Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət orqanlarında (Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 275 manat, yardımçı vəzifələr üçün 200 manat müəyyən edilsin.
[1]
2. Dövlət qulluqçularının aylıq vəzifə maaşları bu Sərəncam ilə təsdiq edilmiş 1 nömrəli, 2 nömrəli və 3 nömrəli Əlavələrə* uyğun müəyyən edilsin.
[2]
3. “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 645, № 8, maddələr 723, 731; 2009, № 6, maddələr 419, 421, № 12, maddə 1029; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2013, № 12, maddə 1556; 2014, № 11, maddə 1414; 2016, № 5, maddə 907, № 6, maddə 1172; 2017, № 1, maddə 82, № 5, maddə 858, № 8, maddə 1546) 1-3-cü hissələri ləğv edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Bu Sərəncam 2018-ci il martın 1-dən tətbiq edilir.
[3]
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2018-ci il
№ 3787
______________________
* Əlavələr dərc edilmir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13 iyul 2018-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, II kitab, maddə 1574)
2.
9 mart 2019-cu il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 10 mart 2019-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 462)
3.
27 noyabr 2018-ci il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2287)
4.
12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027)
5.
3 iyun 2019-cu il tarixli 1217 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1055)
6.
18 iyun 2019-cu il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1104)
7.
1 iyul 2019-cu il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №7, maddə 1251)
8.
28 avqust 2019-cu il tarixli 1399 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1439)
9.
1 mart 2022-cü il tarixli 1611 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 iyul 2018-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, II kitab, maddə 1574) ilə 2 nömrəli Əlavə - “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşı”nın 1.1.3-cü yarımbəndinə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı rəhbərinin müavini” sözlərindən sonra “, Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi” sözləri əlavə edilmişdir.
9 mart 2019-cu il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 10 mart 2019-cu il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 462) ilə 1-ci hissədə “
27 noyabr 2018-ci il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2287) ilə 2 nömrəli Əlavə - “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşı”nın 1.2.9-cu yarımbənddən “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru,” sözləri çıxarılmışdır ,1.3.24-cü yarımbənddən “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini,” sözləri çıxarılmışdır və 1.5.10-cu, 1.6.6-cı və 2.3.1-ci yarımbəndlərdən “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun,” sözləri çıxarılmışdır.
[2]
13 iyul 2018-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, II kitab, maddə 1574) ilə 2 nömrəli Əlavə - “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşı”nın 1.1.3-cü yarımbəndinə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı rəhbərinin müavini” sözlərindən sonra “, Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi” sözləri əlavə edilmişdir.
9 mart 2019-cu il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 10 mart 2019-cu il, № 56) ilə 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində “
12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027) ilə 7.1. 1.2.9-cu yarımbənddən “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru,” sözləri çıxarılmışdır, 1.3.24-cü yarımbənddən “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini,” sözləri çıxarılmışdır, 1.5.10-cu, 1.6.6-cı və 2.3.1-ci yarımbəndlərdən “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun,” sözləri çıxarılmışdır.
3 iyun 2019-cu il tarixli 1217 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1055) ilə "Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşı”nın 1.4.6.4-cü yarımbəndinə “rəhbərin köməkçisi” sözlərindən əvvəl “Bakı Şəhər İcra Hakimiyyəti başçısının müşaviri.” sözləri əlavə edilmişdir.
18 iyun 2019-cu il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1104) ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir.
1 iyul 2019-cu il tarixli 1309 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №7, maddə 1251) ilə 1 nömrəli Əlavə - “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin dövlət qulluqçularının aylıq vəzifə maaşı”nın 1.4-cü bəndinə “köməkçisi - şöbə müdiri,” sözlərindən sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi,” sözləri əlavə edilmişdir.
[3]
1 mart 2022-cü il tarixli 1611 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 4-6-ci hissələri ləğv edilmişdir.