×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.06.2018
QEYDİYYAT NÖMRƏSİ
264
ADI
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15-06-2018, Nəşr Nömrəsi: 134), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2018, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1363)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.06.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201806130264
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.06.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1007-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 aprel tarixli 1915 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 884; 2017, № 12 (II kitab), maddə 2529) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın 5.1-ci bəndinin birinci cümləsində “dövlət rüsumunun” sözləri “akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının” sözləri ilə və ikinci cümləsində “Dövlət rüsumunun” sözləri “Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının” sözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının nümunəsi və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nişanının forması” üzrə:

2.1. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri ilə əvəz edilsin;

2.2. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nişanının forması” hissəsi aşağıdakı redaksiyada verilsin:

 

standartın işarəsi

attestatın qeydiyyat nömrəsi

 

3. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması Qaydası”nın 1.5-ci bəndində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri ilə əvəz edilsin.

4. Həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Akkreditasiya orqanının Apellyasiya Şurasının Əsasnaməsi”nın 1.2-ci bəndində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri ilə, 3.1-ci bəndində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri  “Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

5. Həmin qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydası” üzrə:

5.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qaydanın 2 nömrəli əlavəsində (hər iki halda) “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Akkreditasiya Mərkəzi” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov

 

Bakı şəhəri, 13 iyun 2018-ci il

                     № 264

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status