060.000.000
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006; 2018, № 2, maddə 181) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adından və 1 - 3-cü hissələrdən “Prezidenti yanında” sözləri çıxarılsın;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” üzrə:
1.2.1. adından və 1.1-ci bənddən (hər iki halda) “Prezidenti yanında” sözləri çıxarılsın;
1.2.2. 2.3-cü bənddə “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil inşaatı Dövlət Agentliyinin (bundan sonra - Agentlik)” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. “1. Qısa xülasə” hissəsinin birinci abzasının ikinci cümləsindən “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə” və “Prezidenti yanında” sözləri çıxarılsın;
2.2. “5. Hədəf indikatorları” hissəsinin altıncı abzasında, “7. Strateji hədəflər” hissəsinin 7.1.1-ci yarımbəndinin “Tədbir 1.1.3. Mənzil İnşaatı Dövlət Agentliyi üçün büdcənin hazırlanması, təsdiqlənməsi və dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi üzrə tədbirlərin həyata keçirilməsi” yarımbəndinin dördüncü və yeddinci abzaslarında və “10. Tədbirlər planı” hissəsinin 1.1-ci bəndinin “Nəticə indikatorları” sütununda “Əsasnaməsində” sözü “Nizamnaməsində” sözü ilə əvəz edilsin;
2.3. “7. Strateji hədəflər” hissəsinin 7.1-ci bəndinin üçüncü abzasının ikinci cümləsindən “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanına əsasən,” və “Prezidenti yanında” sözləri çıxarılsın.
3. “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 822) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4-cü hissədən “Prezidenti yanında” sözləri çıxarılsın;
3.2. həmin Fərmanla təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin 1.1-ci (hər iki halda), 1.2-ci bəndlərindən, 1.6-cı bəndinin birinci cümləsindən, 4.4-cü bəndinin ikinci cümləsindən, 6.1.7-ci və 7.2.8-ci yarımbəndlərindən “Prezidenti yanında” sözləri çıxarılsın.
4. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2324) 1.13.2.4-cü yarımbəndindən “Prezidenti yanında” sözləri çıxarılsın.
5. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 183) 5.3-cü bəndindən “Prezidenti yanında” sözləri çıxarılsın.
6. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 963 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1059) 2-ci hissəsindən “Prezidenti yanında” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1832) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 2.3-cü bəndinin “İcraçılar” sütunundan “Prezidenti yanında” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2018-ci il
№ 106