×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.04.2018
QEYDİYYAT NÖMRƏSİ
191
ADI
“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 02-05-2018, Nəşr Nömrəsi: 98), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2018, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 836)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.05.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201804300191
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.05.2018
“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarında dəyişikliklər edilməsi

“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 mart tarixli 1296 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1891) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə ləğv edilsin.

2. Həmin qərarla təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası” üzrə:

2.1. 3.3.1-ci yarımbənddən “(və ya əsasnaməsinin)” sözləri çıxarılsın;

2.2. 3.7-ci bəndin birinci cümləsinə “provayder” sözündən sonra “7 (yeddi) iş günü müddətində” sözləri əlavə edilsin;

2.3. 3.8.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.8.3. göstərilən xidmətlərin texniki-təşkilati imkanları bu Qaydanın 3.3.2-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (ərizədə göstərilən xidmətlərin texniki-təşkilati imkanlarına Nazirlik tərəfindən aidiyyəti qurumların iştirakı ilə baxış keçirilir).”;

2.4. 3.10-cu bənddən “(və ya)” sözləri çıxarılsın;

2.5. 3.14-cü bənddə “dəyişiklik olduğu vaxtdan” sözləri “dəyişikliyin olması barədə müraciətə baxıldıqdan sonra” sözləri ilə əvəz edilsin;

2.6. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Uçota alınması üçün təqdim edilmiş məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, operatorlar və provayderlər və ya onların səlahiyyətli nümayəndələri dəyişiklik baş verdiyi gündən 10 (on) gün müddətində “Elektron hökumət” portalı vasitəsilə təsdiqedici sənədləri müraciətlərinə əlavə etməklə Nazirliyə məlumat verirlər.”;

2.7. 4.2-ci bəndə “müddətində” sözündən sonra “Elektron hökumət” portalı vasitəsilə” sözləri əlavə edilsin;

2.8. 4.3.1-ci yarımbəndə “tərəfindən” sözündən sonra “xidmət göstərilməsinin dayandırıldığı barədə” sözləri əlavə edilsin;

2.9. 4.3-cü bənd 4.4-cü bənd hesab edilsin və aşağıdakı məzmunda 4.3-cü bənd əlavə edilsin:

“4.3. Operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciət zamanı verilən məlumatların qəbul edilməsi barədə müraciət edən şəxsə elektron təsdiqetmə bildirişi göndərilir. Həmin müraciətə Nazirlik tərəfindən 3 (üç) iş günü müddətində baxılır və uçot məlumatlarında bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş qaydada dəyişiklik edilir.”;

2.10. 5.1.1-ci yarımbənddən “internet telekommunikasiya xidmətləri bazarını təhlil edir,” sözləri çıxarılsın;

2.11. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu Qaydanın 3.3.1-ci, 4.3.3-cü və 4.3.5-ci yarımbəndləri ilə əlaqədar operatorlar və provayderlər barədə məlumatların “Elektron hökumət” portalı vasitəsilə Nazirlik tərəfindən əldə edilməsi üçün şərait yaradır.”;

2.12. 6-cı hissə ləğv edilsin;

2.13. 7.1-ci bənddən “7.1.” rəqəmləri çıxarılsın.

3. Qaydaya 1 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə” üzrə:

3.1. “- _______ vərəq, ______ nüsxə”, “(imza)” və “M.Y.” sözləri çıxarılsın;

3.2. “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:

“Qeyd. Ərizə ərizəçinin nümayəndəsi tərəfindən doldurulduğu təqdirdə, ərizəyə müvafiq səlahiyyəti təsdiq edən sənədin surəti əlavə olunur.”.

4. Qaydaya 2 nömrəli əlavə - “Uçota alınma üçün Ərizə” üzrə:

4.1. “- _______ vərəq, ______ nüsxə” və “(imza)” sözləri çıxarılsın;

4.2. “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:

“Qeyd. Ərizə ərizəçinin nümayəndəsi tərəfindən doldurulduğu təqdirdə, ərizəyə müvafiq səlahiyyəti təsdiq edən sənədin surəti əlavə olunur.”.

5. Qaydaya 3 nömrəli əlavə - “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu haqqında Bildiriş” üzrə:

5.1. “(imza)”, “M.Y.” və “___” _________ 20__ il” sözləri çıxarılsın;

5.2. “alınmışdır.” sözündən sonra “Bu sənəd gücləndirilmiş elektron imza ilə təsdiqlənmişdir.” cümləsi əlavə edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 30 aprel 2018-ci il

   № 191

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status