AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.08.1999
QEYDİYYAT NÖMRƏSİ
176
ADI
Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1999, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 486)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə

Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar həmin Məcəllənin tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Məcəlləyə uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci, altıncı, on ikinci və on beşinci abzaslarında, 12-ci maddəsinin 4-cü bəndində, 16-cı maddəsinin 1-ci bəndində, 21-ci maddəsinin 1-ci bəndində, 23-cü maddəsinin 4-cü, 5-ci və 6-cı bəndlərində, 24-cü maddəsinin 1-ci bəndində, 34-cü maddəsinin 8-ci bəndində, 38-ci maddəsinin beşinci, altıncı və doqquzuncu abzaslarında, 46-cı maddəsinin 4-cü bəndində, 51-ci maddəsinin 3-cü bəndində, 55-ci maddəsinin ikinci abzasında, 56-cı maddəsinin 1-ci bəndində, 63-cü maddəsinin 1-ci və 2-ci bəndlərində, 64-cü maddəsində, 66-cı maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində, 70-ci maddəsinin 3-cü, 5-ci və 6-cı bəndlərində, 75-ci maddəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci bəndlərində, 79-cu maddəsinin 1-ci bəndinin ikinci abzasında, 80-ci maddəsinin dördüncü abzasında, 96-cı maddəsinin 8-ci bəndində, 99-cu maddəsinin 4-cü bəndində, 100-cü maddəsinin 1-ci bəndində və 2-ci bəndinin birinci abzasında, 102-ci maddəsinin 4-cü bəndində, 108-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [1]

Azərbaycan Respublikası Torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən irəli gələn məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki: [2]

2.1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə 4-cü maddəsinin 5-ci bəndinin dördüncü abzasında, 6-cı maddəsinin dördüncü, yeddinci – onuncu abzaslarında, 9-cu maddəsinin 3-cü bəndində, 12-ci maddəsinin 5-ci bəndində, 16-cı maddəsinin 8-ci bəndində, 22-ci maddəsinin 5-ci bəndində, 213-cü maddəsinin 8-ci bəndində, 36-cı maddəsinin 2-ci bəndində, 37-ci maddəsində, 40-cı maddəsinin 2-ci bəndində , 71-ci maddəsinin 1-ci bəndinin birinci (xüsusi mülkiyyətdə və icarədə olan torpaq sahələrinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi hissəsində) və üçüncü (xüsusi mülkiyyətdə və icarədə olan torpaq sahələrinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi hissəsində) abzaslarında və 2-ci bəndində, 40-cı maddəsinin 2-ci bəndində, 47-ci maddəsinin 7-ci bəndinin ikinci cümləsində, 56-cı maddəsinin 10-cu bəndinin birinci cümləsində (xidmət haqqının məbləğinə münasibətdə), 95-ci maddəsinin 3-cü bəndində, 98-ci maddəsinin 4-cü bəndinin birinci abzasında, 102-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [3]

2.1-1. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin birinci (xidmət haqqının ödənildiyi hallara münasibətdə) və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [4]

2.2. həmin Məcəllənin 6-cı maddəsinin on üçüncü və on dördüncü abzaslarında, 38-ci maddəsində, 45-ci maddəsinin 1-ci bəndində, 4-cü bəndinin birinci cümləsində (birinci halda), 45-ci maddəsinin 1-ci bəndində, 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir; [5]

2.2-1. həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [6]

2.2-2. həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin birinci cümləsində (hər üç halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

2.2-3. həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində işləyən dövlət qulluqçularına münasibətdə) həyata keçirirlər; [7]

