Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 468 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1568 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 468 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1956) ilə təsdiq edilmiş “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“Bu Standartların 2.1-ci bəndinin tələbləri nəzərə alınmaqla, ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisi, quraşdırılması, onlarda konstruktiv dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmalıdır.”.
2. 3.4-cü bənd üzrə:
2.1. birinci cümləsində “Reklam qurğularının yol kənarında quraşdırılması və onlara” sözləri “Reklam qurğularına” sözləri ilə əvəz edilsin, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, 14-cü və 19-cu maddələrinin,” sözləri çıxarılsın;
2.2. ikinci cümləsi çıxarılsın.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 13 iyul 2018-ci il
№ 298