“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamının 1.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 671; 2016, № 2 (II kitab), maddə 391, № 3, maddə 586; 2017, № 10, maddə 1875; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 iyun tarixli 248 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.5-ci bənddə “Zərdab, Kürdəmir, Sabirabad və Saatlı” sözləri “Zərdab və Kürdəmir” sözləri ilə əvəz edilsin.
2. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.7. Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (Lənkəran) - Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayon elektrik şəbəkələri;”.
3. Aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilsin:
“2.8. Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (Şirvan) - Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon elektrik şəbəkələri.”.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 24 iyul 2018-ci il
№ 325