2.3. həmin Məcəllənin 10-cu maddəsinin 5-ci bəndində, 39-cu maddəsinin 2-ci bəndində, 40-cı maddəsinin 3-cü bəndində, 43-cü maddəsinin 4-cü və 5-ci bəndlərində, 46-cı maddəsinin 2-1-ci hissəsinin yeddinci cümləsində, 49-cu maddəsinin 4-cü bəndində, 50-ci maddəsinin 4-cü bəndinin birinci abzasında, 56-cı maddənin 5-ci bəndinin birinci abzasında və 7-ci bəndində, 69-cu maddəsinin 1-ci bəndində, 70-ci maddəsinin 2-ci bəndində, 71-ci maddəsinin 1-ci bəndinin birinci (əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin geri alınması hissəsində) və üçüncü (əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin geri alınması hissəsində) abzaslarında, 72-ci maddəsinin 2-ci bəndində, 84-cü maddəsinin 5-ci bəndində, 90-cı maddəsinin 2-ci bəndində, 103-cü maddəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci bəndlərində, 106-cı maddəsinin 1-ci bəndində, 107-ci maddəsində, 108-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [8]

2.3-1. həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; [9]

2.4. həmin Məcəllənin 6-cı maddəsinin ikinci, üçüncü və on birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqəli mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. [10]

2.5. həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər. [11]

2.6. həmin Məcəllənin 46-cı maddəsinin 2-1-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təqdimatı əsasında), ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla), üçüncü və dördüncü cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [12]

2.7. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində (ikinci və üçüncü hallarda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir; [13]

2.8. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.9. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin birinci cümləsinə əsasən ödənilən xidmət haqqının 43 faizi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesabına köçürülür.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, aşağıdakıların icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməklə üç ay müddətində:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinin 5-ci bəndinin dördüncü abzasında və 6-cı maddəsinin yeddinci abzasında müəyyənləşdirilməsi nəzərdə tutulmuş dövlət qeydiyyatına alına bilən torpaq sahələrinin minimum hədlərinin müəyyən edilməsi qaydalarını;

həmin Məcəllənin 6-cı maddəsinin dördüncü abzasında müəyyən edilməsi nəzərdə tutulmuş dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarını;

həmin Məcəllənin 16-cı maddəsinin 8-ci bəndində müəyyən edilməsi nəzərdə tutulmuş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarını;

həmin Məcəllənin 22-ci maddəsinin 5-ci bəndində müəyyən edilməsi nəzərdə tutulmuş sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydalarını, həmin Məcəllənin 23-cü maddəsinin 8-ci bəndində müəyyən edilməsi nəzərdə tutulmuş müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydalarını;

həmin Məcəllənin 36-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi qaydalarını;

həmin Məcəllənin 37-ci maddəsində müəyyən edilməsi nəzərdə tutulmuş ekzogen geoloji proseslərə məruz qalmış torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına icazə verilməsi qaydasını;

həmin Məcəllənin 102-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və ödənilməsi qaydalarını təsdiq etsin;

həmin Məcəllənin 40-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş torpaqların zonalaşdırılmasının ümumi əsaslarına və prinsiplərini;

həmin Məcəllənin 70-ci maddəsinin 9-cu bəndində nəzərdə tutulmuş torpaq sahələrinin dövlət və ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması qaydalarını müəyyən etsin.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bu Fərmanla onların səlahiyyətinə aid edilən məsələlərin həlli üçün lazımi tədbirləri həyata keçirsinlər. [14]

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 4 avqust 1999-cu il

                  № 176

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 mart 2000-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, maddə 158)

2.       21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)

3.       23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)

4.       12 aprel 2004-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 231)

5.       2 avqust 2006-cı il tarixli 434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 660)

6.       10 mart 2008-ci il tarixli 725 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 174)

7.       6 avqust 2008-ci il tarixli 807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 714)

8.       22 iyul 2009-cu il tarixli 139 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 iyul 2009-cu il, № 164, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 542)

9.       1 noyabr 2012-ci il tarixli 720 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1080)

10.    31 oktyabr 2014-cü il tarixli 332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1217)

11.    15 dekabr 2014-cü il tarixli 398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2014-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1552)

12.    15 fevral 2016-cı il tarixli 775 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 239)

13.    12 iyul 2017-ci il tarixli 1510 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1320)

14.    29 dekabr 2017-ci il tarixli 1775 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2017-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2342)

15.    19 mart 2019-cu il tarixli 596 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 mart 2019-cu il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 436)

16.    16 may 2019-cu il tarixli 691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 843)

17.    22 may 2020-ci il tarixli 1034 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 559)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 mart 2000-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, maddə 158) ilə 1-ci bəndinin dördüncü abzasına "34-cü maddəsinin 8-ci bəndində" sözlərindən sonra "38-ci maddəsinin beşinci, altıncı və doqquzuncu abzaslarında" sözləri əlavə edilmişdir və 2-ci bəndinin dördüncü abzasından "50-ci maddəsinin 4-cü bəndinin birinci abzasında" sözləri çıxarılmışdır.

