“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. beş ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun 4.0.5-ci maddəsinə uyğun olaraq, peşə təhsili müəssisələrinə qəbul qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. həmin Qanunun 5.1-ci maddəsinə uyğun olaraq, peşə təhsilinin dövlət standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 5.5-ci maddəsinə uyğun olaraq, cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsini və həmin sahədə tətbiq edilən dövlət peşə təhsili standartlarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. həmin Qanunun 9.11-ci maddəsinə uyğun olaraq, peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 11.4-cü maddəsinə uyğun olaraq, iş yerində təcrübə müqaviləsinin nümunəvi formasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.8. həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq, peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 16.10-cu maddəsinə uyğun olaraq, peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığı müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 20.1-ci maddəsinə uyğun olaraq, dövlət peşə təhsili müəssisələrində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.12. həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.13. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun 8.1-ci, 10.21-ci və 24.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.3-cü (peşə təhsilinə dair normativ hüquqi aktlar təsdiq etmək vəzifəsi istisna olmaqla), 4.0.5-ci (peşə təhsili müəssisələrinə qəbul qaydasını təsdiq etmək vəzifəsi istisna olmaqla), 4.0.10-cu, 4.0.12-ci, 4.0.13-cü, 4.0.16-cı, 4.0.17-ci, 4.0.19-cu (peşə təhsili müəssisəsinin akkreditasiyası qaydasını müəyyən etmək və akkreditasiyanı həyata keçirmək vəzifəsi istisna olmaqla), 4.0.20-ci, 4.0.22-ci, 4.0.23-cü, 4.0.25-ci və 4.0.30-cu maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin 2-ci strateji hədəfinə uyğun olaraq, peşə təhsilinin inkişafı fondunun təsis edilməsinə, fəaliyyətinə və peşə təhsili müəssisələrinin əldə etdiyi büdcədənkənar vəsaitdən ayırmalar da daxil olmaqla, maliyyələşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
[1]
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 10.11-ci, 10.21-ci, 16.2-ci maddələrində, 12.3-1-ci maddəsinin ikinci cümləsində və 24.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.1-ci (peşə təhsili sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə), 4.0.2-ci, 4.0.3-cü (peşə təhsilinə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə) və 4.0.6-cı (peşə təhsilinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini müəyyən etmək üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[2]
2.1-1. həmin Qanunun 10.11-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
[3]
2.2. həmin Qanunun 5.1-ci, 5.5-ci, 9.11-ci, 10.10-cu, 11.4-cü, 14.2-ci, 15.1-ci, 15.3-cü, 16.10-cu, 20.1-ci, 20.5-ci, 21.5-ci, 22.2-ci, 23.1-ci, 23.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.1-ci (peşə təhsili sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.3-cü (peşə təhsilinə dair normativ hüquqi aktlar, o cümlədən dövlət təhsil standartları və kvalifikasiyalara uyğun təhsil proqramları (kurikulumlar) təsdiq etmək üzrə), 4.0.5-ci (peşə təhsili müəssisələrinə qəbul qaydasını təsdiq etmək, dövlət sifarişini və ödənişli əsaslarla təhsil haqqının məbləğini müəyyən etmək üzrə), 4.0.6-cı (peşə təhsilinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin maliyyə mexanizmlərini və normativlərini müəyyən etmək üzrə), 4.0.9-cu (dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək üzrə), 4.0.19-cu (peşə təhsili müəssisəsinin akkreditasiyası və təhsilverənlərinin attestasiyası (sertifikatlaşdırılması) qaydasını müəyyən etmək üzrə), 4.0.21-ci (peşə təhsili müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək üzrə), 4.0.24-cü (peşə təhsili müəssisələrinə olan tələbatı müəyyənləşdirmək, peşə təhsili müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlamaq üzrə), 4.0.25-ci və 4.0.30-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
[4]
