![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI ENERGETİKA NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
05.03.2018 |
Qeydiyyat nömrəsi |
01 |
Adı |
Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Energetika Nazirliyinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
16.03.2018 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
010.180.020 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201803050001 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
15.03.2018 |
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.6-cı yarımbəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanının 5.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası
qərara alır:
1. “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2013-cü il 23 aprel tarixli 2 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2014-cü il 13 iyun tarixli 04 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.
2. “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2013-cü il 4 mart tarixli 1 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2014-cü il 13 iyun tarixli 05 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.
3. “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2014-cü il 17 noyabr tarixli 6 nömrəli Qərarı ləğv edilsin.
4. “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin yerli bölmələri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2014-cü il 17 noyabr tarixli 7 nömrəli Qərarı ləğv edilsin.
5. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Kollegiyanın sədri, Azərbaycan Respublikasının energetika naziri |
Pərviz Şahbazov |