“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan RESPUBLİKASI Prezİdentİnİn Fərmanı
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
həmin Qanunun 23-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş özəl sosial sığorta təşkilatlarının fəaliyyəti üçün lisenziyanı verən müvafiq icra hakimiyyəti orqanı barədə təklifini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
[1]
2.1-1. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 13.3-cü maddəsində (ikinci halda), 13.4-cü maddəsində (birinci halda) və 28-ci maddəsinin birinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
[2]
2.1-2. həmin Qanunun 19.1-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
2.1-3. həmin Qanunun 13.3-cü maddəsində (ikinci halda) və 18-ci maddəsinin birinci hissəsinin beşinci və altıncı abzaslarında “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
[3]
2.1-4. həmin Qanunun 1.1.6-cı, 1.1.11-ci maddələrində və 19.1-1-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
[4]
2.1-5. həmin Qanunun 1.1.2-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
[5]
2.1-6. həmin Qanunun 19.1-2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
[6]
2.2. həmin Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[7]
2.2-1. həmin Qanunun 9-1.2-ci, 14.7-ci, 14-1.2-ci maddələrində və 15-ci maddəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
[8]
2.3. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və yeddinci abzaslarında, 10-cu maddəsinin ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü (ikinci halda) maddələrində, 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
[9]
2.4. həmin Qanunun 1.1.2-ci, 1.1.6-cı, 1.1.11-ci maddələrində, 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü, ikinci hissəsinin beşinci və yeddinci abzaslarında, 9-1.2-ci maddəsində, 10-cu maddəsinin ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü abzaslarında, 12-ci (hər iki halda) və 13.1-ci maddələrində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda), 13.4-cü (hər iki halda), 14.7-ci, 14-1.2-ci maddələrində, 15-ci maddəsinin üçüncü və iyirmi ikinci abzaslarında, 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində, 19.1-ci və 19.1-1-ci maddələrinin birinci cümlələrində, 19.1-2-ci maddəsində, 20-ci maddəsinin ikinci hissəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 28-ci maddəsinin birinci hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[10]
2.4-1. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
[11]
2.4-2. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
2.4-3. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın maddi-texniki bazası” dedikdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazaları nəzərdə tutulur;
[12]
2.4-4. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri və vergi orqanlarının işçiləri nəzərdə tutulur;
2.5. həmin Qanunun 12-ci maddəsində “sənaye parkı” dedikdə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı, “müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti” dedikdə, gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti nəzərdə tutulur;
[13]
2.6. həmin Qanunun 15-ci maddəsinin iyirmi ikinci abzasında “qurum” dedikdə Mənəvi Dəyərlərin Təbliği Fondu nəzərdə tutulur;
[14]
2.7. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 43 faizi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 23 faizi aşağıdakı kimi bölüşdürülür:
[15]
2.7.1. 43 faiz üzrə:
1. 21,5 faiz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;
2. 21,5 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;
2.7.2. 23 faiz üzrə:
1. 11,5 faiz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;
2. 11,5 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür.
həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş Azərbaycan Respublikası üzrə “ötən rübün orta aylıq əmək haqqının” məbləği rübdə bir dəfə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən elan edilir.
[16]
3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, bir ay müddətində:
[17]
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
[18]
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq edilmək üçün Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 7 aprel 1997-ci il
№ 568
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
3 iyul 2006-cı il tarixli 423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 587)
2.
14 dekabr 2007-ci il tarixli 676 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1226)
3.
31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630)
4.
1 iyun 2016-cı il tarixli 925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1021)
5.
6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464)
6.
21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578)
7.
3 iyul 2019-cu il tarixli 772 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1220)
8.
22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562)
9.
2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 688)
10.
10 avqust 2020-ci il tarixli 1125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1028)
11.
30 dekabr 2020-ci il tarixli 1235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1497)
12.
28 dekabr 2022-ci il tarixli 1941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1451) (Bu Fərman 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədədir.)
13.
