×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Energetika Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
31.05.2018
QEYDİYYAT NÖMRƏSİ
03
ADI
“Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin 2014-cü il 26 may tarixli 3 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.06.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.180
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201805310003
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.06.2018
“Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin 2014-cü il 26 may tarixli 3 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ENERGETİKA NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

31.05.2018

Qeydiyyat nömrəsi

03

Adı

“Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Energetika Nazirliyinin 2014-cü il 26 may tarixli 3 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.06.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

120.120.180

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201805310003

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.06.2018

 

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.10.6-cı yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 9.1-ci və 9.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. “Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2014-cü il 26 may tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissə ləğv edilsin;

1.2. aşağıdakı məzmunda 7-1-ci və 7-2-ci hissələr əlavə edilsin:

“7-1. “Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (8 nömrəli əlavə).

7-2. “Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (9 nömrəli əlavə).”.

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

energetika naziri

 

 

Pərviz Şahbazov

 

 


 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 31 may 2018-ci il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

8 nömrəli əlavə

 

 

“Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə elektron formada məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 3 nömrəli əlavənin 58-ci və 65-ci maddələri;

- “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi;

- “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 3-cü hissəsi və 10-cu maddəsi;

- “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının 3-cü hissəsi;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, “Elektron xidmət növlərinin Siyahısı”nın 8.4-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Energetika Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7. Elektron xidmətin icra müddəti: 7 iş günü.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazə verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. E-xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

2.4.1. http://www.minenergy.gov.az;

2.4.2. http://e-xidmet.minenergy.gov.az;

2.4.3. http://e-gov.az;

2.4.4. http://dxr.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. http://www.minenergy.gov.az;

2.5.2. http://e-xidmet.minenergy.gov.az;

2.5.3. http://dxr.az;

2.5.4. e-xidmet@minenergy.gov.az;

2.5.5. əlaqə nömrəsi: (012) 598-16-53/54/55.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- elektron imza ilə təsdiq olunmuş ərizə (1 nömrəli əlavə);

Aşağıdakı sənədlərin skan edilmiş surətləri müraciətə əlavə edilir:

- hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

- ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa);

- müvafiq fəaliyyətin həyata keçiriləcəyi ərazidə ətraf mühitə təsirin səviyyəsini və onun səbəblərini müəyyən edən müstəqil ekspertlər tərəfindən keçirilən ekspertiza rəyi.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən elektron ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir və ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Elektron formada göndərilən sorğu Energetika Nazirliyində qəbul edilir və bu barədə ərizəçinin elektron poçtuna bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda və ərizəçi icazə verilməsi şərtlərini yerinə yetirmədikdə icazə verilməsindən imtina edilir. 7 iş günü müddətində icazənin verilməsindən imtina haqqında inzibati akt (bundan sonra – akt) icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İmzalanmış və möhürlənmiş aktın skan edilmiş (pdf, doc, docx, jpeg formatlarda) surəti həmin aktın qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçinin elektron ünvanına göndərilir. Eyni zamanda aktın əsli kağız daşıyıcıda ərizəçiyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.2.2. İmtina üçün əsaslar olmadıqda icazə hazırlanaraq reyestri aparılır və bu barədə istifadəçiyə elektron bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat haqqında məlumat: Ərizəçinin sorğusu www.minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə, www.e-gov.az elektron hökumət portalına və ya www.dxr.az portalına (“Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalı”na) daxil olaraq burada “xidmətlər”ə keçid edib qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və /və ya maksimal yerinə yetirilmə müddəti: İqtisadiyyat şöbəsində sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, bu barədə 5 iş günündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir. Ərizəçi tərəfindən həmin çatışmazlıqlar məlumat alındığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra bütün sənədlərə 7 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İcazənin verilməsindən imtina edilmədikdə, imzalanmış və möhürlənmiş icazənin skan edilmiş (pdf, doc, docx, jpeg formatlarda) surəti ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq ərizəçinin elektron ünvanına göndərilir. Eyni zamanda icazənin əsli kağız daşıyıcıda ərizəçiyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: elektron kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarəti Energetika Nazirliyi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün inzibati reqlamentin 2.5-ci bəndində göstərilən əlaqə vasitələrindən istifadə oluna bilər.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçilər elektron xidmətin göstərilməsi ilə bağlı və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 

 


 

 

“Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamentə 1 nömrəli əlavə

 

 

 

 

 

Azərbaycan Respublikasının

energetika naziri

cənab P.Şahbazova

 

 

 

 

Ərizə

 

 

______________________________________________________________________ xahiş edir ki,

(ərizəçinin (hüquqi şəxsin) adı, hüquqi ünvanı)

 

“Energetika haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq

 

 

(məhsulun adı)

 

 

(əməliyyatın növü (istehsal, emal))

 

icazə verəsiniz.

 

 

 

Rəhbərin (vəzifəli şəxsin):

S.A.A.: ___________________________________________________________________________

Vəzifəsi: _________________________________________________________________________

Tarix: ____________________________________________________________________________

İmza: ____________________________________________________________________________

                                                            M.Y.      

 

 


 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 31 may 2018-ci il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

9 nömrəli əlavə

 

 

“Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1.         Elektron xidmətin adı: Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2.         Elektron xidmətin məzmunu: Bu xidmət sənaye qaz qurğusunun istismarına icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə elektron formada məlumat verilməsindən ibarətdir.

