AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
04.05.2018
QEYDİYYAT NÖMRƏSİ
1133-VQD
ADI
“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-06-2018, Nəşr nömrəsi: 137), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2018, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1172)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.06.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201805041133
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.06.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 406; 2009, № 12, maddə 971; 2011, № 6, maddə 462; 2013, № 5, maddə 484) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.2-ci maddə ləğv edilsin.

2. 6.3-cü maddənin birinci və ikinci cümlələrinə, 9.2-ci maddəyə “orqanının” sözündən sonra “yaratdığı qurumun” sözləri əlavə edilsin.

3. 9.2-ci maddədə “orqanı” sözü “orqanının yaratdığı qurum” sözləri ilə, “müəllif hüququ sahəsində dövlət siyasətinin” sözləri “əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətinin həyata keçirilməsinin” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 may 2018-ci il

                № 1133-VQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status