AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.08.1999
QEYDİYYAT NÖMRƏSİ
143
ADI
Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1999, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 538)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.08.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydasının təsdiq edilməsi haqqında

Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 30 avqust 1999-cu il

                     № 143.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 30 avqust tarixli 143 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma

 

QAYDASI

 

1. Azərbaycan Respublikası coğrafi göstəricilərinin Dövlət reyestrinin aparılma qaydası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə uyğun hazırlanmışdır.

2. Azərbaycan Respublikası coğrafi göstəricilərinin Dövlət reyestri (bundan sonra - reyestr) coğrafi göstəricilərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi üçün rəsmi sənəddir.

3. Reyestr nömrələnmiş, qaytanlanmış və möhürlə təsdiqlənmiş formada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik) saxlanılan kitabdır. [1]

4. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq, tələb olunan göstəricilər üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müvafiq standartlaşdırılmış kodları (biblioqrafik məlumatları eyniləşdirmək üçün beynəlxalq rəqəm kodu) mötərizə içərisində ərəb rəqəmləri ilə göstərilir. [2]

5. Qeydiyyat zamanı reyestrə aşağıdakı göstəricilər daxil edilir:

coğrafi göstəriciyə verilən şəhadətnamənin nömrəsi ilə eyni olan, coğrafi göstəricinin qeydiyyat nömrəsi (111)

qeydiyyat tarixi (151)

coğrafi göstəricinin qeydiyyatının qüvvədə olma müddətinin qurtardığı tarix (181)

coğrafi göstəricini qeydə almaq üçün təqdim olunan iddia sənədinin nömrəsi (210)

coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin Agentliyə daxil olduğu tarix (220) [3]

əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələri:

coğrafi göstəricinin şəkli (540)

coğrafi göstəricinin kollektiv göstərici olduğunun göstərilməsi (551)*

coğrafi göstəricini kollektiv nişan kimi istifadə etmək hüququ olan şəxslər haqqında məlumat;*

əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi göstəricinin hüdudları;

mənşə ölkəsində mühafizə olunan coğrafi göstərici haqqında məlumat;*

coğrafi göstəricidən istifadə hüququ alan şəxsin adı və ünvanı; fiziki soyadı, adı, atasının adı və ünvanı, ölkənin kodu (730)

coğrafi göstəricinin dərc edildiyi tarix.

6. Aşağıda göstərilən məlumatlar reyestrə əlavə (dəyişiklik) edilir: [4]

şəhadətnamə sahibi olan hüquqi və ya fiziki şəxsin adlarının dəyişilməsi haqqında;

qeydiyyatın qüvvədə olma müddətinin uzadılması haqqında;

Səbəblərini göstərməklə coğrafi göstəricinin qeydiyyatının ləğv edilməsi haqqında;

coğrafi göstəricinin qeydiyyatına aid olan başqa dəyişikliklər haqqında;

texniki səhv və mətbəə xətalarının düzəlməsi haqqında.

7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər bu Qaydanın 6-cı hissəsinin ikinci, dördüncü-altıncı abzasları ilə müəyyən edilmiş rüsumların və üçüncü abzası ilə müəyyən edilmiş haqqın ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir. [5]

8. Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən, Qanunun 17-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 1 ay ərzində (Agentlik) coğrafi göstəricini reyestrdə qeydə alır. [6]

9. İstənilən şəxs reyestrdə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və müəyyən edilmiş haqqı ödəməklə reyestrdən təsdiq edilmiş çıxarış ala bilər. [7]

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 30 avqust tarixli 143 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma

 

QAYDASI

1. Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestrinin aparılma qaydası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə uyğun hazırlanmışdır.

2. Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestri (bundan sonra - reyestr) əmtəə nişanlarının qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi üçün rəsmi sənəddir.

