AKTIN NÖVÜ
Energetika Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
05.03.2018
QEYDİYYAT NÖMRƏSİ
02
ADI
“Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.03.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201803050002
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.03.2018
“Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləǧinin hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ENERGETİKA NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

05.03.2018

Qeydiyyat nömrəsi

02

Adı

“Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.03.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201803050002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.03.2018

 

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.2-ci yarımbəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanının 6.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. “Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları şöbəsinə tapşırılsın ki, bu Qərarın Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Enerji Məsələlərini Tənzimləmə Agentliyinə tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

energetika naziri

 

 

Pərviz Şahbazov

 

 


 

 

Azərbaycan Respublikası

Energetika Nazirliyinin Kollegiyasının

2018-ci il 5 mart tarixli 02 nömrəli Qərarı ilə

təsdiq edilmişdir

 

 

“Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Energetika haqqında” Qanununun 7-1-ci, “Elektroenergetika haqqında” Qanununun 4-1-ci, “Qaz təchizatı haqqında” Qanununun 21-1-ci, “Elektrik və istilik stansiyaları haqqında” Qanununun 16-cı maddələrinə və “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanının 6.4-cü bəndinə əsasən hazırlanmışdır və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (bundan sonra - Agentlik) elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən və siyahısı bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilən müəssisələr (bundan sonra – müəssisələr) tərəfindən ödənilən haqların məbləğini və ödənilmə qaydasını müəyyən edir.

1.2. Bu Qaydaya əsasən müəssisələr tərəfindən ödəniləcək haqlar müəyyən edilərkən Agentliyin dayanıqlı fəaliyyətinin və elektrik, istilik enerjisi və qaz təchizatı sahələrinin etibarlı, dayanıqlı və effektiv inkişafının təmin edilməsi prinsipləri rəhbər tutulur.

 

2. Anlayışlar

 

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. Agentliyə ödənilən haqlar – müəssisələr tərəfindən Agentliyə ödənilən dövri ödənişlər;

2.1.2. gəlir – müəssisələrin təqdim etdiyi mallardan (işlərdən və xidmətlərdən) daxil olan vəsaitin ümumi dəyəri (əlavə dəyər vergisi çıxıldıqdan sonra);

2.1.3. hesabat rübü – Agentliyə ödənilən haqların və əmsalın hesablanması üçün baza dövrü;

2.1.4. ödəniş rübü – ödəniş həyata keçirildiyi dövr (hesabat rübündən sonrakı rüb);

2.1.5. ödəniş ili – rüblük ödənişlərin həyata keçirildiyi təqvim ili.

 

3. Müəssisələr tərəfindən Agentliyə ödənilən haqların hesablanması

 

3.1. Agentliyə ödənilən haqların rüblük əmsalı aşağıdakı düstura əsasən Agentliyin ödəniş ili üçün təsdiq olunan büdcə xərclərinin dörddə bir hissəsinin müəssisələrin elektrik, istilik enerjisi və qaz təchizatı sahəsində fəaliyyətləri üzrə rüblük gəlirinə bölünməsi yolu ilə müəyyən edilir:

 

Burada:

 

Dr – Agentliyə ödənilən haqların rüblük əmsalı;

XAgentliyin ödəniş ili üçün təsdiq olunan büdcə xərclərinin həcmi;

G –müəssisələrin rüblük gəlirlərinin cəmi.

 

3.2. Agentliyə ödənilən haqların rüblük əmsalı 1,5-dən artıq olmamalıdır.

3.3. Müəssisələr tərəfindən Agentliyə ödənilən rüblük haqların məbləği aşağıdakı düsturla hesablanır:

 

 

Burada:

 

Hr1 – Agentliyə ödənilən haqların rüblük məbləği;

Gr1 –hesabat rübü ərzində müəssisənin gəliri;

Dr – Agentliyə ödəniləcək haqların rüblük əmsalı.