17 aprel 2023-cü il tarixli 2106 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
14 dekabr 2007-ci il tarixli 676 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1226) ilə 2-ci bəndinin ikinci abzasında “13-cü maddəsinin ikinci hissəsində” sözləri “13-cü maddəsinin ikinci və üçüncü hissələrində” sözləri ilə əvəz edilmişdir.
31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630) ilə 2-ci bəndinin ikinci abzasında “13-cü maddəsinin ikinci və üçüncü hissələrində” sözləri “13-cü maddəsinin ikinci və dördüncü hissələrində” sözləri ilə əvəz edilmişdir.
6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464) ilə 2.1-ci bənddə “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci və dördüncü hissələrində, 18-ci maddəsində, 20-ci maddəsinin ikinci hissəsində, 21-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində, 24-cü maddəsində və 28-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
[2]
21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578) ilə yeni məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilmişdir.
2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 688) ilə 2.1-1-ci bənddə “və 28-ci” sözləri “, 13.4-cü maddəsində (birinci halda) və 28-ci” sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2020-ci il tarixli 1235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1497) ilə 2.1-1-ci bənddən “13.3-cü maddəsində (ikinci halda),” sözləri çıxarılmışdır.
17 aprel 2023-cü il tarixli 2106 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə 2.1-1-ci bənddən “8-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılmışdır.
[3]
3 iyul 2019-cu il tarixli 772 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1220) ilə yeni məzmunda 2.1-3-cü bənd əlavə edilmişdir.
10 avqust 2020-ci il tarixli 1125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1028) ilə 2.1-3-cü bənddə “1-ci hissəsinin on birinci abzasında” sözləri “birinci hissəsinin beşinci və altıncı abzaslarında” sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2020-ci il tarixli 1235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1497) ilə 2.1-3-cü bəndə “Qanunun” sözündən sonra “13.3-cü maddəsində (ikinci halda) və” sözləri əlavə edilmişdir.
[4]
30 dekabr 2020-ci il tarixli 1235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1497) ilə yeni məzmunda 2.1-4-cü bənd əlavə edilmişdir.
17 aprel 2023-cü il tarixli 2106 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə 2.1-4-cü bənddə “19.1-ci maddəsinin üçüncü cümləsində” sözləri “1.1.6-cı, 1.1.11-ci maddələrində və 19.1-1-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilmişdir və həmin bənddən “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri çıxarılmışdır.
[5]
28 dekabr 2022-ci il tarixli 1941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1451) ilə 2-ci hissəyə yeni məzmunda 2.1-5-ci bənd əlavə edilmişdir. (Bu Fərman 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədədir.)
17 aprel 2023-cü il tarixli 2106 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə 2.1-5-ci bənddə “1-ci maddəsinin ikinci hissəsində” sözləri “1.1.2-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.
[6]
17 aprel 2023-cü il tarixli 2106 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə yeni məzmunda 2.1-6-cı bənd əlavə edilmişdir.
[7]
3 iyul 2006-cı il tarixli 423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 587) ilə 2-ci bəndin üçüncü abzasında “15-ci, 16-cı və 27-ci maddələrində” sözləri “27-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.
[8]
21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578) ilə yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.
2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 688) ilə 2.2-1-ci bənddə “və 14.7-ci maddələrində “orqan” dedikdə” sözləri “, 14.7-ci maddələrində və 15-ci maddəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə” sözləri ilə əvəz edilmişdir.
28 dekabr 2022-ci il tarixli 1941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1451) ilə 2.2-1-ci bəndə “14.7-ci” sözlərindən sonra “, 14-1.2-ci” sözləri əlavə edilmişdir. (Bu Fərman 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədədir.)
[9]
31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630) ilə 2-ci bəndin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və dördüncü abzas əlavə edilmişdir.
21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578) ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.3. həmin Qanunun 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104) ilə 2.3-cü bəndin “və altıncı” sözləri “və yeddinci” sözləri ilə əvəz edilmişdir, “13.4-cü” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilmişdir və “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
10 avqust 2020-ci il tarixli 1125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1028) ilə 2.3-cü bənddə “dördüncü (hər iki halda) və beşinci” sözləri “ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü” sözləri ilə, “altıncı” sözü “dördüncü” sözü ilə əvəz edilmişdir.
