×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
18.07.2018
QEYDİYYAT NÖMRƏSİ
213
ADI
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 22-07-2018, Nəşr nömrəsi: 161), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2018, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1499)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.07.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.120.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201807180213
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.07.2018
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. beş ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 3.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.4. həmin Qanunun 3.2-ci maddəsinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.6. həmin Qanunun 3.6-cı maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 8.3-cü maddəsinə uyğun olaraq, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.8. həmin Qanunun 10.4-cü maddəsinə uyğun olaraq, dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.9. həmin Qanunun 10.5-ci maddəsinə uyğun olaraq, özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.10. həmin Qanunun 10.6-cı maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin abilitasiyası qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.11. həmin Qanunun 11.2-ci maddəsinə uyğun olaraq, Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.12. həmin Qanunun 14.2-ci maddəsinə uyğun olaraq, infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.13. həmin Qanunun 15.4-cü maddəsinə uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlərin uyğunlaşdırılması ilə bağlı xərclərin minimum məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.14. həmin Qanunun 19.2-ci maddəsinə uyğun olaraq, stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində dərs məşğələlərinin təşkili qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.15. həmin Qanunun 23.2-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin iş yerlərinin standartlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.16. həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.17. həmin Qanunun 30.1-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.18. həmin Qanunun 30.2-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.19. həmin Qanunun 31.2-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.20. həmin Qanunun 38.2-ci maddəsinə uyğun olaraq, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.21. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci (ikinci halda), 17-ci (ikinci halda) və 30.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrində, 3.3-cü, 3.4-cü, 3.5-ci (birinci halda), 3.6-cı, 8.3-cü maddəsində (hər iki halda), 19.1-ci, 20.3-cü və 28.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.2. həmin Qanunun 3.1-ci maddəsinin ikinci cümləsində, 3.2-ci, 3.4-cü, 3.6-cı, 8.3-cü (birinci halda), 10.4-cü, 10.5-ci, 10.6-cı (birinci halda), 11.2-ci, 14.2-ci, 15.4-cü, 17-ci (birinci halda), 19.2-ci, 22.4-cü, 23.2-ci, 29-cu, 30.1-ci, 30.2-ci, 31.2-ci və 38.2-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

2.2-1. həmin Qanunun 3.1-ci maddəsinin üçüncü cümləsində, 3.4-cü, 3.6-cı və 8.3-cü (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; [3]

2.3. həmin Qanunun 1.0.16-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsində, 3.3-cü, 3.5-ci (birinci halda),10.2-ci, 10.6-cı (ikinci halda), 11.3-cü maddələrində, 11.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü, 20.3-cü (hər iki halda), 22.3-cü, 22.5-ci, 23.1-ci, 30.3-cü, 32.3-cü, 32-1-ci və 38.2-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir; [4]

2.4-1. həmin Qanunun 11.4-cü maddəsinin birinci və ikinci cümlələrində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirir; [5]

2.5. həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirirlər; [6]

2.6. həmin Qanunun 8.3-cü maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur; [7]

2.7. həmin Qanunun 3.5-ci maddəsində (ikinci halda), 14.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [8]

2.8. həmin Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirirlər;

2.8-1. həmin Qanunun 17-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini infrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına münasibətdə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [9]

2.9. həmin Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirirlər;

2.10. həmin Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir; [10]

2.11. həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirirlər;

2.12. həmin Qanunun 3.1-ci maddəsinin ikinci cümləsində, 3.5-ci (birinci halda) və 20.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; [11]

2.13. həmin Qanunun 3.1-ci maddəsinin birinci cümləsində və 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur;

2.14. həmin Qanunun 19.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur. [12]

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 iyul 2018-ci il

                  213

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 noyabr 2018-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 noyabr 2018-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2239)

2.       3 iyul 2019-cu il tarixli 769 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1217)

3.       2 iyul 2020-ci il tarixli 1081 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2020-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 861)

4.       12 iyun 2021-ci il tarixli 1358 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 573)

5.       16 avqust 2021-ci il tarixli 1424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 916)

6.       03 mart 2023-cü il tarixli 2052 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 iyul 2020-ci il tarixli 1081 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2020-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 861) ilə 2.1-ci bənddə “28.3-cü maddəsində” sözləri “20.3-cü və 28.3-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

12 iyun 2021-ci il tarixli 1358 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 573) ilə 2.1-ci bəndə “Qanununun” sözündən sonra “8.3-cü maddəsində (hər iki halda),” sözləri əlavə edilmişdir.

