×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
06.03.2018
QEYDİYYAT NÖMRƏSİ
1034-VQD
ADI
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 12-05-2018, Nəşr nömrəsi: 106), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2018, Nəşr nömrəsi: 31, Maddə nömrəsi: 837)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.05.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
140.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201803061034
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.05.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 2 (II kitab), maddə 215, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 2, maddə 154, № 5, maddə 755, № 6, maddə 1043) 13-cü maddəsinə, 20.4-cü maddəsinin ikinci cümləsinə, 24.1-ci maddəsinə, 24.2-ci maddəsinin birinci cümləsinə, 35.1-ci maddəsinin birinci və üçüncü cümlələrinə, 35.3-cü, 40-cı maddəsinin ikinci cümləsinə, 41-ci maddəsinə, 42.1-ci maddəsinin birinci cümləsinə, 43.1-ci maddəsinin birinci cümləsinə, 43.2-ci maddəsinin birinci cümləsinə, 43.3-cü, 44.3-cü maddələrinə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri, 49.2.11-ci maddəsinə və 66.3-cü maddəsinin ikinci cümləsinə “orqanına” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda isə həmçinin onun yaratdığı quruma)” sözləri, 34.2-ci maddəsinə, 34.4-cü maddəsinin birinci cümləsinə, 38-ci, 44.1-ci, 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.1-ci, 48.3.3-cü maddələrinə, 48.3.5-ci maddəsinin ikinci cümləsinə, 75.1-ci maddəsinin birinci cümləsinə, 75.1-1-ci maddəsinin birinci cümləsinə, 75.2-ci maddəsinin birinci cümləsinə, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrinə, 75.4-cü maddəsinin birinci cümləsinə (birinci halda) və üçüncü cümləsinə, 75.4-1-ci maddəsinə, 75.5-ci maddəsinə, 75.6-cı maddəsinin birinci cümləsinə, 75.9-cu maddəsinin birinci cümləsinə, 75.10-cu maddəsinin birinci cümləsinə, 76.1-ci, 76.2-ci maddələrinə, 80.4-cü maddəsinin birinci və ikinci cümlələrinə, 82.1-ci (birinci halda), 82.2-ci (birinci halda) maddələrinə, 84.1-ci maddəsinin birinci cümləsinə (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsinə, 86.1.1-ci maddəsinə, 86.3-cü maddəsinin birinci cümləsinə, 89.2-ci maddəsinə, 90.1-ci maddəsinin ikinci cümləsinə, 90.3-cü, 94.3-cü, 101.2-ci (birinci halda) maddələrinə, 102.2-ci maddəsinin birinci cümləsinə (birinci halda), 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrinə, 102.4-cü (birinci halda), 102.5-ci (birinci halda) maddələrinə, 102.6-cı maddəsinin birinci cümləsinə, 102.7-ci maddəsinin birinci cümləsinə (birinci halda) və 103.2-ci maddəsinin birinci cümləsinə (birinci halda) ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2018-ci il

                № 1034-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status