1.3.         Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavənin 62-ci maddəsi;

- “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2-ci fəsli;

- Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;

- Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 3.1.4-cü yarımbəndi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, “Elektron xidmət növlərinin Siyahısı”nın 8.7-ci bəndi.

1.4.         Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi publik hüquqi şəxsi (bundan sonra – Agentlik).

1.5.         Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.         Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7.         Elektron xidmətin icra müddəti: 7 iş günü.

1.8.         Elektron xidmətin göstərilməsinin nəticəsi: Sənaye qaz qurğularının istismarına icazə verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1.         Elektron xidmətin növü: İnteraktiv.

2.2.         E-xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3.         Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər və hüquqi şəxslər.

2.4.         Elektron xidmətin təqdim olunma yeri:

2.4.1.      http://www.minenergy.gov.az;

2.4.2.      http://e-xidmet.minenergy.gov.az;

2.4.3.      http://e-gov.az;

2.4.4.      http://dxr.az.

2.5.         Elektron xidmət barədə məlumatlandırma:

2.5.1.      http://www.minenergy.gov.az;

2.5.2.      http://e-xidmet.minenergy.gov.az;

2.5.3.      http://dxr.az;

2.5.4.      e-xidmet@minenergy.gov.az;

2.5.5. əlaqə nömrəsi: (012) 598-16-53/54/55.

2.6.         Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

-  elektron imza ilə təsdiq olunmuş ərizə (1 və 2 nömrəli əlavələr);

 

Aşağıdakı sənədlərin skan edilmiş surətləri müraciətə əlavə edilir:

- ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

- ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

- ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa);

- Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin qurğunun yoxlanılmasını və sınaqdan keçirilməsini təsdiq edən müvafiq sənədlər və hesabat;

- qaz paylayıcısı tərəfindən verilmiş texniki şərt;

- qaz təchizatı layihəsi;

- tikinti-quraşdırma işlərini aparmış ixtisaslaşdırılmış müəssisə və ya qaz paylayıcısı ilə sifarişçi arasında təhvil-təslim aktı;

- buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən elektron ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir və ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Elektron formada göndərilən sorğu Energetika Nazirliyində qəbul edilir və bu barədə ərizəçinin elektron poçtuna bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda və ərizəçi icazə verilməsi şərtlərini yerinə yetirmədikdə icazə verilməsindən imtina edilir. 7 iş günü müddətində icazənin verilməsindən imtina haqqında inzibati akt (bundan sonra – akt) icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İmzalanmış və möhürlənmiş aktın skan edilmiş (pdf, doc, docx, jpeg formatlarda) surəti həmin aktın qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçinin elektron ünvanına göndərilir. Eyni zamanda aktın əsli kağız daşıyıcıda ərizəçiyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.2.2. İmtina üçün əsaslar olmadıqda icazə hazırlanaraq reyestri aparılır və bu barədə istifadəçiyə elektron bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat haqqında məlumat: Ərizəçinin sorğusu www.minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə, www.e-gov.az elektron hökumət portalına və ya www.dxr.az portalına (“Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalı”na) daxil olaraq burada “xidmətlər”ə keçid edib qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və /və ya maksimal yerinə yetirilmə müddəti: Agentlikdə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə 5 iş günündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir. Ərizəçi tərəfindən həmin çatışmazlıqlar məlumat alındığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra bütün sənədlərə 7 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İcazənin verilməsindən imtina edilmədikdə, imzalanmış və möhürlənmiş icazənin skan edilmiş (pdf, doc, docx, jpeg formatlarda) surəti ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq ərizəçinin elektron ünvanına göndərilir. Eyni zamanda icazənin əsli kağız daşıyıcıda ərizəçiyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: elektron kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarəti Energetika Nazirliyi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün inzibati reqlamentin 2.5-ci bəndində göstərilən əlaqə vasitələrindən istifadə oluna bilər.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçilər elektron xidmətin göstərilməsi ilə bağlı və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 

 


 

 

“Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamentə 1 nömrəli əlavə

 

Fiziki şəxslər üçün

 

 

 

 

 

Azərbaycan Respublikasının

energetika naziri

cənab P.Şahbazova

 

 

 

 

Ərizə

 

 

______________________________________________________________________ xahiş edir ki,

(ərizəçinin adı, atasının adı, soyadı)

 

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq

 

 

(sənaye qaz qurğusunun (qaz qurğularının) adı və markası)

 

istismarına icazə verəsiniz.

 

 

 

Əlaqə telefonları:

 

Elektron ünvan:

 

 

 

________________ (imza)                                                               « ____ » _____________ 20 ____

 

 


 

 

“Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamentə 2 nömrəli əlavə

 

Hüquqi şəxslər üçün

 

 

 

 

 

Azərbaycan Respublikasının

energetika naziri

cənab P.Şahbazova

 

 

 

 

Ərizə

 

 

______________________________________________________________________ xahiş edir ki,

(ərizəçinin (hüquqi şəxsin) adı, hüquqi ünvanı)

 

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq

 

 

(sənaye qaz qurğusunun (qaz qurğularının) adı və markası)

 

istismarına icazə verəsiniz.

 

 

 

Rəhbərin (vəzifəli şəxsin):

S.A.A.: ___________________________________________________________________________

Vəzifəsi: _________________________________________________________________________

Tarix: ____________________________________________________________________________

İmza: ____________________________________________________________________________

                                                            M.Y.      

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status