tənzimləyən) yazılı sənəddir.

Maddə 2.     Tender keçirmək hüququ

2.1. Azərbaycan Respublikası adından müvafiq icra hakimiyyəti orqanları, habelə müvafiq icra hakimiyyəti orqanının tapşırığı ilə digər dövlət orqan və təşkilatları tender keçirə bilər.

2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, müvafiq qanunlarla və ya bu qanunların verdiyi hüquqla yaradılmış fondlar, Azərbaycan Respublikasının dövlət müəssisələri, özəl və qarışıq şirkətləri, kommersiya bankları, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici şirkətlər və xarici kapitalın iştirakı ilə yaradılmış birgə müəssisələr özlərinin adından tender keçirə bilərlər.

Maddə 3.     Xarici mənbələr hesabına  maliyyələşdirilən işlər (xidmətlər) üzrə tender

Beynəlxalq saziş və müqavilələrlə əldə edilmiş vəsait və ya xarici kreditlər hesabına maliyyələşdirilən işlər (xidmətlər) üzrə tender müvafiq saziş və müqavilələrdə irəli sürülən şərtlər əsasında, aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir.

Maddə 4.     Tenderin predmeti

4.1. İstehsal, alqı-satqı, barter, layihələşdirmə, tikinti, təmir, bərpa, nəqliyyat daşımaları, faydalı qazıntı yataqlarının işlənməsi və yer təkindən istifadə, təbiətin mühafizəsi, xidmt göstərilməsi, icarə və digər məsələlərlə bağlı hər cür iş (xidmət) tender predmeti ola bilər.

4.2. Tender predmeti olan ayrı-ayrı iş və xidmət üzrə tender keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müvafiq əsasnamələrlə tənzimlənir.

4.3. Yalnız tender keçirənin öz mülkiyyətində olan əmlak və ya onun müstəsna sərəncamvermə hüququnda olan iş tenderin predmeti ola bilər.

4.4. Tender nəticəsində əldə edilmiş iş, bir qayda olaraq, təkrarən tender predmeti ola bilməz.

Maddə 5.     Tenderə çıxarılan işlər (xidmətlər)

5.1. Azərbaycan Respublikası adından, yaxud müvafiq icra hakimiyyəti orqanları, habelə təsis  (nizamnamə) fondunda Azərbaycan Respublikasının dövlət vəsaiti 30 faizdən artıq olan hüquqi şəxslər tərəfindən həyata keçirilən və mütləq tenderə çıxarılmalı olan işlərin (xidmətlərin) ehtimal olunan dəyərinin aşağı (minimum) həddi investisiya, nəqliyyat da daxil olmaqla, istehsal-texniki və qeyri-istehsal təyinatlı tender predmetləri üzrə ayrıca göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

5.2. Görüləcək işin və xidmətlərin ehtimal olunan dəyəri müəyyən olunmuş bu məbləğlərdən aşağı olduğu hallarda tenderin keçirilib-keçirilməməsi tender keçirənin mülahizəsinə əsasən aparılır.

5.3. Yalnız müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə tender keçirilmədən birbaşa müqavilələr bağlana bilər.

Maddə 6.     Tenderdə iştirak

6.1. Bu Qanunun müəyyənləşdirdiyi şərtlərə əməl etməklə istənilən rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi iddiaçı kimi tenderdə iştirak edə bilər.

6.2. Özünü ödəmə qabiliyyəti olmayan elan etmiş və ya məhkəmə tərəfindən müflis elan olunmuş hüquqi şəxslər, hər hansı tenderdə iştirak zamanı yol verdiyi qanun pozuntularına görə sonrakı tenderlərdə iştirakı məhkəmə tərəfindən müvəqqəti, yaxud həmişəlik qadağan olunmuş hüquqi şəxslər tenderdə iştirak edə bilməzlər.

6.3. Azərbaycan Respublikası adından, yaxud müvafiq icra hakimiyyəti orqanları, habelə təsis (nizamnamə) fondunda Azərbaycan Respublikasının dövlət vəsaiti 30 faizdən artıq olan hüquqi şəxslər tərəfindən keçirilən tenderlərdə qeyri-rezident hüquqi şəxslərin iştirakına yalnız Azərbaycan Respublikasının dövlət mənafeləri tələb etdiyi təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan qoyula bilər.

6.4. Xarici iddiaçının tender təklifi ilə Azərbaycan Respublikasından olan iddiaçının tender təklifi üst-üstə düşdükdə Azərbaycan Respublikasından olan iddiaçıya üstünlük verilir.