 

[2] 15 dekabr 2014-cü il tarixli 398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2014-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1552) ilə 2-ci hissədə ikinci-yeddinci abzaslar müvafiq olaraq 2.1-2.6-cı bəndlər hesab edilmişdir.

 

[3] 2 avqust 2006-cı il tarixli 434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 660) ilə  2-ci bəndinin ikinci abzasında “40-cı maddəsinin 2-ci bəndində,” sözlərindən sonra “71-ci maddəsinin 1-ci bəndinin birinci (xüsusi mülkiyyətdə və icarədə olan torpaq sahələrinin dövlət və ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsi hissəsində) və üçüncü (xüsusi mülkiyyətdə və icarədə olan torpaq sahələrinin dövlət və ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsi hissəsində) abzaslarında və 2-ci bəndində” sözləri əlavə edilmişdir , 98-ci maddəsinin 4-cü bəndinin birinci abzasında” sözləri çıxarılmışdır.

10 mart 2008-ci il tarixli 725 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 174) ilə 2-ci bəndinin ikinci abzasında (hər iki halda) və 3-cü bəndinin on birinci abzasında "və ictimai ehtiyaclar" sözləri "ehtiyacları" sözü ilə əvəz edilmişdir.

6 avqust 2008-ci il tarixli 807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 714) ilə 2-ci bəndinin ikinci abzasında “9-cu maddəsinin üçüncü bəndində,” sözlərindən sonra “12-ci maddəsinin 5-ci bəndində,” sözləri əlavə edilmişdir.

1 noyabr 2012-ci il tarixli 720 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1080) ilə 2-ci hissənin ikinci bəndindən “, 71-ci maddəsinin 1-ci bəndinin birinci (xüsusi mülkiyyətdə və icarədə olan torpaq sahələrinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi hissəsində) və üçüncü (xüsusi mülkiyyətdə və icarədə olan torpaq sahələrinin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi hissəsində) abzaslarında və 2-ci bəndində” sözləri çıxarılmışdır.

15 fevral 2016-cı il tarixli 775 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 239) ilə 2.1-ci bəndə “40-cı maddəsinin 2-ci bəndində,” sözlərindən sonra “47-ci maddəsinin 7-ci bəndinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.

19 mart 2019-cu il tarixli 596 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 mart 2019-cu il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 436) ilə 2.1-ci bəndə “95-ci maddəsinin” sözlərindən əvvəl “56-cı maddəsinin 10-cu bəndinin birinci cümləsində (xidmət haqqının məbləğinə münasibətdə),” sözləri əlavə edilmişdir.

 

[4] 19 mart 2019-cu il tarixli 596 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 mart 2019-cu il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 436) ilə yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.

 

22 may 2020-ci il tarixli 1034 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 559) ilə 2.1-1-ci bəndə “ikinci” sözündən sonra “(birinci halda)” sözləri əlavə edilmişdir.

 

[5] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 2-ci bəndin 3-cü abzasında "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

31 oktyabr 2014-cü il tarixli 332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1217) ilə 2-ci hissəsinin üçüncü abzasdan “45-ci maddəsinin 1-ci bəndində,” sözləri çıxarılmışdır.

15 dekabr 2014-cü il tarixli 398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2014-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1552) ilə 2.2-ci bəndə “38-ci maddəsində,” sözlərindən sonra “45-ci maddəsinin 1-ci bəndində,” sözləri əlavə edilmişdir.

 

15 fevral 2016-cı il tarixli 775 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 239) ilə 2.2-ci, 2.4-cü, 2.5-ci və 2.6-cı bəndlərdə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

29 dekabr 2017-ci il tarixli 1775 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2017-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2342) ilə 2.2-ci bəndində “45-ci maddəsinin 1-ci bəndində,” sözlərindən sonra “4-cü bəndinin birinci cümləsində (birinci halda),” sözləri əlavə edilmişdir.

