×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.07.2018
QEYDİYYAT NÖMRƏSİ
327
ADI
“Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 27-07-2018, Nəşr Nömrəsi: 165), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2018, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1660)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.07.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201807240327
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.07.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın 1-ci hissəsində nəzərdə tutulan məişət abonentləri istisna olmaqla, məişət abonentlərinin tələb olunan gücü 150 kVt-a qədər (150 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş məbləğlər üzrə aşağıdakı qaydada müəyyən edilir:

2.1. məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 3 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarının 1 nömrəli əlavəsində “kənd təsərrüfatı təyinatlı obyektlər üçün” müəyyən edilmiş “3 fazlı” qoşulma haqqının məbləğində;

2.2. məişət abonentlərinin tələb olunan gücü 20 kVt-dan 150 kVt-a qədər (150 kVt daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarının 1 nömrəli əlavəsində “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün” müəyyən edilmiş “3 fazlı” qoşulma haqqının məbləğində.

3. Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği bu qərarın 1-ci və 2-ci hissələrində müəyyən edilmiş müvafiq qoşulma haqqı məbləğlərinə 1,5 əmsalı tətbiq olunmaqla müəyyən edilir.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 24 iyul 2018-ci il

   № 327

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 24 iyul tarixli 327 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Məişət abonentlərinin tələb olunan gücü 20 kVt-a qədər (20 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazlı) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği

 

Sıra

№-si

Güc (kVt)

Qoşulma haqqının məbləği (ƏDV ilə)

(manatla)

1.

5 kVt-a qədər

(5 kVt da daxil olmaqla)

160

2.

5 kVt-dan 10 kVt-dək

(10 kVt da daxil olmaqla)

160 + 5 kVt-dan əlavə, hər bir kVt güc x 40

3.

10 kVt-dan 15 kVt-dək

(15 kVt da daxil olmaqla)

360 + 10 kVt-dan əlavə, hər bir kVt güc x 60,6

4.

15 kVt-dan 20 kVt-dək

(20 kVt da daxil olmaqla)

663 + 15 kVt-dan əlavə, hər bir kVt güc x 94,8

 

 

Qeyd. Bu əlavədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status