II fəsil

 Tenderİn hazırlanması

Maddə 7.     Tenderin hazırlanması mərhələləri

7.1. Tender keçirilməsi haqqında tender keçirən tərəfindən müvafiq qərar qəbul olunduqdan sonra aşağıdakı hazırlıq işləri görülür:

tender komissiyasının formalaşdırılması;

əsas şərtlər toplusunun hazırlanması;

tenderin formasının seçilməsi;

tenderin elanı və ya qapalı tenderə dəvət.

Maddə 8.     Tender komissiyasının formalaşdırılması

8.1. Tender komissiyasının tərkibini (tender komissiyasının sədrini göstərməklə) tender keçirən orqanın (müəssisənin) birinci şəxsi, o olmadıqda isə onun vəzifəsini icra edən şəxs təsdiq edir.

8.2. Tender komissiyasının sədri tender keçirən orqanın (müəssisənin) tender predmeti ilə bağlı olan məsul işçilərindən (birinci şəxs imtina olmaqla) seçilir. Tender komissiyasının tərkibi tender keçirən orqanın (müəssisənin) iqtisadçılarından, hüquqşünaslarından və digər mütəxəssislərindən, habelə həmin təşkilatın rəhbərliyinin mülahizəsinə əsasən seçilən başqa ekspertlərdən formalaşdırılır.

8.3. Azərbaycan Respublikası adından, habelə müvafiq icra hakimiyyəti və özünüidarəemə orqanları, təsis (nizamnamə) fondunda Azərbaycan Respublikasının dövlət vəsaiti 30 faizdən artıq olan hüquqi şəxslər tərəfindən tender keçirilərkən tender predmetinin ehtimal olunan dəyəri 5 milyard manat və ya hər hansı xarici valyuta ilə buna ekvivalent məbləğdən yüksəkdirsə, tender komissiyasının tərkibinə müvafiq icra hakimiyyəti orqanlarının vəkaləti ilə həmin orqanların nümayəndələri daxil edilir.

8.4. Tender komissiyası öz işinə tenderin nəticəsi haqqında qərar çıxarılması zamanı səsvermə hüququ olmayan müxtəlif ixtisaslı ekspertlər də cəlb edə bilər.

8.5. Tender komissiyasının işinə cəlb edilən ekspertlərin tərkibi tender prosedurunun başlandığı vaxta qədər gizli saxlanılır.

Maddə 9.     Əsas şərtlər toplusu

9.1. Əsas şərtlər toplusu tenderin keçirilməsi haqqında qərarın qəbul olunduğu gündən hazırlanır.

9.2. Əsas şərtlər toplusunda aşağıdakılar açıqlanır:

a) tender elanında nəzərdə tutulan məlumatlar;

b) tender predmeti olan işin hər növ texniki xüsusiyyətləri (çertyojlar, səciyyəvi və sair konkret materiallar, daşınmaz əmlakla, bağlı tenderlərdə isə həmçinin xəritələr, sxemlər və əmlakın vəziyyətini əks etdirən materiallar əlavə olunmaqla);

v) ehtimal olunan dəyərin strukturunu əks etdirən ilkin qiymət vərəqi və qiymətin dəyişdirilməsi şərtləri;

q) tender keçirənin iddiaçıdan tələb etdiyi və ya iddiaçıya təklif etdiyi müvəqqəti və tam təminatların növü, miqdarı və hansı şərtlərlə verilə biləcəyi haqqında məlumat;

ğ) tender predmeti olan işin (xidmətin) icrasının təhvil-təslim qaydası və şərtləri;

d) tender predmeti olan işin (xidmətin) haqqının ödənilməsi qaydası və şərtləri;

e) iddiaçıların maddi-texniki və iqtisadi-maliyyə imkanlarını müəyyənləşdirmək üçün onlardan tələb olunan məlumatın siyahısı və formaları;

ə) tender predmeti olan işin (xidmətin) icrası ilə bağlı vergi və rüsumların ödənilməsi qaydası, o cümlədən həmin vergi və rüsumların ödəyiciləri;

j) tender predmeti olan işə başlama və onu bitirmə müddətlərinin uzadılmasına (əgər nəzərdə tutulubsa) əsas verən şərait və bunun şərtləri;

z) tender predmeti olan işin (xidmətin) sığortalanmasının qayda və şərtləri;

i) tender keçirənlə tender qalibi arasında ortaya çıxa biləcək mübahisələrin həlli qaydası.

9.3. Tender keçirən öz mülahizəsinə əsasən bu parametrlərdən bəzilərinə əlavə üstünlük verə bilər, lakin bu haqda tender predmetinin açıqlanması və ya dəvətnamə göndərilməsi zamanı qabaqcadan məlumat verilməlidir.

