Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında
Azərbaycan Respublİkası Prezİdentİnİn Sərəncamı
Ölkədə dünya standartlarına uyğun sanatoriya-kurort və mehmanxana xidmətləri göstərilməsinə şərait yaratmaq məqsədi ilə və Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995 — 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»nı əsas tuturaq qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan sanatoriya-kurort (uşaq və vərəm xəstəlikləri sanatoriyaları istisna olmaqla) və mehmanxana təsərrüfatları özəlləşdirilsin. Bu məqsədlə həmin obyektlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilsin.
[1]
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun sərəncamına verilən sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının səhmdar cəmiyyətlərinə çevrilməsini və özəlləşdirilməsini təmin etsin.
Müəyyən edilsin ki, dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı xarici investorlar da iştirak edə bilərlər.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 27 noyabr 1997-ci il.
№ 697
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 avqust 2022-ci il tarixli 3410 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 911) ilə 1-ci hissəsinin ikinci cümləsində və 2-ci hissəsinin birinci abzasında ismin müvafiq hallarında “Dövlət Əmlak Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.