AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.08.2018
QEYDİYYAT NÖMRƏSİ
358
ADI
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1134-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 29-08-2018, Nəşr Nömrəsi: 191), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2018, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1809)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.08.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201808270358
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.08.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1134-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1134-VQD nömrəli Qanununun tətbiqi və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 121 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 320; 2003, № 9, maddə 524; 2004, № 5, maddə 383; 2006, № 3, maddə 297, № 5, maddə 463; 2008, № 7, maddə 683; 2011, № 4, maddə 363; 2017, № 10, maddə 1928) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərara Əlavə 1 üzrə:

1.1.1. “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə”nin nümunəsində hər iki halda “Azərbaycan Respublikası Müəllif Hüquqları” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət” sözləri ilə, “Copyright” sözü “Intellectual Property” sözləri ilə və “bənd” sözü “hissə” sözü ilə əvəz edilsin;

1.1.2. “Əsərin qeydiyyatı haqqında Şəhadətnamənin verilmə qaydası”nın 1-ci hissəsində “Azərbaycan Respublikası Müəllif Hüquqları” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin;

1.2. həmin qərara Əlavə 2 – “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi Müəllif müqaviləsi” üzrə:

1.2.1. adında “Azərbaycan Respublikası Müəllif Hüquqları” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin;

1.2.2. 5.2-ci bəndin ikinci cümləsində “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilsin;

1.2.3. 5.3-cü bəndin ikinci cümləsində və 6.1-ci bənddə ismin müvafiq hallarında “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

1.3. həmin qərara Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” üzrə:

1.3.1. 38-ci hissədən sonra verilmiş “Qeyd”in 2-ci bəndinin ikinci cümləsində “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilsin;

1.3.2. VI bölmənin 4-cü hissəsindən sonra verilmiş “Qeydlər”in 2-ci hissəsində və 3-cü hissəsinin ikinci cümləsində ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

1.4. həmin qərara Əlavə 4 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə və müəllif qonorarının hesablanması və ödənilməsi qaydaları” üzrə:

1.4.1. 1-ci hissənin dördüncü abzasında “Müəllif Hüquqları Agentliyi” sözləri “Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilsin;

1.4.2. 3-cü, 32-ci və 33-cü hissələrin ikinci cümlələrində, 34-cü, 36-cı, 38-ci hissələrdə və 39-cu hissənin ikinci cümləsində ismin müvafiq hallarında “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

1.4.3. 35-ci hissənin birinci abzasının birinci cümləsində “Müəllif Hüquqları Agentliyinin” sözləri və ikinci abzasında “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin;

1.5. həmin qərara Əlavə 6 – “Ədəbiyyat və incəsənət əsərlərinin qrammofon vallarında, maqnitofon lentlərində, lazer disklərində, yığcam kasetlərdə və s. yazılmasına və yazılmış nüsxələrin, həmçinin audiovizual əsərlərin (videofilmlərin) kirayəyə verilməsinə görə müəllif qonorarının hesablanması Qaydaları” üzrə:

1.5.1. 1-ci hissənin üçüncü cümləsində “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilsin;

1.5.2. 3-cü hissənin ikinci cümləsində “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;

1.5.3. 4-cü hissənin birinci abzasında “Müəllif Hüquqları Agentliyinin” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin;

1.6. həmin qərara Əlavə 8 - “Təsviri-sənət əsərlərinin surətinin çıxarılmasına və dekorativ-tətbiqi sənət əsərlərindən sənayedə istifadə olunmasına görə müəllif qonorarının hesablanması qaydaları” üzrə:

1.6.1. 3-cü hissənin üçüncü cümləsində “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilsin;

1.6.2. 4-cü hissənin ikinci cümləsində “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;

1.6.3. 5-ci hissədə “Müəllif Hüquqları Agentliyinin” sözləri “Agetliyin” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869; 2007, № 1, maddə 45, № 3, maddə 312, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 6, maddə 491, № 10, maddə 846, № 12, maddə 1061; 2010, № 3, maddə 264, № 4, maddə 359, № 7, maddə 702, № 12, maddə 1122; 2014, № 3, maddə 321, № 10, maddə 1322; 2015, № 4, maddə 474; 2016, № 2 (II kitab), maddə 366, № 3, maddə 610, № 5, maddə 951, № 8, maddə 1431, № 9, maddə 1555, № 11, maddə 1955; 2017, № 1, maddə 131, № 3, maddə 510, № 8, maddə 1617, № 12 (II kitab), maddə 2504; 2018, № 6, maddə 1377; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 iyul tarixli 296 nömrəli qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 44-cü hissəsində “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.

3. “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 132 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 858; 2008, № 7, maddə 683) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissədə “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin;

3.2. həmin qərarla təsdiq edilmiş “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonorarın minimum məbləğinin müəyyən edilməsi, bölüşdürülməsi və ödənilməsi Qaydaları”nın 5-ci hissəsində “Azərbaycan Respublikası Müəllif Hüquqları” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.

4. “Əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 iyul tarixli 164 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2008, № 7, maddə 684) aşağıdakı dəyişikliklər edilsin:

4.1. preambulada “bəndinə” sözü “hissəsinə” sözü ilə əvəz edilsin;

4.2. həmin qərarla təsdiq edilmiş “Əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsi”ndə “Azərbaycan Respublikası Prezidentinin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 759 nömrəli Fərmanı ilə verilən səlahiyyətlər əsasında Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” sözləri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamı ilə verilən səlahiyyətlər əsasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 859; 2017, № 12 (II kitab), maddə 2506) ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.1-ci bənddə “bəndinə” sözü “hissəsinə” sözü ilə əvəz edilsin;

5.2. 1.3-cü bənddə “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.

6. “Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 fevral tarixli 37 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 341) aşağıdakı dəyişikliklər edilsin:

6.1. adında və 1-ci hissəsində “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin;

6.2. 2-ci hissədə “Azərbaycan Respublikası Müəllif Hüquqları” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 27 avqust 2018-ci il

   № 358

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status