430.000.000
Dənizin tullantılar və başqa materiallar ilə çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiyaya qoşulmaq barədə
[1]
Azərbaycan RESPUBLİKASININ Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası 13 noyabr 1972-ci il tarixli Dənizin tullantılar və başqa materiallar ilə çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiyaya qoşulsun.
[2]
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 22 aprel 1997-ci il.
№ 274-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13 may 2003-cü il tarixli 450-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 08, maddə 404)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 may 2003-cü il tarixli 450-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 08, maddə 404) ilə qanunun adında və 1-ci maddəsində "Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair Beynəlxalq Konvensiyaya" sözləri "Dənizin tullantılar və başqa materiallar ilə çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiyaya" sözləri ilə əvəz edilmişdir.
[2]
13 may 2003-cü il tarixli 450-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 08, maddə 404) ilə 1-ci maddədə "29 dekabr 1972-ci il" sözləri "13 noyabr 1972-ci il" sözləri ilə əvəz edilmişdir.