×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.06.2018
QEYDİYYAT NÖMRƏSİ
1192-VQD
ADI
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 10-07-2018, Nəşr nömrəsi: 150), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2018, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1412)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.07.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
230.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201806121192
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.07.2018
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 8.0.6-1-ci və 8.0.6-2-ci maddələr əlavə edilsin:

“8.0.6-1. milli antidopinq qurumu;

8.0.6-2. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə yaradılmış intizam qurumu, apellyasiya qurumu və terapevtik istifadəyə icazə qurumu;”.

2. Aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:

Maddə 12-1. Milli antidopinq qurumu

 

12-1.1. Milli antidopinq qurumu idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdur.

12-1.2. Milli antidopinq qurumu öz fəaliyyətini bu Qanun, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumdünya Antidopinq Məcəlləsi, beynəlxalq standartlar, habelə onun vəzifələrini və hüquqlarını müəyyən edən digər normativ hüquqi aktlar, qaydalar və Nizamnaməsi əsasında həyata keçirir.”.

3. Aşağıdakı məzmunda 42.2.4-1-ci maddə əlavə edilsin:

“42.2.4-1. milli antidopinq qurumunun təsdiq etdiyi antidopinq qaydalarına riayət etmək;”.

4. Aşağıdakı məzmunda 43.2.3-1-ci maddə əlavə edilsin:

“43.2.3-1. milli antidopinq qurumunun təsdiq etdiyi antidopinq qaydalarına riayət etmək;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2018-ci il

№1192-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status