×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.06.2018
QEYDİYYAT NÖMRƏSİ
1182-VQD
ADI
“Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 13-07-2018, Nəşr nömrəsi: 153), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2018, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1404)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.07.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.150.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201806121182
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.07.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 222; 2004, № 4, maddə 202; 2005, № 4, maddə 278, № 12, maddə 1083) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddə üzrə:

1.1. birinci hissədə “qulluqçulardan və fəhlələrdən” sözləri “dövlət qulluqçularından və digər mülki işçilərdən” sözləri ilə əvəz edilsin;

1.2. üçüncü hissədə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, “Hərbi qulluqçuların statusu haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin;

1.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Mülki müdafiə qüvvələrinin dövlət qulluqçularının qulluğu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, digər mülki işçilərin əmək münasibətləri isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.”.

2. 20-ci maddə aşağıdakı redaksiyada verilsin:

Maddə 20. Mülki müdafiə qüvvələrinin fəaliyyətinə nəzarət

Mülki müdafiə qüvvələrinin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir.

Mülki müdafiə qüvvələrinin fəaliyyətinə idarədaxili nəzarəti mülki müdafiə qüvvələrinin komandanlığı və müvafiq icra hakimiyyəti orqanının rəhbəri həyata keçirir.

Prokurorluq orqanları mülki müdafiə qüvvələrində qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirirlər.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 iyun 2018-ci il

                № 1182-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status