AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.07.2018
QEYDİYYAT NÖMRƏSİ
300
ADI
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 17-07-2018, Nəşr Nömrəsi: 156), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2018, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1634)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.07.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201807130300
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.07.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 590; 2016, № 5, maddə 955; 2018, № 2, maddə 331) 1-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. “Babayev Sahil Rafiq oğlu” sözləri “Məmmədov Rüfət Tofiq oğlu” sözləri ilə əvəz edilsin.

2. “Səfərov Niyazi Abdulla oğlu - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözlərindən sonra “Abdullayev Şirzad Əyyub oğlu - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri əlavə edilsin.

3. “Abdullayev Şirzad Əyyub oğlu - Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru” sözləri çıxarılsın.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

 

Bakı şəhəri, 13 iyul 2018-ci il

                    № 300

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status