2.3. həmin Qanunun 8.1-ci, 10.17-ci, 16.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.3-cü (peşə təhsilinə dair normativ hüquqi aktlar təsdiq etmək, dövlət təhsil standartlarının və kvalifikasiyalara uyğun təhsil proqramlarının (kurikulumların) icrasına nəzarət etmək üzrə), 4.0.4-cü, 4.0.8-ci, 4.0.9-cu (bələdiyyə və özəl peşə təhsili müəssisələrinin nizamnamələrinə rəy vermək üzrə), 4.0.11-ci, 4.0.13-cü, 4.0.14-cü, 4.0.15-ci, 4.0.19-cu (peşə təhsili müəssisəsinin akkreditasiyasını və təhsilverənlərinin attestasiyasını (sertifikatlaşdırılmasını) həyata keçirmək üzrə), 4.0.20-ci, 4.0.22-ci (məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslərə münasibətdə), 4.0.24-cü (peşə təhsili müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək üzrə), 4.0.26-cı, 4.0.27-ci və 4.0.29-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
[5]
2.3-1. həmin Qanunun 12.3-1-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;
[6]
2.4. həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini və həmin Qanunun 4.0.7-ci, 4.0.10-cu və 4.0.16-cı maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinə münasibətdə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
[7]
2.5. həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.7-ci, 4.0.10-cu, 4.0.14-cü, 4.0.16-cı, 4.0.26-cı, 4.0.27-ci və 4.0.29-cu maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində dövlət peşə təhsili müəssisələri olan icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər hüquqi şəxslər tabeliyindəki peşə təhsili müəssisələrinə münasibətdə həyata keçirirlər;
[8]
2.6. həmin Qanunun 4.0.6-cı maddəsində nəzərdə tutulmuş peşə təhsilinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin icrasına nəzarəti təmin etmək üzrə vəzifəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
2.7. həmin Qanunun 4.0.18-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
2.8. həmin Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və 4.0.21-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
[9]
2.9. həmin Qanunun 4.0.12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;
[10]
2.10. həmin Qanunun 4.0.17-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirlər;
2.11. həmin Qanunun 4.0.22-ci maddəsində nəzərdə tutulmuş vəzifəni (məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərə münasibətdə) və 4.0.23-cü maddəsində nəzərdə tutulmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ixtisasına uyğun işlə təmin olunmasına yardım etmək vəzifəsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
2.12. həmin Qanunun 4.0.23-cü maddəsində nəzərdə tutulmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin peşə təhsili almaq hüququnu təmin etmək vəzifəsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2018-ci il
№ 140
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 may 2019-cu il tarixli 689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 841)
2.
24 iyul 2020-ci il tarixli 1113 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 iyul 2020-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 893)
3.
24 noyabr 2020-ci il tarixli 1191 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1360)
4.
25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362)
5.
12 iyun 2021-ci il tarixli 1358 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 573)
6.
24 may 2022-ci il tarixli 1690 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 458)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
24 iyul 2020-ci il tarixli 1113 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 iyul 2020-ci il, № 145, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 893) ilə 1.3-cü bənddə “və fəaliyyətinə” sözləri “, fəaliyyətinə və peşə təhsili müəssisələrinin əldə etdiyi büdcədənkənar vəsaitdən ayırmalar da daxil olmaqla, maliyyələşdirilməsinə” sözləri ilə əvəz edilmişdir.
[2]
16 may 2019-cu il tarixli 689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 841) ilə 2.1-ci bənddə “10.11-ci maddəsində” sözləri “10.11-ci, 10.21-ci və 24.3-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.
24 noyabr 2020-ci il tarixli 1191 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1360) ilə 2.1-ci bəndə “10.21-ci” sözlərindən sonra “, 16.2-ci” sözləri əlavə edilmişdir.
25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362) ilə 2.1-ci bənddə “və 24.3-cü maddələrində” sözləri “maddələrində, 12.3-1-ci maddəsinin ikinci cümləsində və 24.3-cü maddəsində” sözləri ilə əvəz edilmişdir.
[3]
24 may 2022-ci il tarixli 1690 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 may 2022-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 458) ilə yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.