Maddə 10.  Tenderin keçirilməsi formaları

10.1. Tender komissiyasının təklifi əsasında tender keçirənin qərarı ilə tender, bir qayda olaraq, açıq və ya qapalı formalarda keçirilə bilər.

10.2. Qapalı tender, bir qayda olaraq, aşağıdakı hallarda keçirilir:

tender predmeti üzrə potensial iddiaçıların siyahısı məhdud və məlum olduqda;

tender predmeti ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı olduqda;

tenderin keçirilməsi üçün ayrılan vəsait məqsədli olduqda.

Maddə 11.  Açıq tenderin elan olunması

11.1. Açıq tenderin elan olunması haqqında mətbuatda ilk məlumat tender prosedurunun keçirilmə günündən azı 30 bank günü, ikinci dəfə isə tender prosedurunun keçirilmə günündən azı 20 bank günü əvvəl azı iki dəfə verilir. Tenderdə xarici iddiaçıların iştirakı nəzərdə tutulduğu halda elan eyni müddətlərdə beynəlxalq miqyasda yayılan mətbuatda da verilir.

11.2. Tender elan olunması haqqında məlumatda aşağıdakılar açıqlanır:

a) tender prosedurunun başlanğıc günü, vaxtı və yeri;

b) tender keçirən haqqında məlumat;

v) tender predmetinin açıqlanması (işin adı, məzmunu, həcmi, görülmə yeri, işə başlama və işi bitirmə tarixləri, üstünlük verilən parametrlər və s.);

q) iştirak haqqının məbləği və onun ödənməli olduğu hesab;

ğ) tenderdə qalib gəlmiş iddiaçının (iddiaçıların) tender predmetinin həyata keçirilməsindən qazanacağı mənfəətdən ödəməli olduğu vergi  və rüsumlar üzrə güzəştlər (əgər nəzərdə tutunubsa);

d) işin vaxtından əvvəl bitiriləcəyi təqdirdə veriləcək mükafatın miqdarı (əgər nəzərd tutulubsa), şərtləri və ödənilməsi qaydası;

e) iddiaçılardan tələb olunan sənədlərin siyahısı;

ə) iddiaçıların tender haqqında əlavə  məlumat  və sənəd ala biləcəkləri, həmçinin tələb olunan sənədləri təqdim edəcəkləri vaxt, ünvan və şəxs;

j) iddiaçının təklifinin təminatına aid şərtlər.

11.3. Açıq tender keçirən, tender haqqında elan dərc etməklə yanaşı, öz  mülahizəsinə əsasən Azərbaycan Respublikasındakı və ya xaricdəki istənilən hüquqi və fiziki şəxslərə tenderdə iştirak etmək üçün fərdi dəvət göndərə bilər. Fərdi dəvətnamələrdə tender haqqında elandakı bütün məlumatlar əks olunur.

11.4. Tender haqqında elan dərc edildikdən sonra tender keçirən tenderin şərtlərini və tender prosedurunun vaxtını dəyişdirə bilməz. Əgər tender haqqında elan dərc edildikdən sonra tender keçirən tenderin şərtlərini və tender prosedurunun vaxtını ondan asılı olmayan (fors-major səciyyəli) səbəblər üzündən dəyişdirmək məcburiyyətinə düşərsə, tender haqqında elan ləğv olunur, bu barədə səbəblər də göstərilməklə həmin elanın dərc edildiyi mətbuat vasitəsilə məlumat verilir, fərdi dəvətnamələri olan hüquqi şəxslərə eyni məzmunlu bildiriş göndərilir və həmin iş üzrə yeni tender elan olunur.

Maddə 12.  Qapalı tenderə dəvət

12.1. Tender komissiyasının ilkin təsnifatı əsasında qapalı tenderə dəvət olunanların siyahısına tenderin predmeti üzrə bütün potensial iddiaçılar daxil edilir.

12.2. Qapalı tenderə dəvətdə 11.2 bəndində göstərilən məlumatlar əks etdirilir.

12.3. Tenderə dəvət göndərildikdən sonra tender keçirən ondan asılı olmayan səbəblər (fors-major halları) istisna olmaqla tenderin şərtlərini və tender prosedurunun vaxtını dəyişdirə bilməz.

Maddə 13.  Tender predmetinin ehtimal olunan dəyəri

13.1. Tender predmetinin ehtimal olunan dəyərini tender keçirən  mövcud qanunvericiliyə uyğun olaraq müəyyənləşdirir. Ehtiyac duyarsa, tender predmetinin ilkin dəyərinin qiymətləndirilməsinə istənilən hüquqi və ya fiziki şəxsi ekspert kimi cəlb edə bilər.