16 avqust 2021-ci il tarixli 1424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 916) ilə 2.1-ci bənddə “8.3-cü maddəsində (hər iki halda)” sözləri “3.1-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrində, 3.3-cü, 3.4-cü, 3.5-ci (birinci halda), 3.6-cı, 8.3-cü maddəsində (hər iki halda), 19.1-ci” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 avqust 2021-ci il tarixli 1424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 916) ilə 2.2-ci bənddən “3.1-ci maddəsinin ikinci cümləsində,”, “3.4-cü, 3.6-cı,” və “19.2-ci,” sözləri çıxarılmışdır.

 

[3] 12 iyun 2021-ci il tarixli 1358 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 573) ilə 2.2-ci bənddən “8.3-cü (birinci halda),” sözləri çıxarılmışdır və yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.

16 avqust 2021-ci il tarixli 1424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 916) ilə 2.2-1-ci bənddə “8.3-cü maddəsində birinci halda” sözləri “3.1-ci maddəsinin üçüncü cümləsində, 3.4-cü, 3.6-cı və 8.3-cü (birinci halda) maddələrində” sözləri ilə əvəz edilmışdır.

 

[4] 6 noyabr 2018-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 noyabr 2018-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2239) ilə 2.4-cü bəndə “23.1-ci,” sözlərindən sonra “30.3-cü,” sözləri əlavə edilmişdir.

3 iyul 2019-cu il tarixli 769 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1217) ilə 2.4-cü bəndə “32.3-cü” sözlərindən sonra “, 32-1-ci” sözləri əlavə edilmişdir.

2 iyul 2020-ci il tarixli 1081 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2020-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 861) ilə 2.4-cü bənddən “20.3-cü (hər iki halda),” sözləri çıxarılmişdir.

16 avqust 2021-ci il tarixli 1424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 916) ilə 2.4-cü bənddən “3.1-ci maddəsinin birinci cümləsində, 3.3-cü, 3.5-ci (birinci halda)” və “11.4-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri çıxarılmışdır.

 

[5] 16 avqust 2021-ci il tarixli 1424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 916) ilə yeni məzmunda 2.4-1-ci bənd əlavə edilmişdir.

 

[6] 03 mart 2023-cü il tarixli 2052 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49) ilə 2.5-ci, 2.9-cu və 2.14-cü bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[7] 12 iyun 2021-ci il tarixli 1358 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 573) ilə 2.6-cı bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.6. həmin Qanunun 8.3-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;

 

[8] 6 noyabr 2018-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 noyabr 2018-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2239) ilə 2.7-ci bəndə “Qanunun” sözündən sonra “3.5-ci maddəsində (ikinci halda),” sözləri əlavə edilmişdir.

 

[9] 6 noyabr 2018-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 noyabr 2018-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2239) ilə yeni məzmunda 2.8-1-ci bənd əlavə edilmişdir.

 

[10] 16 avqust 2021-ci il tarixli 1424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 916) ilə 2.10-cu bənd ləğv edilmişdir.

 

[11] 2 iyul 2020-ci il tarixli 1081 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2020-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 861) ilə 2.11-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.12-ci bənd əlavə edilmişdir.

16 avqust 2021-ci il tarixli 1424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 916) ilə 2.12-ci bənddə “20.3-cü maddəsində” sözləri “3.1-ci maddəsinin ikinci cümləsində, 3.5-ci (birinci halda) və 20.3-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

 

[12] 16 avqust 2021-ci il tarixli 1424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 916) ilə 2.12-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 2.13-cü və 2.14-cü bəndlər əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status