“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 may tarixli 42 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 573; 2015, № 11, maddə 1418; 2016, № 10, maddə 1711) ilə təsdiq edilmiş “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nın 2.26-cı bəndinin ikinci cümləsinə “orqanlarına” sözündən sonra “, tikinti işləri Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində aparıldığı hallarda isə, həmçinin həmin Agentliyə” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1233; 2016, № 8, maddə 1434, № 10, maddə 1718; 2017, № 2, maddə 317, № 5, maddə 993, № 10, maddə 1927, № 12 (II kitab), maddələr 2485, 2540; 2018, № 4, maddə 790) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 8.3-cü bəndinin ikinci cümləsində “yerli icra hakimiyyəti orqanı” sözləri “tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 avqust tarixli 334 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1622, № 10, maddə 1925) ilə təsdiq edilmiş “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın 2.1-ci bəndində “orqanların” sözü “orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 13 avqust 2018-ci il
№ 352