 

3.4. Müəssisələr hesabat rübü üzrə gəlirləri barədə məlumatı bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada hər ödəniş rübünün birinci ayının sonunadək Agentliyə təqdim edirlər.

3.5. Agentlik müəssisələr tərəfindən ödənilən haqların rüblük məbləğini hər ödəniş rübünün ikinci ayının 5-dək hesablayır.

 

4. Müəssisələr tərəfindən Agentliyə haqların ödənilməsi qaydası

 

4.1. Agentlik müəssisələr tərəfindən ödəniş rübündə ödənilməli olan haqların məbləğləri barədə məlumatı bu Qaydanın 3 nömrəli əlavəsində göstərilən formada və ödəniş üzrə hesab-fakturanı müəssisələrə hər ödəniş rübünün ikinci ayının 5-dək təqdim edir.

4.2. Müəssisələr rüblük haqları hesab-fakturanın alındığı gündən 5 iş günü müddətində Agentliyin bank hesabına köçürür.

4.3. Müəssisələr Agentliyə ödənilən haqlarını bu Qayda ilə müəyyən edilmiş ödəniş müddətindən əvvəl də ödəyə bilər. Bu zaman, müəssisə vaxtından əvvəl ödənişin aparılması ilə bağlı əlavə hesab-fakturanın alınması üçün Agentliyə rəsmi müraciət edir.

 

 


 

 

“Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası”na

Əlavə 1

 

 

Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəməli olan müəssisələrin

Siyahısı

 

1. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti.

2. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (elektrik enerjisinin topdansatış və istehsalçıdan satınalma qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq nəticəsində yaranan gəlirdən).

3. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti.

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi.

5. “Şəki Su Elektrik Stansiyası” Açıq Səhmdar Cəmiyyəti.

6. “Çiçəkli SES” Açıq Səhmdar Cəmiyyəti.

7. “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti.

8. “Təmiz Şəhər” ASC-nin Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu.

9. "Muğan SES" ASC (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən).

10. “Alten Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən).

11. “Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən).

 

 


 

 

 

"Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası"na

Əlavə 2

Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 20_____ ilin ______ hesabat rübü üzrə ödəniləcək haqqın hesablanması üçün

 

MƏLUMAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(müəssisənin adı)

 

 

VÖEN

 

 

 

 

 

 

(manatla)

Sıra

№si

Tənzimlənən fəaliyyətin növü

Fəaliyyət növü üzrə müəssisənin hesabat rübündə

Fəaliyyət növü üzrə müəssisənin hesabat rübündə ƏDV çıxılmaqla gəliri

cəmi gəliri

ondan,

ƏDV

1

2

3

4

5

1

 

 

 

 

2

 

 

 

 

3

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(Müəssisə rəhbərinin vəzifəsi)

 

(adı, soyadı)

 

(imza)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Baş mühasib

 

 

 

 

 

 

 

(adı, soyadı)

 

(imza)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

M.Y.

 

 


 

 

 

 

"Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası"na

Əlavə 3

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 20____ ilin _____ hesabat rübü üzrə ödəniləcək haqqın məbləği barədə

 

MƏLUMAT

 

 

 

 

 

 

 

(manatla)

Sıra

№si

Müəssisənin adı

Müəssisənin hesabat rübü üzrə gəliri

(ƏDV çıxılmaqla)

Hesabat rübü üzrə hesablanmış əmsal

Hesabat rübü üzrə ödəniləcək haqqın məbləği

Ötən dövr üzrə

Yekun

artıq ödəmə

borc

1

2

3

4

5

6

7

8

 

 

 

 

 

 

 

 

...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi ödəniş məbləği:

 

 

 

 

 

 

 

 

 

 

Agentliyin İdarə Heyətinin sədri

 

 

 

 

 

 

 

(adı, soyadı)

 

(imza)

 

 

 

 

 

 

 

 

 

 

Baş mühasib

 

 

 

 

 

 

 

 

(adı, soyadı)

 

(imza)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

M.Y.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status