30 dekabr 2020-ci il tarixli 1235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1497) ilə 2.3-cü bənddən “(birinci halda)” sözləri çıxarılmışdır.
[10]
21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578) ilə 2.4-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.4. həmin Qanunun 12-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
10 avqust 2020-ci il tarixli 1125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1028) ilə 2.4-cü bənddə “dördüncü (hər iki halda) və beşinci” sözləri “ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü” sözləri ilə, “iyirmi üçüncü abzaslarında, 18-ci maddəsinin birinci hissəsinin altıncı” sözləri “iyirmi ikinci abzaslarında, 18-ci maddəsinin birinci hissəsinin dördüncü” sözləri ilə əvəz edilmişdir.
2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104) ilə 2.4-cü bənddə “və altıncı” sözləri “və yeddinci” sözləri ilə əvəz edilmişdir, “13.4-cü” sözlərindən sonra “(hər iki halda)” sözləri əlavə edilmişdir və “iyirmi üçüncü abzasında” sözləri “üçüncü və iyirmi üçüncü abzaslarında” sözləri ilə əvəz edilmişdir.
30 dekabr 2020-ci il tarixli 1235 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1497) ilə 2.4-cü bənddə “13.3-cü (hər iki halda)” sözləri “13.3-cü (birinci halda)” sözləri ilə, “19.1-ci maddəsində” sözləri “19.1-ci maddəsinin birinci və üçüncü cümlələrində” sözləri ilə əvəz edilmişdir.
28 dekabr 2022-ci il tarixli 1941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1451) ilə 2.4-cü bəndə “Qanunun” sözündən sonra “1-ci maddəsinin ikinci hissəsində,” sözləri və “14.7-ci” sözlərindən sonra “, 14-1.2-ci” sözləri əlavə edilmişdir. (Bu Fərman 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədədir.)
17 aprel 2023-cü il tarixli 2106 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 18 aprel 2023-cü il, № 80) ilə 2.4-cü bənddə “1-ci maddəsinin ikinci hissəsində, 8-ci maddəsinin ikinci hissəsində” sözləri “1.1.2-ci, 1.1.6-cı, 1.1.11-ci maddələrində” sözləri ilə, “19.1-ci maddəsinin birinci və üçüncü cümlələrində” sözləri “19.1-ci və 19.1-1-ci maddələrinin birinci cümlələrində, 19.1-2-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.
[11]
21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294) ilə yeni məzmunda 2.4-1– 2.4-4-cü bəndlər əlavə edilmişdir.
22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562) ilə 2.4-1-ci və 2.4-2-ci bəndlər yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.4-1. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə və vergi orqanlarının işçilərinə münasibətdə) nəzərdə tutulur;
2.4-2. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
[12]
22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562) ilə 2.4-3-cü və 2.4-4-cü bəndlər ləğv edilmişdir.
[13]
1 iyun 2016-cı il tarixli 925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyun 2016-cı il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1021) ilə 2-ci hissənin ikinci-dördüncü abzasları müvafiq olaraq 2.1-2.3-cü bəndlər hesab edilmişdir və 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilmişdir.
[14]
21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578) ilə 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.6-cı bənd əlavə edilmişdir.
10 avqust 2020-ci il tarixli 1125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1028) ilə 2.6-cı bənddə “iyirmi üçüncü” sözləri “iyirmi ikinci” sözləri ilə əvəz edilmişdir.
[15]
22 may 2020-ci il tarixli 1037 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 562) ilə 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.7-ci bənd əlavə edilmişdir.
[16]
3 iyul 2006-cı il tarixli 423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 587) ilə 2-ci bəndin dördüncü abzası çıxarılmışdır.
[17]
21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2578) ilə 3-cü hissə ləğv edilmişdir.
[18]
14 dekabr 2007-ci il tarixli 676 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1226) ilə 3-cü bəndinin ikinci abzasında ”ikinci” sözü “üçüncü” sözü ilə əvəz edilmişdir.