×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.08.1999
QEYDİYYAT NÖMRƏSİ
173
ADI
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1999, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 483)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinin 1.4.-cü, 1.9-cu (dövlət qoruqlarının, dövlət milli və təbiət parklarının, başqa xüsusi mühafizə tələb edən təbiət ərazilərinin və obyektlərinin təşkil edilməsi hissəsində), 1.12.-ci və 1.13-cü bəndlərində, 10-cu maddəsinin ikinci hissəsində; 11-ci maddəsinin ikinci hissəsində; 15-ci maddəsinin 1-ci hissəsində, 44-cü maddəsinin 2-ci hissəsində, 45-ci maddəsinin ikinci hissəsində, 47-ci maddəsinin 1-ci və 2-ci hissələrində, 54-cü maddəsinin 7-ci hissəsində, 63-cü maddəsinin birinci hissəsində; 69-cu maddəsinin ikinci hissəsində, 73-cü maddəsinin birinci hissəsində və 76-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki: [1]

2.1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü abzasında, 40-cı maddəsinin 2-ci hissəsində, 52-ci maddəsinin 1-ci, 2-ci, 5-ci, 7-ci, 8-ci (hər iki halda), 9-cu hissələrində, 10-cu hissəsinin birinci cümləsində və 12-ci hissəsində, 54-cü maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində, 55-ci maddəsinin 1.2-ci bəndində, 56-cı maddəsinin 1-ci hissəsində, 57-ci maddəsinin 1-ci və 3-cü hissələrində, 58-ci maddəsinin 2-ci, 4-cü və 7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

2.2. həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinin 1.1–1.3-cü, 1.6–1.9-cu (xüsusi elmi-ekoloji və bioloji əhəmiyyətli ətraf mühitin mühafizəsi obyektlərinin siyahısının təsdiq edilməsi hissəsində), 1.10-cu və 1.11-ci bəndlərində, 2-ci hissəsinin 2.1-ci (fəaliyyət istiqamətlərinə uyğun olaraq) bəndində, 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin 3-cü hissəsində, 64-1.1-ci maddəsinin ikinci cümləsində, 66-cı maddəsinin 3-cü hissəsində və 79-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 52-ci maddəsinin 2-ci və 9-cu hissələrində, 54-cü maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində, 56-cı maddəsinin 1-ci hissəsində, 58-ci maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 4-cü maddəsinin 2-ci hissəsinin 2.1-ci (fəaliyyət istiqamətlərinə uyğun olaraq), 2.2–2.6-cı bəndlərində, 18-ci maddəsinin 3-cü hissəsində, 71-ci maddəsinin 1-ci, 2-ci hissələrində və 72-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü abzasında, 40-cı maddəsinin 2-ci hissəsində, 52-ci maddəsinin 1-ci, 7-ci, 8-ci (birinci halda) hissələrində, 10-cu hissəsinin birinci cümləsində və 12-ci hissəsində, 55-ci maddəsinin 1.2-ci bəndində, 57-ci maddəsinin 1-ci və 3-cü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 58-ci maddəsinin 4-cü və 7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulurlar;

2.7. həmin Qanunun 52-ci maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müalicə-sağlamlaşdırma yerlərinə və kurortlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 52-ci maddəsinin 8-ci (ikinci halda) hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, bu Fərmanla onun səlahiyyətinə aid edilən məsələlərin həlli üçün lazımi tədbirləri həyata keçirsin. [3]

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 4 avqust 1999-cu il

                   № 173

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)

2.       31 oktyabr 2014-cü il tarixli 307 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 04 noyabr 2014-cü il, № 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1192)

3.       14 iyul 2017-ci il tarixli 1532 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1342)

4.       26 noyabr 2018-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №11, maddə 2279)

5.       7 fevral 2023-cü il tarixli 2031 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 7 fevral 2023-cü il, Azərbaycan qəzeti, 8 fevral 2023-cü il, 28)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin üçüncü abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

14 iyul 2017-ci il tarixli 1532 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1342) ilə 2-ci hissəsinin ikinci abzasına “66-cı maddəsinin 3-cü hissəsində” sözlərindən əvvəl “64-1.1-ci maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.

26 noyabr 2018-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №11, maddə 2279) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci hissəsinin 1.1-ci - 1.3-cü və 1.5-ci - 1.11.-ci (xüsusi elmi-ekoloji və bioloji əhəmiyyətli ətraf mühitin mühafizəsi obyektlərinin siyahısının təsdiq edilməsi hissəsində) bəndlərində, 2-ci hissəsinin 2.1.-ci (öz səlahiyyəti hüdudlarında) bəndində; 16-cı maddəsinin ikinci hissəsində; 17-ci maddəsinin 3-cü hissəsində; 56-cı maddəsinin 2-ci hissəsində; 64-1.1-ci maddəsinin ikinci cümləsində, 66-cı maddəsinin 3-cü hissəsində və 79-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin 2-ci hissəsinin 2.1.-ci (öz səlahiyyəti hüdudlarında), 2.2-ci - 2.6-cı bəndlərində; 15-ci maddəsinin 4-cü hissəsində, 18-ci maddəsinin 3-cü hissəsində; 50-ci maddəsinin ikinci hissəsində, 51-ci maddəsinin 1-ci hissəsində, 52-ci maddəsinin 1-ci hissəsində; 71-ci maddəsinin 1-ci və 2-ci hissələrində və 72-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

 

[2] 7 fevral 2023-cü il tarixli 2031 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 7 fevral 2023-cü il, Azərbaycan qəzeti, 8 fevral 2023-cü il, 28) ilə 2.1-ci və 2.5-ci bəndlərində , 10-cu (hər iki halda) və 12-ci hissələrində sözləri hissələrində, 10-cu hissəsinin birinci cümləsində və 12-ci hissəsində sözləri ilə əvəz edilmişdir.

 

[3] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 3-cü bənddə "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status