III fəsil

 Tenderİn hazırlanması dövründə İddİaçıların vəzİfələrİ

Maddə 14.  İddiaçının tenderə təqdim etdiyi sənədlər

14.1. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər tender keçirənə aşağıdakı sənədləri təqdim etməlidirlər:

a) tenderdə iştirak haqqında müraciət;

b) iştirak haqqının ödənilməsi barədə bank sənədi, yaxıd iştirak haqqının ödənəcəyi barədə öhdəlik və bank təminatı;

v) tender təklifi;

q) iddiaçı haqqında tələb olunan sənədlər.

14.2. İddiaçı haqqında tələb olunan sənədlər dedikdə aşağıdakılar nəzərdə tutulur:

a) iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

b) iddiaçı haqqında texniki məlumat (tələb olunanda);

v) iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

14.3. İddiaçı öz təklifini bu Qanunda müəyyənləşdirilmiş qaydada hazırlayaraq tender prosedurunun başlanmasına ən azı bir gün qalmış tender keçirənə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi açılmadan iddiaçıya qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

14.4. Bu maddənin 1-ci bəndində sadalanan digər sənədlər tender keçirənə tender prosedurunun başlanmasından azı 7 bank günü əvvəl təqdim olunmalıdır. Tender keçirən bu sənədlərin hər hansı birini və ya bir neçəsinin çatışmadığı, yaxud bu sənədlərin hər hansı birində və ya bir neçəsində dəyişikliyə ehtiyac olduğu qənaətinə gələrsə, sənədlər təqdim olunduqdan ən çoxu 2 bank günü sonra çatışmayan sənədi hazırlamağı, yaxud bu sənədlərdə müvafiq  dəyişiklik aparmağı iddiaçıya təklif etməlidir. Bu halda sənədlər iddiaçı tərəfindən tam şəkildə və müvafiq düzəlişlərlə tender prosedurunun başlanmasından azı 3 bank günü əvvəl tender keçirənə təqdim olunur.

14.5. Azərbaycan Respublikasından olan iddiaçılar tərəfindən tenderə təqdim edilən bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkədən olan iddiaçılar isə təmsil olunduqları ölkənin dilində hazırladıqları mətnə Azərbaycan dilinə çevrilən və iddiaçı tərəfindən təsdiq edilən mətn əlavə etməlidirlər.

14.6. Bu maddədə sadalanan sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tender keçirən tenderdə iştirak etmək istəyəni iddiaçı kimi qeydə almalıdır.

Maddə 15.  İştirak haqqı

15.1. İştirak haqqının ümumi məbləği tender keçirən tərəfindən müəyyənləşdirilir, lakin tender predmetinin ehtimal olunan dəyərinin 0,5 faizindən və tender xərclərinin 1,5 mislindən çox ola bilməz.

15.2. Tender başa çatdıqdan sonra tender predmetinin yeni dəyəri müəyyənləşdikdə iştirak haqqı dəyişməz qalır və tender keçirənlə iddiaçılar arasında yenidən hesablaşma aparılmır.

Maddə 16.  Tender təklifi

16.1. Hər bir iddiaçı bir tenderə yalnız bir təklif verə bilər.

16.2. İddiaçı öz təklifində tender predmetini səciyyələndirən bütün zəruri parametrləri, o cümlədən işin icrasının texniki cəhətləri, dəyər, vaxt, yer, işi idarəetmə qaydası, haqqın ödənilməsi forması və sair göstəricilər üzrə təklifləri  irəli sürməlidir. İddiaçı tender predmeti olan işi necə icra edəcəyi barədə istənilən məlumatı öz təklifinə daxil edə bilər.

16.3. Tender təklifindəki bütün rəqəmlər həm də sözlə yazılır. Tender təklifində dəyişiklik və düzəliş olmamalıdır.

16.4. İddiaçının yazılı şəkildə hazırladığı, imzaladığı və möhürlədiyi tender təklifi ikiqat zərfə qoyulur və hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənir.

Maddə 17.  Tender təklifinin təminatı

17.1. Təklifin təminatı, onun dəyərinin 1 faizindən 2 faizinədək təşkil etməlidir. Tender keçirən təşkilat bütün iddiaçılar üçün təminatın təsbit edilmiş məbləğini də müəyyən edə bilər.

Təklifin təminatının qüvvədə olduğu müddət, təkliflər olan zərflərin açıldığı tarixdən ən azı 60 təqvim gün