×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.04.1997
QEYDİYYAT NÖMRƏSİ
570
ADI
«Tender haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-1997, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 345)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Tender haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə

«Tender haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı [1]

 

«Tender haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının «Tender haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

«Tender haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.5-ci bəndində və 27-ci maddəsinin 27.7-ci bəndində nəzərdə tutulan sənədlərin nümunəsini təsdiq etsin;

öz səlahiyyətləri daxilində «Tender haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsəlləri həll etsin.

2. Müəyyən edilsin ki:

Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, dövlət müəssisələri və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan müəssisələr satınalmalar zamanı «Tender haqqında» Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikası prezidentinin 19 dekabr 1996-cı il tarixli fərmanı ilə təsdiq edilmiş «Büdcə təşkilatları tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması haqqında» Əsasnaməni rəhbər tutur;

«Tender haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya digər müvafiq sahə (sahələrarası) mərkəzi icra hakimiyyəti orqanları Azərbaycan Respublikası adından tender keçirə bilər;

«Tender haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının və ya onun müvafiq icra hakimiyyəti orqanlarının beynəlxalq saziş və müqavilələrlə əldə etdiyi vəsait və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin zəmanəti ilə alınmış xarici kreditlər hesabına maliyyələşdirilən işlər (xidmətlər) üzrə tender Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya onun tapşırığı ilə digər mərkəzi icra hakimiyyəti orqanları tərəfindən keçirilir;

«Tender haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 5.1-ci bəndində göstərilən mütləq tenderə çıxarılmalı olan işlərin (xidmətlərin) dəyərinin aşağı (minimum) həddi 250 000 000 (iki yüz əlli milyon) manat müəyyən edilir;

«Tender haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 5.3-cü bəndi Azərbaycan Respublikası prezidentinin 19 dekabr 1996-cı il tarixli fərmanı ilə təsdiq edilmiş «Büdcə təşkilatları tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması haqqında» Əsasnamədə nəzərdə tutulan qaydada tətbiq edilir;

«Tender haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.3-cü bəndində nəzərdə tutulan səlahiyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında satınalmalar üzrə Dövlət agentliyi həyata keçirir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 7 aprel 1997-ci il

   № 570

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 20 may 2016-cı il tarixli 899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 860)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 may 2016-cı il tarixli 899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 860) ilə “Tender haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 570 nömrəli Fərmanı ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status