![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ARXİV İDARƏSİNİN KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
06.04.2018 |
Qeydiyyat nömrəsi |
3 |
Adı |
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının 2017-ci il 12 iyun tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimatda” dəyişiklik edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
15.04.2018 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
100.070.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201804060003 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
14.04.2018 |
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 15-ci bəndini rəhbər tutaraq
KOLLEGİYA QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 2017-ci il 12 iyun tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”ın 5.8-ci bəndinin ikinci cümləsində “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.
2. İdarənin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsi bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını üç gün ərzində təmin etsin.
3. Qərarın icrasına nəzarət rəis müavini Ə. Rəsulova həvalə olunsun.
İdarənin rəisi Ataxan Paşayev