[4]
16 may 2019-cu il tarixli 689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 841) ilə 2.2-ci bənddə “normativ hüquqi aktlar” sözlərindən sonra “, o cümlədən dövlət təhsil standartları və kvalifikasiyalara uyğun təhsil proqramları (kurikulumlar)” sözləri, “qəbul qaydasını təsdiq etmək” sözlərindən sonra “, dövlət sifarişini və ödənişli əsaslarla təhsil haqqının məbləğini müəyyən etmək” sözləri, “akkreditasiyası” sözündən sonra “və təhsilverənlərinin attestasiyası (sertifikatlaşdırılması)” sözləri əlavə edilmişdir və “və 4.0.24-cü” sözləri “, 4.0.24-cü” sözləri ilə əvəz edilmişdir və “(peşə təhsili müəssisələrinə olan tələbatı müəyyənləşdirmək, peşə təhsili müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlamaq üzrə)” sözlərindən sonra “, 4.0.25-ci və 4.0.30-cu” sözləri əlavə edilmişdir.
25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362) ilə 2.2-ci bənddən “10.10-cu,” sözləri çıxarılmışdır.
12 iyun 2021-ci il tarixli 1358 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 573) ilə 2.2-ci bəndə “4.0.24-cü” sözlərindən əvvəl “4.0.21-ci (peşə təhsili müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək üzrə),” sözləri əlavə edilmişdir.
[5]
16 may 2019-cu il tarixli 689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 841) ilə 2.3-cü bəndə “10.17-ci” sözlərindən əvvəl “8.1-ci,” sözləri, “normativ hüquqi aktlar təsdiq etmək” sözlərindən sonra “, dövlət təhsil standartlarının və kvalifikasiyalara uyğun təhsil proqramlarının (kurikulumların) icrasına nəzarət etmək” sözləri, “4.0.11-ci,” sözlərindən sonra “4.0.13-cü,” sözləri, “akkreditasiyasını” sözündən sonra “və təhsilverənlərinin attestasiyasını (sertifikatlaşdırılmasını)” sözləri və “4.0.24-cü” sözlərindən əvvəl “4.0.20-ci, 4.0.22-ci (məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslərə münasibətdə),” sözləri əlavə edilmişdir.
[6]
25 noyabr 2020-ci il tarixli 1193 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 noyabr 2020-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1362) ilə yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.
[7]
16 may 2019-cu il tarixli 689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108) ilə 2.4-cü bənddə “4.0.7-ci maddəsində” sözləri “4.0.7-ci, 4.0.10-cu və 4.0.16-cı maddələrində” sözləri ilə, “vəzifəni” sözü “vəzifələri” sözü ilə əvəz edilmişdir.
24 noyabr 2020-ci il tarixli 1191 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1360) ilə 2.4-cü bənddə “müvafiq icra hakimiyyəti orqanının” sözləri “orqanın (qurumun)” sözləri ilə əvəz edilmişdir.
[8]
16 may 2019-cu il tarixli 689 nömrəli Azərbaycan Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 841) ilə 2.5-ci bəndə “4.0.7-ci,” sözlərindən sonra “4.0.10-cu,” sözləri və “4.0.14-cü,” sözlərindən sonra “4.0.16-cı,” sözləri əlavə edilmişdir.
24 noyabr 2020-ci il tarixli 1191 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1360) ilə 2.5-ci bənddə “müvafiq icra hakimiyyəti orqanının” sözləri “orqanın (qurumun)” sözləri ilə əvəz olunmuşdur və həmin bəndə “icra hakimiyyəti orqanları” sözlərindən sonra “, dövlət adından yaradılan publik hüquqi şəxslər və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər hüquqi şəxslər” sözləri əlavə edilmişdir.
[9]
12 iyun 2021-ci il tarixli 1358 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 573) ilə 2.8-ci bənd ləğv edilmişdir.
[10]
16 may 2019-cu il tarixli 689 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 841) ilə 2.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz 2.8-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.9–2.12-ci bəndlər əlavəvə yeni məzmunda 2.9–2.12-ci bəndlər əlavə edilmişdir.