Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 834-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3491 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 365; 2012, № 12, maddə 1344; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 22 dekabr tarixli 585 nömrəli qərarı) ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bəndə “mütəxəssislərin” sözündən sonra “, elmi” sözü əlavə edilsin.
2. 5.2-ci bəndin birinci abzasına “mütəxəssis” sözündən sonra “, elmi” sözü əlavə edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 mart 2018-ci il
№ 97