Azərbaycan Respublikasının Biləsuvar, Zərdab, İsmayıllı, Yardımlı, Goranboy, Tovuz və Cəlilabad rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan RESPUBLİKASININ Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Biləsuvar, Zərdab, İsmayıllı, Yardımlı, Goranboy, Tovuz və Cəlilabad rayonlarının inzibati-ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Biləsuvar rayonu üzrə
Zəhmətabad kənd inzibati-ərazi vahidinin tərkibindəki Muğan qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.
Faktiki mövcud olan Yuxarı Ağalı kəndi dəqiqləşdirmə qaydasında Ağalıkənd kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.
Faktiki mövcud olan Arazbarı kəndi dəqiqləşdirmə qaydasında Səmədabad kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.
Faktiki mövcud olan Muğan kəndi dəqiqləşdirmə qaydasında Aşağı Cürəli kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.
Zərdab rayonu üzrə
Şahhüseynli kənd inzibati-ərazi vahidinin tərkibindəki Seyidlər kəndi Aşağı Seyidlər kəndi adlandırılsın.
İsmayıllı rayonu üzrə
Lahıc qəsəbə inzibati-ərazi vahidinin tərkibindəki Qərçə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.
Həftəsov kənd inzibati-ərazi vahidinin tərkibindəki Gendərə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.
Yardımlı rayonu üzrə
Astanlı kənd inzibati-ərazi vahidinin tərkibindəki yaşayış məntəqəsi Musa kəndi adlandırılsın və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.
Goranboy rayonu üzrə
Cinli Boluslu kənd inzibati-ərazi vahidinin tərkibindəki Leninkənd kəndi Nərimanlı kəndi adlandırılsın.
Hazırəhmədli kənd inzibati-ərazi vahidinin tərkibindəki Leninabad kəndi Bəşirli kəndi adlandırılsın.
Tovuz rayonu üzrə
Faktiki mövcud olan Qarağatlı kəndi dəqiqləşdirmə qaydasında Göyəbaxan kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.
Faktiki mövcud olan Abilbəyli kəndi dəqiqləşdirmə qaydasında Bozalqanlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.
Faktiki mövcud olan Qaraxanlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.
Faktiki mövcud olan Qədirli kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.
Faktiki mövcud olan Cilovdarlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilsin.
Cəlilabad rayonu üzrə
Gülməmmədli kənd inzibati-ərazi vahidinin tərkibindəki Bozayran kəndi Şükürlü kəndi adlandırılsın.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 6 may 1997-ci il
№ 293-IQ