180.030.050
Azərbaycan Respublikasının “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12, I kitab, maddələr 2242, 2269; Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli və 23 fevral tarixli 1018-VQD nömrəli qanunları) 2-ci maddəsində “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)”Azərbaycan Respublikasının yubiley medalı” hissəsindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:
“Gəmiçilik sahəsində xidmətlərə görə” medalı;
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı.”.
Maddə 2. “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
Maddə 4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 5. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikası yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2018-ci il
№ 1049-VQD
|
Azərbaycan Respublikasının 2018-ci il
3 aprel tarixli 1049-VQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir
|
“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında
ƏSASNAMƏ
Maddə 1. Təltif edilən şəxslər
“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.
Maddə 3. Taxılma qaydası
“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
|
Azərbaycan Respublikasının 2018-ci il
3 aprel tarixli 1049-VQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir
|
“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsviri
Maddə 1. Medalın ümumi təsviri
“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində kənardan başlayaraq və ardıcıl olaraq, hər tərəflərindən konturlanmış iki dairəvi zolaq yerləşdirilmişdir. 1-ci zolağın üzərində tünd göy minalı fonda yuxarı hissədə qövs boyunca “GƏMİÇİLİK SAHƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılmış, zolağın aşağı hissəsində isə səkkizguşəli ulduz təsvir olunmuşdur. 2-ci zolağın üzərində dairə boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur.
2.2. Medalın ön tərəfinin mərkəzində 2-ci zolaq ilə əhatə olunmuş, üzərində gəmi sükanı, lövbər və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir. Bütün yazılar və təsvirlər relyefli olaraq, qabarıqdırlar.
Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfi hamarsəthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan,
4.2. Elementin yuxarı hissəsinə üzərində dalğalar təsvir olunmuş
4.3. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş
|
Azərbaycan Respublikasının 2018-ci il
3 aprel tarixli 1049-VQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir
|
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında
ƏSASNAMƏ
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
|
Azərbaycan Respublikasının 2018-ci il
3 aprel tarixli 1049-VQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir
|
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduz formalı, diametri
Maddə 2. Medalın ön tərəfi
2.1. Guşələri ikitərəfli hamar şüalı olan üst ulduzun üzərində iki tərəfdən konturlanmış dairəvi zolaq yerləşdirilmişdir. Zolağın yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN”, aşağı hissəsində qövs boyunca “XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” sözləri yazılmışdır. “AZƏRBAYCAN” sözündən sol tərəfdə “
2.2. Zolağın daxilində üzərində tünd göy minalı fonda səkkizguşəli ulduzun və gəmi sükanının fraqmentləri, gəmi silueti və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir. Dalğaların üzərində “
2.3. Bütün yazılar, rəqəmlər və elementlər relyefli olaraq, qabarıqdırlar. Səthi hamar olan alt ulduzun guşələrinin arası dalğavari konturla işlənmişdir.
Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfi hamarsəthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 5 mm enində boz rəngli, mərkəzdən sol və sağ tərəflərə doğru ardıcıl olaraq, 1 mm enində ağ rəngli, 2,5 mm enində mavi rəngli, 6,5 mm enində tünd göy rəngli, 2 mm enində mavi rəngli, 1 mm enində tünd göy rəngli, 1 mm enində mavi rəngli və 2 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
4.2. Xara lentin yuxarı hissəsinə üzərində dalğalar əks olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
4.3. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.