“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1296; 2017, № 11, maddə 2139) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
|
- Azərbaycan Respublikasının energetika naziri
|
Kollegiyanın üzvləri:
|
- Azərbaycan Respublikasının energetika nazirinin müavinləri;
|
- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri;
|
- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri;
|
- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının neft-qaz siyasəti şöbəsinin müdiri;
|
- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri;
|
- Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri.”.
|
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 15 fevral 2018-ci il
№ 49