AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.06.2018
QEYDİYYAT NÖMRƏSİ
128
ADI
“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 12-06-2018, Nəşr Nömrəsi: 131), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2018, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1218)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.06.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.180
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201806110128
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.06.2018
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanını “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 384; 2003, № 10, maddə 582; 2007, № 2, maddə 87, № 6, maddə 601, № 8, maddə 769; 2008, № 8, maddə 719; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 290; 2012, № 10, maddə 953; 2013, № 11, maddə 1334; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 10, maddə 1209; 2016, № 8, maddə 1384; 2017, №7, maddə 1373; 2018, № 3, maddə 409) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Yeddinci abzasdan “, alternativ və bərpa olunan enerji sahəsinə münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

2. Səkkizinci abzasdan “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,” sözləri çıxarılsın.

3. On birinci abzas aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini üçüncü abzasda qeyd edilən elektrik və istilik enerjisinin müəyyən ərazi hüdudlarında nəqlinə və paylanılmasına hüquq verən müqavilələrin (o cümlədən, alternativ və bərpa olunan enerji ilə əlaqədar müqavilələrin) bağlanmasına münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir; elektrik və istilik enerjisi qiymətlərinin (tariflərinin) tənzimlənməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi birgə razılaşdırırlar, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası isə həyata keçirir;”.

4. On ikinci abzasdan “, alternativ və bərpa olunan enerji sahəsi ilə bağlı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 iyun 2018-ci il

                 № 128

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status