3. Reyestr nömrələnmiş, qaytanlanmış və möhürlə təsdiqlənmiş formada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik) saxlanılan kitabdır. [8]

4. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq, tələb olunan göstəricilər üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müvafiq standartlaşdırılmış kodları (biblioqrafik məlumatları eyniləşdirmək üçün beynəlxalq rəqəm kodu) mötərizə içərisində ərəb rəqəmləri ilə göstərilir. [9]

5. Qeydiyyat zamanı reyestrə aşağıdakı göstəricilər daxil edilir:

əmtəə nişanına verilən şəhadətnamənin nömrəsi ilə eyni olan, əmtəə nişanın qeydiyyat nömrəsi (111)

qeydiyyat tarixi (151)

əmtəə nişanı qeydiyyatının qüvvədə olma müddətinin qurtardığı tarix (181)

əmtəə nişanını qeydə almaq üçün təqdim olunan iddia sənədinin nömrəsi (210)

əmtəə nişanını qeydə almaq üçün iddia sənədinin Agentliyə daxil olduğu tarix (220) [10]

sərgi ilkinliyi və ya digər ilkinliyin tarixi (230)*

konvensiya ilkinliyi olan iddia sənədinin nömrəsi (310)*

konvensiya ilkinliyi olan iddia sənədinin daxil olduğu tarix (320)*

konvensiya ilkinliyi olan iddia sənədinin verildiyi ölkənin kodu (ÜƏMT standartlarına uyğun olaraq) (330)* [11]

Nitsa təsnifatına uyğun siniflər (511)

Disklamasiya (nişanın müstəqil mühafizə obyekti olmayan elementləri) (526)

əmtəə nişanının şəkli (540)

nişanın kollektiv nişan olduğunun göstərilməsi (551)*

nişanın üçölçülü olduğunun göstərilməsi (554)*

nişanın transliterasiyası (561)

nişanın və nişanda olan sözlərin tərcüməsi (566)

əmtəə nişanının rənglərinin göstərilməsi (591)

əmtəə nişanının sahibi olan hüquqi şəxsin adı və ünvanı, fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı, ölkənin kodu (730)

Kollektiv nişandan istifadə etmək hüququ olan şəxslər haqqında məlumat əmtəə nişanının dərc edildiyi tarix.

6. Aşağıda göstərilən məlumatlar reyestrə əlavə (dəyişiklik) edilir: [12]

əmtəə nişanına görə hüququn başqa şəxsə verilməsi barədə müqavilə və ya əmtəə nişanından istifadə hüququna dair lisenziya müqaviləsi haqqında.

əmtəə nişanının sahibi olan hüquqi və ya fiziki şəxslərin adlarının dəyişilməsi haqqında;

qeydiyyata alınmış əmtəə nişanına məxsus siyahının Nitsa təsnifatı üzrə həmcins əmtəə və xidmətlər əsasında genişləndirilməsi, o cümlədən əmtəələrin və ya xidmətlərin siyahısının qısaldılması haqqında;

əmtəə nişanının mahiyyətini dəyişməyən elementlərin dəyişilməsi haqqında;

əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddətinin uzadılması haqqında;

səbəbləri göstərməklə əmtəə nişanının qeydiyyatının ləğv edilməsi haqqında;

əmtəə nişanının qeydiyyatına aid olan başqa dəyişikliklər haqqında;

texniki səhv və mətbəə xətalarının düzəlməsi haqqında.

7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər bu Qaydanın 6-cı hissəsinin ikinci (əmtəə nişanına görə hüququn başqa şəxsə verilməsi barədə müqaviləyə münasibətdə), üçüncü - beşinci, yeddinci-doqquzuncu abzasları ilə müəyyən edilmiş rüsumların, ikinci (əmtəə nişanından istifadə hüququna dair lisenziya müqaviləsinə münasibətdə) və altıncı abzasları ilə müəyyən edilmiş haqların ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir. [13]

8. Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən, Qanunun 17-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 1 ay ərzində (Agentlik) coğrafi göstəricini reyestrdə qeydə alır. [14]

9. İstənilən şəxs reyestrdə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və müəyyən edilmiş haqqı ödəməklə reyestrdən təsdiq edilmiş çıxarış ala bilər. [15]

_________

* Göstərilən məlumatlar iddiaçının və ya Agentliyin tələbi olduqda təqdim edilir. [16]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193)

2.       21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

3.       19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752)

4.       18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735)

5.       28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsində (DETK)" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində (SMPDA)" sözləri ilə əvəz edilmişdir.

