AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
23.04.2018
QEYDİYYAT NÖMRƏSİ
17
ADI
Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 24-04-2018, Nəşr Nömrəsi: 91), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2018, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 766)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.04.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.290.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201804230017
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.04.2018
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

2018-ci ilin may ayında Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovun anadan olmasının 100 illiyi tamam olur.

Nadir istedada malik rejissor kimi Mehdi Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlarla ölkə teatrı tarixinə parlaq səhifələr yazmışdır. Sənətkarın canlandırdığı obrazlar yüksək ifaçılıq nümunələridir. Mehdi Məmmədov pedaqoji sahədəki uzunmüddətli dolğun fəaliyyətini, eyni zamanda, səmərəli elmi yaradıcılıqla ahəngdar şəkildə əlaqələndirmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın teatr ənənələrinin yeni nailiyyətlərlə daha da zənginləşdirilməsində diqqətəlayiq xidmətlər göstərmiş böyük sənətkar Mehdi Məmmədovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq Artisti Mehdi Məmmədovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 aprel 2018-ci il

17

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status