Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanının 5.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.6-cı bənddə “Azərbaycan Respublikasının Energetika Nazirliyinin “Dövlət Enerjinəzarət” İdarəsinin (bundan sonra - “Dövlət Enerjinəzarət” İdarəsi)” sözləri “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra - Enerji Məsələlərini Tənzimləmə Agentliyi)” sözləri ilə əvəz edilsin.
2. 2.4-cü, 2.5-ci, 3.2-ci, 3.7-ci, 6,4-cü, 7.15-ci bəndlərdə (hər iki halda), 3.5-ci, 6.1-ci, 7.4-cü, 8.35-ci, 9.1-ci, 9.9-cu, 9.12-ci, 9.22-ci, 10.12-ci, 10.17-ci, 10.20-ci, 11.10-cu, 11.13-cü, 12.12-ci bəndlərdə, 9.3.4-cü, 9.3.8-ci, 9.3.9-cu, 9.8.1-ci, 9.8.3-cü, 9.8.5-ci, 9.12.8-ci, 9.12.9-cu, 10.18.5-ci, 10.18.9-cu, 10.18.10-cu, 10.24.1-ci, 10.24.2-ci, 11.14.5-ci, 11.14.9-cu, 11.14.10-cu, 12.15.5-ci, 12.15.8-ci, 12.15.9-cu yarımbəndlərdə, 6.2-ci bəndin ikinci abzasında, 9.8.2-ci yarımbənddə (hər iki halda) ismin müvafiq hallarında “Dövlət Enerjinəzarət” İdarəsi” sözləri ismin müvafiq hallarında “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə əvəz edilsin.
3. 6.2-ci bəndin birinci abzası ləğv edilsin.
4. Bu Qaydalara 1 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 18-ci hissəsində, 2 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində, 3 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində “Dövlət Enerjinəzarət” İdarəsinin” sözləri “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 28 mart 2018-ci il
№ 114