![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI |
Qəbul edildiyi tarix |
13.08.2018 |
Qeydiyyat nömrəsi |
17/2 |
Adı |
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012‑ci il 10 iyul tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
28.08.2018 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.060.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
23201808130172 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
27.08.2018 |
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012‑ci il 10 iyul tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Mərkəzi Bankın sədri Elman Rüstəmov
|
“Təsdiq edilmişdir” Azərbaycan Respublikasının Mərkəzi Bankı Qarar № 17/2 “13” avqust 2018‑ci il |
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012‑ci il 10 iyul tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012‑ci il 10 iyul tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda aşağıdakı dәyişikliklәr edilsin:
1. 3.5.9-cu yarımbənddə “kartın bloklaşdırılması və ya” sözləri “kartın bloklaşdırılması,” sözləri ilə əvəz edilsin, “dayandırılması” sözündən sonra “, habelə kartın yenisi ilə əvəz edilməsi” sözləri əlavə edilsin;
2. 3.5.14-cü yarımbənddə “gündəlik və (və ya) nağd əməliyyatlar üzrə müəyyən edilmiş məhdudiyyətlər” sözləri “kart əməliyyatları üzrə müəyyən edilmiş məhdudiyyətlər;” sözləri ilə əvəz edilsin və nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
3. aşağıdakı məzmunda 3.5.15-ci yarımbənd əlavə edilsin:
“3.5.15. kart hesabının valyutasından fərqli valyutada ödəniş əməliyyatı aparıldıqda tətbiq olunacaq mübadilə məzənnəsinin müəyyən edilməsi qaydası.”;
4. 3.8.4-cü yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.8.5-ci yarımbənd əlavə edilsin:
“3.8.5. bu Qaydaların 3.9-cu bəndi ilə müəyyən edilmiş bildirişi aldıqdan sonra kartı dərhal bloklaşdırmaq.”;
5. 3.11.7-ci yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.11.8-ci yarımbənd əlavə edilsin:
“3.11.8 kartlar vasitəsilə ölkə daxilində real vaxt rejimində internet üzərindən aparılan ödənişlərin avtorizasiyasının bu Qaydaların 3.8.4-cü yarımbəndində verilmiş məlumatlar əsasında həyata keçirilməsini dəstəkləmək.”;
6. 5.4-cü bənddə “150 (yüz əlli)” sözləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Qaydaların 5.5-ci bəndində müəyyən edilmiş hal istisna olmaqla, belə kartlar üzrə kart istifadəçisinin eyniləşdirilməsi tələb edilmir.”;
7. 5.6-cı bənddə “50 (əlli)” sözləri “100 (yüz)” sözləri ilə əvəz edilsin;
8. 5.7-ci bənddə “10000 (on min)” sözləri “15000 (on beş min)” sözləri ilə əvəz edilsin;
9. 5.8-ci bənddə “sənədləri” sözündən sonra “ən geci 5 (beş) iş günü ərzində” sözləri əlavə edilsin;
10. 5.10-cu bənd aşağıdakı redaksiyada verilsin:
“5.10. Emitent və ya əvvəlcədən ödənilmiş kartların satışına cəlb olunmuş üçüncü şəxs kart istifadəçilərini əvvəlcədən ödənilmiş kartın xüsusiyyətləri və aparılan əməliyyatlar, habelə tətbiq olunan məhdudiyyətlər haqqında kartı əldə etməmişdən əvvəl məlumatlandırmalıdır.”;
11. aşağıdakı məzmunda 5.10-1-ci bənd əlavə edilsin:
“5.10-1. Kart istifadəçisi eyniləşdirilməyən əvvəlcədən ödənilmiş kartlar vasitəsilə bu Qaydaların 6.1.5-ci və 6.1.5-1-ci yarımbəndlərində nəzərdə tutulan əməliyyatlar apara bilməz.”;
12. aşağıdakı məzmunda 6.1.5-1-ci yarımbənd əlavə edilsin:
“6.1.5-1. pul köçürməsi;”;
13. 6.6-cı bənddə “20 (iyirmi)” sözləri “50 (əlli)” sözləri ilə əvəz edilsin;
14. 6.8-ci bənddə “xidmət mərkəzi” sözlərindən əvvəl “ölkə daxilində olmaqla” sözləri əlavə edilsin;
15. 6.9-cu bənddə “ötürülməsi,” sözündən sonra “toplanması,” sözü əlavə edilsin;
16. aşağıdakı məzmunda 6.10-cu bənd əlavə edilsin:
“6.10. Banklar və xidmət mərkəzləri ilə ölkə xaricində fəaliyyət göstərən kart təşkilatları arasında ölkə daxilində kartlar vasitəsilə aparılan əməliyyatlar barədə birbaşa məlumat mübadiləsi aparıla bilər, bu şərtlə ki, həmin əməliyyatların belə mübadilə olmadan həyata keçirilməsi mümkün olmasın.”;
17. 7.6.2-ci yarımbənddə “kartların verilməsi qaydası” sözləri “kartların və PİN-kodların təhlükəsiz təqdim edilməsi qaydası” sözləri ilə əvəz edilsin;
18. 7.6.7-ci yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.6.8-ci yarımbənd əlavə edilsin:
“7.6.8. ekvayrinq xidməti göstərildiyi təqdirdə:
7.6.8.1. ekvayer xidmətinin göstərildiyi təsərrüfat subyektlərinin fəaliyyətinin ödəniş kartları ilə əməliyyatların aparılması növündən asılı olaraq ümumi təhlili və risk qiymətləndirməsinin aparılması qaydası;
7.6.8.2. öz xidmət şəbəkəsində kartlarla və ya kart təqdim edilmədən kart hesabından aparılmış şübhəli əməliyyatların, habelə ekvayrinq xidmətinin göstərildiyi bankomat, POS-terminal və digər avadanlıqlara kənar müdaxilələrin müəyyən edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi qaydası.”;
19. Qaydaların mətnində ismin müvafiq hallarında “dövlət orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “(qurumu)” sözü əlavə edilsin.