 

[6] 29 dekabr 2017-ci il tarixli 1775 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2017-ci il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2342) ilə yeni məzmunda 2.2-1-ci, 2.2-2-ci və 2.2-3-cü bəndlər əlavə edilmişdir.

 

22 may 2020-ci il tarixli 1034 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 559) ilə 2.2-1-ci və 2.2-2-ci bəndlər yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.2-1. həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin birinci cümləsində (ikinci halda) “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində işləyən dövlət qulluqçuları nəzərdə tutulur;

2.2-2. həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin birinci cümləsində (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər;

 

[7] 22 may 2020-ci il tarixli 1034 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 559) ilə 2.2-3-cü bənd ləğv edilmişdir.

 

[8] 2 avqust 2006-cı il tarixli 434 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 660) ilə  2-ci bəndinin dördüncü abzasında “71-ci maddəsinin 1-ci bəndinin birinci və üçüncü abzaslarında və 2-ci bəndində” sözləri “71-ci maddəsinin 1-ci bəndinin birinci (əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin geri alınması hissəsində) və üçüncü (əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin geri alınması hissəsində) abzaslarında” sözləri ilə əvəz edilmişdir.

1 noyabr 2012-ci il tarixli 720 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1080) ilə 2-ci hissənin dördüncü bəndindən “, 70-ci maddəsinin 2-ci bəndində, 71-ci maddəsinin 1-ci bəndinin birinci (əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin geri alınması hissəsində) və üçüncü (əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin geri alınması hissəsində) abzaslarında, 72-ci maddəsinin 2-ci bəndində, 84-cü maddəsinin 5-ci bəndində,” sözləri çıxarılmışdır.

 

15 fevral 2016-cı il tarixli 775 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 239) ilə 2.3-cü bənddən “56-cı maddənin 5-ci bəndinin birinci abzasında və 7-ci bəndində,” sözləri çıxarılmışdır.

12 iyul 2017-ci il tarixli 1510 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul 2017-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1320) ilə 2.3-cü bəndinə “43-cü maddəsinin 4-cü və 5-ci bəndlərində,” sözlərindən sonra “46-cı maddəsinin 2-1-ci hissəsinin yeddinci cümləsində,” sözləri əlavə edilmişdir.

 

[9] 15 fevral 2016-cı il tarixli 775 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 239) ilə yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.

16 may 2019-cu il tarixli 691 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 843) ilə 2.3-1-ci bəndə “və rayon” sözlərindən əvvəl “, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair)” sözləri əlavə edilmişdir.

 

[10] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 2-ci bəndin axırıncı abzasında "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin beşinci abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[11] 12 aprel 2004-cü il tarixli 51 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 231) ilə 2-ci bəndə altıncı abzas əlavə edilmişdir.

31 oktyabr 2014-cü il tarixli 332 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 02 noyabr 2014-cü il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1217) ilə 2-ci hissəsinin altıncı abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

15 dekabr 2014-cü il tarixli 398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2014-cü il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1552) ilə 2.5-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.5. həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunan və oluna bilən az yararlı və yararsız torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və başqa kateqoriyadan olan torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər;

 

[12] 22 iyul 2009-cu il tarixli 139 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 iyul 2009-cu il, № 164, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 542) ilə 2-ci bəndinə yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.

 

[13] 19 mart 2019-cu il tarixli 596 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 mart 2019-cu il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 436) ilə 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 2.7–2.9-cu bəndlər əlavə edilmişdir.

 

22 may 2020-ci il tarixli 1034 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 may 2020-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №5, maddə 559) ilə 2.7-ci, 2.8-ci və 2.9-cu bəndlər yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

2.7. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçiləri nəzərdə tutulur;

2.8. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər;

2.9. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinə münasibətdə) həyata keçirirlər.

 

[14] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 4-cü bənddə "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

 

15 fevral 2016-cı il tarixli 775 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 239) ilə 4-cü hissədə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status