 

18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası”nın 3-cü hissəsində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası”nın 4-cü hissəsində “İntellektual Mülkiyyəti” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 5-ci bəndinin altıncı abzasında "Milli Patent Ekspertizası Mərkəzinə" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.

 

18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası”nın 5-ci hissənin altıncı abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası”nın 5-ci hissənin altıncı abzasında “Əqli Mülkiyyət Agentliyinə” sözləri “Agentliyə” sözü ilə əvəz edilmişdir.

 

[4] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası”nın 6-cı hissənin birinci abzasına “əlavə” sözündən sonra “(dəyişiklik)” sözü əlavə edilmişdir.

 

[5] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası”nın 7-ci hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər, müəyyən edilmiş rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir.

 

[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bəndində "(DETK)" sözü "(SMPDA)" sözü ilə ilə əvəz edilmişdir.

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Agentliyində (SMPDA)" sözləri "Komitəsində (SMPDK)" sözləri ilə, 8-ci bəndində "(SMPDA)" ifadəsi "(SMPDK)" ifadəsi ilə əvəz edilmişdir.

 

18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası”nın 8-ci hissəsində “SMPDK” abreviaturası “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bənddə "Apellyasiya komissiyasının" sözləri "Apellyasiya şurasının" sözləri ilə əvəz edilmişdir.

 

[7] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası”nın 9-cu hissəsində “rüsumu” sözü “haqqı” sözü ilə əvəz edilmişdir.

 

[8] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsində (DETK)" sözləri "Azərbaycan Respublikasının  Standartlaşdırma,  Metrologiya    Patent üzrə  Dövlət Agentliyində (SMPDA)" sözləri ilə əvəz edilmişdir.

 

18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın 3-cü hissəsində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

[9] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın 4-cü hissəsində “İntellektual Mülkiyyəti” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

 

[10] 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 5-ci bəndinin altıncı abzasında "Milli Patent Ekspertizası Mərkəzinə" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.

 

18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın 5-ci hissənin altıncı abzasında “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın 5-ci hissəsi altıncı abzasında “Əqli Mülkiyyət Agentliyinə” sözləri “Agentliyə” sözü ilə əvəz edilmişdir.

 

[11] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın 5-ci hissəsi onuncu abzasında “ÜİMT” akronimi “ÜƏMT” akronimi ilə əvəz edilmişdir.

 

[12] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın 6-cı hissənin birinci abzasına “əlavə” sözündən sonra “(dəyişiklik)” sözü əlavə edilmişdir.

 

[13] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın 7-ci hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

7. Məlumatların reyestrə daxil edilməsi ilə əlaqədar bütün işlər, müəyyən edilmiş rüsumun ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir.

 

[14] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bəndində "(DETK)" sözləri "(SMPDA)" sözü ilə əvəz edilmişdir.

 

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Agentliyində (SMPDA)" sözləri "Komitəsində (SMPDK)" sözləri ilə, 8-ci bəndində "(SMPDA)" ifadəsi "(SMPDK)" ifadəsi ilə əvəz edilmişdir.

 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bəndində "Apellyasiya komissiyasının" sözləri "Apellyasiya şurasının" sözləri ilə əvəz edilmişdir və qeydində "DETK" abreviaturası "SMPDK" abreviaturası ilə əvəz edilmişdir.

 

18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın 8-ci hissədə “SMPDK” abreviaturası “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[15] 28 iyun 2019-cu il tarixli 281 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 iyun 2019-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1170) ilə “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın 9-cu hissədə “rüsumu” sözü “haqqı” sözü ilə əvəz edilmişdir.

 

[16] 18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası”nın Qeyddə “SMPDK-nın” abreviaturası “Agentliyin” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status